Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər


Digərləri 07 Mar 2023 08:21:00 216 0

Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər

Qurban Yetirmişli: "Ümumiyyətlə, ölkəmiz 8-9 ballıq zonada, seysmoaktiv bölgədə yerləşir, ona görə də..."

"Ermənistanda zəlzələyə davamlılıq baxımından ən təhlükəsiz şəhər Gümrüdür. İrəvanda isə vəziyyət daha mürəkkəbdir". Bunu "Novosti-Armeniya"ya müsahibəsində Ermənistanın Ərazi Seysmik Mühafizə Xidmətinin baş eksperti, geologiya elmləri doktoru, professor Sergey Nazaretyan deyib. "1988-ci ildə Gümrüdə (keçmiş Leninakan - red.) güclü zəlzələ baş verdi. Möhkəm olmayan bütün binalar uçdu. Yalnız zəlzələyə ən davamlıları qaldı. Sonradan Gümrüdə zəlzələyə daha davamlı, 7-9 bal gücündə təkanlara tab gətirəcək binalar tikildi. Təəssüf ki, İrəvanda vəziyyət bir qədər fərqlidir, bu da narahatlıq doğurur", - Nazaretyan bildirib.

Onun fikrincə, ən çox narahatlığı  doğuran Xruşşovun dövründə tikilən çoxmənzilli binalardır. Lakin o, əmindir ki, Stalin dövründən qalma binalar daha davamlıdır. "Çünki onların həcmli və qalın divarları əlavə sabitliyi təmin edir. Məktəblərlə bağlı vəziyyət də narahatedici olaraq qalır. Onların da diqqətə ehtiyacı var", - seysmoloq bildirib.

O, habelə səhiyyə sahəsində ciddi problemlərə işarə edərək deyib ki, tibb ocaqlarının binaları da yüksək seysmik müqavimətə malik deyil ki, bu da fövqəladə hallar zamanı əlavə risk və problemlər yarada bilər.

Bəllidir ki, Azərbaycan da Cənubi Qafqaz kimi seysmik zonada yerləşir. Görəsən, ölkəmizdə seysmik sakitlik baxımından ən təhlükəsiz şəhər və ya məkan haradır? Bəs məktəblərimiz və tibb binaları güclü zəlzələyə nə dərəcədə davamlıdır?

Xatırladaq ki, iqtisadçı deputat Vahid Əhmədov keçən həftə ölkədə 9 mərtəbədən hündür binaların inşasının qadağan edilməsi barədə təklif səsləndirib.

Son.az bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, Azərbaycanda bölgələrin əksəriyyəti seysmoaktiv sayılır: "Ümumiyyətlə, Azərbaycan 8-9 ballıq zonada, seysmoaktiv bölgədə yerləşir. Hansı ərazini götürsəniz, səkkiz də var, doqquz da var. O ki qaldı tikililərlə bağlı məsələyə, buna cavab vermək bizim səlahiyyətimizdə deyil. Biz ərazinin seysmikliyini, onun ballıq olduğunu təyin edib, tədqiqat aparırıq, dəqiqləşdirirk ki, bura 8 ballıqdır, yoxsa doqquz ballıq. Qaldı ki, "Xruşovka", "Leninqrad" proyektlərinə, bildiyim qədər onların müddəti sona çatıb. Bunu aidiyyəti qurumlar daha yaxşı bilər".

Mərkəz direktoru Hacıqabulda bir gündə 5 dəfə zəlzələnin baş verməsi məsələsinə və digər rayonlarda da zəlzələnin olub-olmayacağı məsələsinə belə fikir bildirdi: "Hacıqabul rayonunda xırda təkanlar var idi, bir az aktivlik var idi, təkanlar 5 dəfə olduğuna görə biz o məlumatı verdik. Ümumiyyətlə, respublika ərazisində yaxın günlərdə dəhşətli-qorxulu zəlzələ olma ehtimalı yoxdur. Ümumiyyətlə, kim deyir ki, zəlzələ olmur, bu işlə məşğul olmayanlardır. Misal üçün, bu gün 42 dəfə təkan olub. Hamısı zəif olub. 3 amplituddan aşağı olduğuna görə bunu sayta yerləşdirməmişik. Hər gün təkanlar var. Yer daxilində o qədər proseslər var ki, qısamüddətli olması o demək deyil ki, sabah daha güclü zəlzələ olacaq. Zəlzələ olma ehtimalı hər gün var, amma güclü zəlzələ ehtimalı olmasına dəlalət edəni yoxdur".

"Belə fikir bildirilir ki, hər gün kiçik təkanlar baş verirsə, bu güclü zəlzələnin qarşısını alır, bu doğrudurmu" sualına Q. Yetirmişli belə cavab verdi: "Bir dəfə zəlzələ baş verirsə, bununla məsələ bitmir, digər parametrlər nəzərə alınır, kimyəvi tədqiqatlar aparırıq. Bunun analiz nəticəsini apararaq mən deyirəm. Əlbəttə, xırda təkanlar ki olur, enerji boşalmaları gedir. Enerji boşalmasına həmin gərginlik vəziyyətin fon səviyyəsinə düşməyinə kömək edir". 

