"Qovulmuş azərbaycanlıların hüquqlarını təmin edin"
Siyasət 01 Mar 2023 11:56:00 322 0
Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub göndərib.
Bu xəbəri də oxu: Duda İrəvanda nə iş görür? Sərhəddə təxribat ola bilər
İcmadan Son.az-a verilən xəbərə görə, məktubda Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edilib.
Məktubda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərti olduğu vurğulanıb.
Həmçinin, EUMA-nın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma, Missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.
İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
Vətəndaş Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağ
Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri
"Baykar" şirkəti sosial media səhifələrində və bəzi internet s
Çərşənbələrdə və Novruz bayramında süfrəyə qoyulan təamlar arasınd
Bank kartınızda saxladığınız pula görə ildə nə qədər gəlir əldə e
Fevralın 27-də Ukrayna Müdafiə Nazirliyi bir gecədə atılan İran istehsal
Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 %-dən artığ�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya v�
Gənc müğənnilər Dahin (Nihad Məlikov) və Darinin (Türkan Heydərova) toy
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başa çatdı.
"İranda etiraz fəallığı artır. Rejim bir çox fərqli sahələrdə b�
Kapital Bank 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım
Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsind