Əməkdar artist: “Həyatımda hər şeyi sevgi xilas edib” FOTO


Şou-biznes 08 Mar 2023 21:53:00 332 0

Əməkdar artist: “Həyatımda hər şeyi sevgi xilas edib”  FOTO

Son.az Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Leyli Vəliyeva Teleqraf.com-a müsahibəsini təqdim edir:

Bu xəbəri də oxu: Şahinkaya bu seriala gəli

"O, mənim yaralı yerimdir"

- Leyli xanım, sizi ilk dəfə Kamera Teatrının balaca səhnəsində "Albalı bağı" tamaşasında görüb, heyran olmuşdum. İndi də hər görüşümüzdə əllərini açıb, uzaqlara baxan, həyat eşqi ilə dolu, həvəslə danışan uzun donlu Ranevskayanı xatırlayıram.

- Ən sevdiyim tamaşadır, Nərmin.

- Teatrlar birləşəndən sonra "Albalı bağı" Gənc Tamaşaçılar Teatrının səhnəsində də oynanıldı. Amma tamaşa məni tutmadı. Gözüm elə o balaca səhnəni axtardı.

- Haqlısan, bunu tək sən demirsən. "Albalı bağ"ı mənim yaralı yerimdir. Bunu həmişə qəlbimin dərinliyində hiss edirdim, amma sonralar bir məqalədə də oxumuşdum: aktyorlar Çexovun əsərlərində oynamağı çox sevirlər.

Çexov çox həyatidir. Bu, sanki pəncərədən kiminsə otağına gizlicə baxmaq kimidir. Hər şey o qədər təbii, doğrudur ki... Şekspir, yaxud başqa dramaturqlar kimi Çexovda gizlənməyə heç nə yoxdur. Səhralıqdır, bir səngər belə tapa bilməzsən ki, ora sığınıb, tamaşaçıya yalan ötürəsən.

Şekspirdə bu mümkündür: ehtiraslarla oynamaq olur. Amma Çexovda heç bir aktyor gizlənə bilmir, aktyor ya var, ya da yoxdur. Onun tamaşalarında oynayan aktyorların hamısı mükəmməl olmalıdır. O, sanki sirkə bənzəyir, hər çıxan aktyor öz performasını göstərməlidir.

O mənada onun tamaşalarında oynamaq, onu dərk etmək, hətta tamaşaçının qəbullanmağı belə bizim mühitdə çətindir.

Təbii ki, tamaşanın alınıb, alınmaması da bu məqamda mühüm rol oynayır. Məncə, "Albalı bağı" Kamera Teatrında alınmışdı: səhnənin balacalığı, mühiti...

Amma bu səhnədə alınmadı.

- Ranevskayanın yaradıcılığınızda xüsusi rolu varmı?

- Rollarımın hamısı mənə əzizdir. Amma Ranevskaya bütün rollarımdan üstündür. O rolun üzərində işləyəndə çox zəhmət çəkdim. Amma bunun müqabilində insanların sevgisini qazandım. Mən "Albalı bağı"nı, Ranevskayanı axar suyu olan böyük bir çənə bənzədirəm. Və indi nə yaradıramsa, ondan ilhamlanıb, ondan qaynaqlanıram. O, mənim xəzinəmdir, rollarımın bazasıdır.

- Rol baxımından seçicisinizmi, ümumiyyətlə teatrda seçici olmaq mümkündürmü?

- Kamera Teatrında işləyəndə seçməyə ehtiyac yox idi. Orada bizə ən gözəl rolları verirdilər. Biz buludların arasında uçurduq. Hərdən deyirdik ki, bu qədər yaxşı rol oynamaq olarmı? Kollektivimiz az olduğuna görə deyil, Cənnət Səlimovanın, İrina Perlovanın rəhbərliyi altında çox gözəl repertuarımız var idi. Arzuladığın rolları sənə boşqabda gətirib verirdilər. Təbii ki, öhdəsindən gəlmək də asan deyildi. Rejissorlarımız çox tələbkar idi, rolu səndən almayınca rahat olmurdular. Gərək bütünlüklə rejissora təslim olasan.

O ki, qaldı Gənc Tamaşaçılar Teatrına, burda ürəyimcə olmayan rollar oldu. Amma mən bir əsgərəm, əgər komandir irəli getmək əmri verirsə, gedəcəm. Mənim üçün fərqi yoxdur, nağılda da, dramda da oynayıram. Hətta səhər nağılda oynayıb axşam ağır tamaşada rol alıram. Düzdür, bəzən bundan qıcıqlanıram, əsəbləşirəm. Narahat oluram ki, axşama enerjim çatmaya bilər. Amma heç vaxt rol ayrıseçkiliyi etməmişəm.

"Ağılsız rejissorda itirim, batıram, görünmürəm"

- "Obrazı bu cür yaratmaq istəyirəm" iddiasında olan və rejissora diqtə edən həmkarlarınıza münasibətiniz necədir?

- Közü öz qabağına, yorğanı öz üzərinə çəkmək- bəzilərində belə xüsusiyyət var. O cür aktyorları sevmirəm. Şükür ki, sayları azdır. İstəyirlər hamı onlara qulluq etsin, sanki ssenari, pyes onlar üçün yazılır.

Mən işlədiyim rejissorları sevirəm, onlara aşiq oluram. Yəni ona müəllim, yol göstərən, komandir kimi vurulmasam iş alınmayacaq. Mənim həyatımda hər şeyi sevgi xilas edib. Sevmədiyim adamla işbirliyim alınmır. Hətta küsülü olduğum aktyoru da tamaşa davam edən iki saat müddətində sevirəm. Özümü sevməyə məcbur edirəm.

O mənada rejissorların dediklərini etməyə çalışıram. Sonra yavaş- yavaş öz bildiyimi edirəm. Təbii ki, o məni qəbul edib razılaşır. Razılaşmasa, etmirəm. Çünki hər halda rejissor bizim hamımızdan ağıllıdır. O uzaqdan görür. Söhbət ağıllı rejissordan gedir. Ağılsız rejissorda mən itirim, batıram, görünmürəm. Ağıllı rejissorlar rolların üzərində işləyirlər, hadisəsini, kuliminasiyanı tapırlar. Bir rejissor tanıyıram, o rolun sxemini çəkmişdi. O qədər təəccüblənmişdim. Ona hörmətim birə-beş artdı. Elə rejissora ürəyimi də verərəm.

- Rejissorlarla mübahisə etmisinizmi?

- Bəzən etmişəm. Amma anlamışam ki, yaxşı rejissor sözə qulaq asır, bir az kar, öz aləmində olan, özündən razı rejissor adama qulaq asmır. Elə rejissorla işləməyi sevmirəm. Onlarla bizim anlaşmamız tutmur. Adətən bu seriallarda daha tez-tez baş verir. Qıcıqlanıram, ona görə də çəkilməyə o qədər meyl göstərmirəm.

"Nə yaraşıqda, nə də bacarıqda məndən yaxşı aktrisanı çəkmədi"

- "Kinoda şansı gətirən və gətirməyən aktyorlar" ifadəsi tez-tez işlədilir. Məncə, hər aktyor və aktrisanın içində göz önündə olmaq sevgisi var. Kimində bu azdır, kimində çoxdur, amma var. Bildiyim qədər siz də kino aktrisası olmaq istəmisiniz.

- Bu sənətə filmləri sevərək gəlmişəm. Rayonumuza tamaşalar gəlirdi, amma qeyri-peşəkar, səviyyəsiz...Rayon uşaqları onları fitə basıb, qışqırırdılar...Onlar da xaltura edib gedirdilər.

Bu formada teatrı necə sevə bilərdim? Televiziyada isə italyan, fransız, hind filmləri göstərilirdi. Onlara baxıb həvəslənirdim. Kinoya çox meylliydim, bəlkə teatrda işləyəndən sonra, bəlkə Cənnət Səlimova, bəlkə də repertuar mənə teatrı sevdirdi.

"Kinoda bəxtim gətirmir" deməzdim. Mənə elə gəlir ki, bu sevgi məsələsidir. Mən oranı, o atmosferi sevmirəm. Bəziləri deyir kinoda özümü suda balıq kimi hiss edirəm, mən bu ifadəni teatr üçün işlədirəm.

Düzdür, ekranda özünü görmək, şan-şöhrət gözəl hisdir, hər kəsin xoşuna gəlir. Təbii ki, aktyorların hər biri şöhrəti sevir. Bu sənətin yanında şöhrət sözü də var. Amma mən kinonu sevmirəm.

Vaxtında istifadə etmədilər, Nərmin. 20 il bundan qabaq çəkilmək istəyirdim. Sınaq çəkilişi də olmuşdu.

- Bəs sonra? Niyə alınmadı?

- Məni qıcıqlandıran odur ki, rejissor nə yaraşıqda, nə də bacarıqda məndən yaxşı aktrisanı çəkmədi.

