İranda dərman böhranı dərinləşir
Dünya 28 Fev 2023 08:59:00 270 0
İranda dərman böhranı dərinləşir.
Bu xəbəri də oxu: Mask öz rekordunu qırdı
Son.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, ötən ilin payızında baş verən böhrandan, antibiotik və asetaminofen kimi dərman qıtlığından sonra başqa dərmanların da tapılmayacağı barədə fikirlər səsləndirilir.
İranın Ərzaq və Dərman Təşkilatının sədri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı barədə vədlər versə də, digər dərmanların təmin edilməsi barədə fikir bildirməyib.
Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.
Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.
"Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım atmayıb", - Həmid Xoyi bildirib.
O, mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkil
İsraildə qədim məzardan çıxarılan insan qalıqları tarixin ən qədim be
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni FİFA tərəfindən 202
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidə
Amerikalı məşhur aktrisa Peris Hilton 15 yaşında zorlandığını bildirib.
Qarın ağrısı hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılar
Macarıstan müharibəyə sövq edilməsin deyə, NATO-nun şərqə doğru geni�
Altayda 40 yaşlı yerli sakin 37 yaşlı keçmiş arvadını boşandıqları g�
Səhər yeməyindən imtina beyində immun funksiyasının azalmasına səbəb o
Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Əsasən y