Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi
Kriminal 05 Mar 2023 12:10:00 389 0
Son.az Kulis.az-a istinadən aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqızı haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Orta məktəbin yeddinci sinfinə qədər Bakıxanov qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır. Sonrakı illərdə isə ailəsi Sabunçu qəsəbəsinə köçdüyündən təhsilini Sabunçu qəsəbəsində davam etdirir.
***
Özünü müəllif kimi öldürməsə, oxucu kimi onun qanını içəcəm - Hekayə müzakirəsi 1961-ci ildə M. F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirir.
Aktrisaya ən çox uğur gətirən rolu Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan "Komsomol poeması" tamaşasındakı Humay rolu olub. Bu roldan sonra yaradıcı heyət SSRİ-i mükafatına layiq görülüb. Tamaşanın növbəti nümayişi isə Kremldə baş tutub.
***
Aktrisa olmasına qardaşı razı olmayıb. Qardaşından gizlin teatra gedib-gələn aktrisanın anası ona çox dəstək olub, oğlundan Əminənin teatra getməsini uzun müddət gizlədib.
***
İnstitutun birinci kursundan artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan Əminə xanım yenicə ailə qurduğundan azyaşlı uşağını böyütməklə bərabər, həm də karyerasını qurmağa çalışır. Günün on səkkiz saatını işlədiyini deyən aktrisa radio verilişlərinə, teatrda, dublyaj studiyasında çalışmaqla yanaşı, həm də ali təhsilini davam etdirməyə müvəffəq olur.
Ancaq bütün bunlarla yanaşı aktrisa dövlət tərəfindən verilən imtiyazlara çox gec nail olub. İllərlə evi olmayan aktrisa sonralar çox çətinliklə dövlət tərəfindən evlə təmin olunub. O, 46 yaşında Əməkdar artist, 74 yaşında isə Xalq artisti adına layiq görülüb. Bu barədə o, müsahibələrinin birində deyir:
"Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım. Həmişə deyirdim ki, eybi yoxdur, bir sağlamlığım, bir də pulum olsun. İş də elə gətirmişdi ki, imkanım yaxşı idi. O vaxtı aktyorlar arasında söhbət gəzirdi ki, Əminənin kassada çoxlu pulları var".
Əminə xanımın əslən İrandan olan nənəsi molla olub. Dövrün mədrəsə təhsilinə çox yaxşı yiyələnib. Əminə xanım balaca olanda, nənəsi onu özü ilə məscidə, dini məclislərə aparırmış. Belə məclislərdə o da nənəsinə qoşulub mərsiyələr deyirmiş. Boynunda isə nənəsinin ona bağışladığı gümüş qabın içərisində saxladığı "Quran" gəzdirirmiş. Uzun illər bu "Quran"ı özü ilə gəzdirən Əminə xanım, imtahanlara girəndə mütləq Allaha dua edib, Quranı öpüb imtahanlara girirmiş.
Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi 2023-cü ildə 5 % təşkil
İranda həbslər davam edir.
Şəxsi reanimasiya təyyarəsi olan "Bombardier Chalenger 604" bu gü
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaq
"YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıc
Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.
Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərl�
4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Azərbaycan Milli komandası və "Qarabağ" futbol klubunun müdafiə�
Türkiyədə zəlzələdə ölənlərin sayı 45 min 968 nəfərə çatıb.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 791 nəfər şübhəli sa
İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qız