"Türkiyədəki dəhşətli zəlzələdən sonra tikinti şirkətləri sizdən rəy istəyirlərmi, bilirik ki, əvvəllər sizin mərkəzdən belə rəylər alınıb" sualına da mərkəz direktoru cavab verdi: "Mən əvvəldə də qeyd etdim, xahiş edirəm, tikinti məsələləri ilə bağlı sualları aidiyyəti orqanlara ünvanlayasınız. Biz bu məsələyə cavabdeh deyilik".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə qeyd etdi ki, 2016-cı ildən bu vaxta qədər Bakıda çox sayda qəzalı və istismar müddətini bitirmiş binalar sökülüb və yeni tikili binalarla əvəz olunub: "Lakin biz ümumi mənzərəyə nəzər salsaq, bu gün sökülməli olan bina yüzlərlədir. Nəzərə almalıyıq ki, bir binanın sökülərək yenidən tikilməsinə təxminən iki il yarım, üç il gedir. Bu da qısa müddətdə baş verməyəcəyindən xəbər verir. Bizə uzun onilliklər lazımdır ki, bu köhnə yaşayış fondu sökülsün və yeni tikili binalarla əvəzlənsin. Həmin söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Hansı ki, o tikinti şirkətləri özləri belə seçim edirlər, hansı binadan onlara daha çox qazanc qalarsa, hansı binanın sakinləri ilə problem yaşamazlarsa, o binaların söküntüsünə daha tez başlanılır. Baş verə biləcək zəlzələ, yaxud hər hansı bir təbii fəlakəti gözləmədən qəzalı vəziyyətdə olan binaların üzərində yenidənqurma-bərpa işləri aparılmalıdır. Əgər bina tam yararsızdırsa, anında sökülməli, bir müddət dözüb qala bilərsə, həmin binalarda bərkidilmə işləri aparılmalıdır ki, hansısa bir qəza, zəlzələ, tərpəniş səbəbindən o binalar uçub dağılmasın. Təəssüflər olsun ki, köhnə yaşayış binaları artıq yaddan çıxmış bir formadadır".

Ekspert əlavə edib ki, əksər orta məktəblərin həyətyanı sahəsini zəbt ediblər, zəlzələ olarsa nə qədər tələfat ola bilər: "Eyni zamanda Bakıda yeni tikililər o qədər bir-birinə yaxın tikilib ki, yeraltı təkan olarsa, böyük faciələrə gətirib çıxara bilər".

Ukraynanın 4 vilayətində hava hücumu xəbərdarlığı like
  • 07 Mar 08:15  
Dünya Ukraynanın 4 vilayətində hava hücumu xəbərdarlığı

Ukraynanın Sum, Xarkov, Poltava, Dnepropetrovsk vilayətlərində hava hücumu

arrow Ətraflı
Ukraynada indiyədək nə qədər dinc sakin həlak olub? like
  • 07 Mar 08:04  
Dünya Ukraynada indiyədək nə qədər dinc sakin həlak olub?

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədə

arrow Ətraflı
Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər like
  • 07 Mar 07:59  
Dünya Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Demokratlar ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanı prezidentliyə na

arrow Ətraflı
Ordumuz “Qisas” əməliyyatının anonsunu verdi like
  • 07 Mar 07:54  
Siyasət Ordumuz “Qisas” əməliyyatının anonsunu verdi

Son.az axar.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyi Ermənistandan hər

arrow Ətraflı
“Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib” like
  • 07 Mar 07:50  
Dünya “Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib”

Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri

arrow Ətraflı
Urmu gölü fəlakəti: 14 milyon insan təhlükədədir like
  • 07 Mar 07:46  
Dünya Urmu gölü fəlakəti: 14 milyon insan təhlükədədir

Urmu gölü ilə bağlı yaranan fəlakət bizim uzun müddətdir ki, danışdı

arrow Ətraflı
"Rusiyanın strateji məğlubiyyətə uğradığını görürük" like
  • 07 Mar 07:41  
Dünya "Rusiyanın strateji məğlubiyyətə uğradığını görürük"

Ukraynanın şərqində və cənubunda döyüşlər gələcəkdə də gərgin xa

arrow Ətraflı
Bu şəhərin müdafiəsi üçün konsensus var like
  • 07 Mar 07:36  
Dünya Bu şəhərin müdafiəsi üçün konsensus var

Ukrayna qoşunlarında ölkənin şərqindəki Artyomvsk şəhərinin müdafiəs

arrow Ətraflı
İranda 500ə yaxın tələbə zəhərlənib like
  • 07 Mar 07:31  
Dünya İranda 500ə yaxın tələbə zəhərlənib

İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib

arrow Ətraflı
Gəncədə "Vita" yandı like
  • 07 Mar 07:25  
Digərləri Gəncədə "Vita" yandı

Gəncədə yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Milyon illər əvvəl Günəş niyə yoxa çıxmışdı? like
  • 07 Mar 07:20  
Digərləri Milyon illər əvvəl Günəş niyə yoxa çıxmışdı?

Təxminən 66 milyon il əvvəl Yer atmosferindən keçən asteroid dənizə dü

arrow Ətraflı
Hatayda zəlzələ olub like
  • 07 Mar 07:16  
Dünya Hatayda zəlzələ olub

Türkiyənin Hatay vilayətində zəlzələ olub.

arrow Ətraflı
AKPdən Kılıçdaroğlunun namizədliyinə reaksiya... like
  • 07 Mar 07:11  
Dünya AKPdən Kılıçdaroğlunun namizədliyinə reaksiya...

Ancaq tək partiya və çevriliş dönəmləri istisna olmaqla, iqtidar ola bilm

arrow Ətraflı
Bu gün Yel çərşənbəsidir like
  • 07 Mar 07:05  
Digərləri Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

arrow Ətraflı
ABŞdan erməni təxribatına münasibət like
  • 07 Mar 07:00  
Siyasət ABŞdan erməni təxribatına münasibət

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmas�

arrow Ətraflı