O film uğur da qazanmadı. Axı qazana da bilməz. Ya məni çəkərdin, ya da məndən yaxşısını. Getdin kimi, kimləri çəkdin? Gərək kinoda rejissor anamdır, bacımdır, qardaşımdır, balamdır deyib çəkməsin. Rola kim uyğundursa onu çəksin.

Pəhriz saxladıqda əti like
  • 08 Mar 21:31  
Digərləri Pəhriz saxladıqda əti

Düzgün qidalanmada protein orqanizm üçün vacib rol oynayır.

arrow Ətraflı
Türklərlə razılaşmışıq, lakin iranlılar... like
  • 08 Mar 21:25  
Dünya Türklərlə razılaşmışıq, lakin iranlılar...

Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müav

arrow Ətraflı
Dünyanın ən yaşlı qadını vəfat etdi like
  • 08 Mar 21:21  
Dünya Dünyanın ən yaşlı qadını vəfat etdi

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrika Respublikasından

arrow Ətraflı
Lyambliya qurdlarının yaratdığı xəstəlik like
  • 08 Mar 21:17  
Digərləri Lyambliya qurdlarının yaratdığı xəstəlik

Lyamblya kimi tanıdığımız parazit qurdlardan lyamblioz - bağırsaqda yaşa

arrow Ətraflı
Qapıçıya hücum etdiyinə görə like
  • 08 Mar 21:12  
Dünya Qapıçıya hücum etdiyinə görə

PSV-nin adı açıqlanmayan bir azarkeşi Avropa Liqasının pley-offunda "

arrow Ətraflı
Azərbaycanlı məşhur müğənninin barmağı QIRILDI like
  • 08 Mar 21:07  
Şou-biznes Azərbaycanlı məşhur müğənninin barmağı QIRILDI

Əlikram Bayramovun başına xoşagəlməz iş gəlib.

arrow Ətraflı
Ekoloqdan XƏBƏRDARLIQ: like
  • 08 Mar 20:57  
Digərləri Ekoloqdan XƏBƏRDARLIQ:

Hazırda oxunan: Bu tarixədək Abşeron yarımadasında ciddi su qıtlığı ya

arrow Ətraflı
Vaxtından əvvəl doğuşun like
  • 08 Mar 20:54  
Digərləri Vaxtından əvvəl doğuşun

Vaxtından əvvəl doğuşun körpələrdə və anada yaratdığı fəsadlar aç

arrow Ətraflı
Sumqayıtda müəllim sinifdə şagirdin saçını qırxaraq onu like
  • 08 Mar 20:48  
Digərləri Sumqayıtda müəllim sinifdə şagirdin saçını qırxaraq onu

Sumqayıtda fizika müəllimi şagirdin saçını kəsib.

arrow Ətraflı
Seda Sayandan 7ci həyat yoldaşından da boşanır? like
  • 08 Mar 20:44  
Dünya Seda Sayandan 7ci həyat yoldaşından da boşanır?

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Seda Sayanın 7-ci həyat yolda�

arrow Ətraflı
Sabiq kapitan futboldan ömürlük uzaqlaşdırıldı like
  • 08 Mar 20:29  
Dünya Sabiq kapitan futboldan ömürlük uzaqlaşdırıldı

Suriya yığmasının sabiq kapitanı Əhməd Əl-Salih hakimə hücum etdiyi ü

arrow Ətraflı
Azərbaycanda ŞOK: 265 kq çəkili qadın like
  • 08 Mar 20:25  
Digərləri Azərbaycanda ŞOK: 265 kq çəkili qadın

265 kiloqram çəki 4 normal çəkili orta statistik azərbaycanlının çəkisi

arrow Ətraflı
Uşaqlarda və böyüklərdə görmə niyə zəifləyir? like
  • 08 Mar 19:58  
Digərləri Uşaqlarda və böyüklərdə görmə niyə zəifləyir?

Oftalmoloq Füzuli Hüseynov bildirib ki, son zamanların əsas problemlərində

arrow Ətraflı
Gürcüstan parlamenti yaxınlığında like
  • 08 Mar 19:54  
Dünya Gürcüstan parlamenti yaxınlığında

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilir. Qanunverici or

arrow Ətraflı
Latviya Prezidenti İçərişəhərdə olub like
  • 08 Mar 19:52  
Siyasət Latviya Prezidenti İçərişəhərdə olub

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils

arrow Ətraflı