TikTok ABŞda tamamilə bloklanır
Dünya 10 Mar 2023 22:33:00 285 0
Bir neçə müddət bundan öncə ABŞ hökuməti qərar verdi ki, dövlət qulluğunda çalışan şəxslər öz cihazlarından TikTok-u silməlidirlər.
Bu xəbəri də oxu: Filippində 2000 ailənin çırağı söndü
Son.az Lent.az-a istinadən bildirir ki, indi isə məlumat ortaya çıxıb ki, ABŞ hökuməti daha da irəli gedərək TikTok-u öz ərazisində tamamilə bloklamağa hədəflənib. Reuters saytının verdiyi məlumata əsasən Ağ Ev senatorlardan ibarət qrupun təqdim etmiş olduğu yeni qanun layihəsini dəstəkləyib. Təqdim edilmiş yeni qanun layihəsi TikTok-u ölkə ərazisində bloklamağa imkan verir. Bununla yanaşı həmin qanun layihəsi ABŞ-ın milli təhlükəsizliyinə istənilən riskləri özlərində birləşdirən digər xarici texnologiyaları da bloklamağa imkan verir. Təqdim edilmiş yeni qanun layihəsi ABŞ Ticarət Nazirliyini yeni hüquqlar ilə təmin edir.
Həmin hüquqlar arasında TikTok-un ölkə ərazisində tamamilə bloklanması da daxil olmaqla internet texnologiyalardan istifadədə müəyyən məhdudiyyətlərin təyin edilməsi var. Senatorların sözlərinə əsasən söhbət, ABŞ-ın milli təhlükəsizliyi üçün istənilən risklərə sahib digər xarici İT texnologiyalardan da gedir. Ticarət Nazirliyi öz növbəsində bu cür riskləri təyin edib onları aradan qaldırmalı olacaq. TikTok bu cür qərara sərt şəkildə reaksiya verib və qeyd edib ki, sosial şəbəkənin qadağan olunması həmçinin ABŞ mədəniyyəti ilə dəyərlərinin eksportunun da qadağan edilməsi deməkdir. TikTok-dan bütün dünya üzrə 1 milyarddan çox insan istifadə edir. Məlumdur ki, son zamanlarda məşhur sosial şəbəkə istifadəçi məlumatlarının istifadəsi məsələsində tənqid olunur.
Tənqidçilərin fikirlərinə əsasən TikTok istifadəçilərinin məlumatları Çin dövlətinin əlinə keçə bilər. Yeni qanun layihəsini təqdim etmiş senatorlar arasında həm demokratlar həm də respublikaçılar var. ABŞ prezidenti Joe Biden-ın milli təhlükəsizlik məsələləri ilə bağlı baş məsləhətçisi Jake Sullivan-ın sözlərinə əsasən bu qanun layihəsi bir sıra ökələrdəki bəzi texnoloji sektorlardan ola biləcək həm sistem həm də ayrı-ayrı riskləri aradan qaldırmağa imkan verəcək. Qanun layhəsi həmçinin Ağ Evin digər təmsilçiləri tərəfindən də dəstəklənib. Qeyd etmək lazımdır ki, bu qanun layihəsinə bənzər olanı hələ Donald Trump-ın prezident olduğu müddətdə irəli çəkilirdi. Lakin 2020-ci ildə bənzər qanunvericilik təşəbbüsü məhkəmələr vasitəsilə bloklanmışdı.
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı i
Türkiyənin zəlzələ bölgəsindən hələ də xəbər alına bilməyən vət
Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsi
Mövsümlə əlaqəli rast gəlinən xəstəliklər sırasında kəskin respirat
Fizioloq Rəşid Mahmudov mədə - bağırsaq problemlərinin həlli yolları ba
ABŞ Prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyalar rejimini daha
Nikol Paşinyanın arvadı Anna Akopyanın 8 Mart təbrik mesajında dedikləri
Xərçəngə səbəb olan qidalar haqqında müəyyən məlumatlara sahibik. Lak
Türkiyənin komedi ustası Ata Dəmirerin sosial şəbəkədə paylaşdığı b
Parisin Paster universitetinin alimlərinin araşdırmalarına görə, nikotinin
Qadınlara əxlaqsız təklif edən "Uber" və "Bolt" sürü