"Təcili yardım biləndə ki, lift işləmir gəlmədi"
Digərləri 27 Fev 2023 23:57:00 340 0
"Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti Süleyman Vəzirov küçəsindəki binalarda səhərdən nə işıq, nə də su var. On beş mərtəbəli binanın pilləkənlərini ağır çantalarla qalxmaq nə dərəcədə düzgündür? Bunun xəstəsi, körpəsi, uşağı var. Ötən dəfə bir xanımın körpəsi ağır xəstə idi və təcili yardım biləndə ki, lift işləmir gəlmədi. Çünki piyada qalxıb xərəkdə o uşağı düşürmək var. Bu nə dərəcədə düzgündür?".
Bu xəbəri də oxu: Bakı bu ərazilər plana düşdü Tezliklə söküləcək FOTO
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə (Elmira) sosial şəbəkədə yayımladığı videoda deyib. Sənətçi bacısı, Əməkdar artist Sevda Ələkbərzadənin yaşadığı binadakı vəziyyətlə bağlı şikayətlənib:
"Su, işıq, qaz da yoxdur... Biz neçənci əsrdə yaşayırıq? Bu MTK-nın sahibləri hara baxır? Nə vaxta qədər bu biabırçılıq davam edəcək? Nə vaxta qədər insanlar əziyyət çəkəcək? Axır vaxtlar gecə saat 1-dən səhər 5-ə qədər su vermirlər. Bəlkə biri gecə 3-də yatır. Yaşadığım ərazidə nə qədər xəstə insanlar var, onlar nə etsinlər? Bəlkə biri çay içmək istəyir, bunu necə etsin? Xocalı Rayonu İcra Başçısına, MTK-nın sahiblərinə səslənirəm. Hara baxırsınız? Bu nə vaxtadək davam edəcək? Bacım Sevda Ələkbərzadə evdə çaysız, susuz qalıb. Niyə? Xahiş edirəm, Xətai Rayon İcra Başçısı bir əncam çəksinlər".
İndi cəbhədə vəziyyət ağırdır. Rus silahlı bölmələri hücum əməli
Türkiyə Hatay vilayətində plastik yeşiklərin istehsalı zavodunda yanğın
Rusiyanın "Vaqner" bölmələri Ukraynanın Baxmut şəhərinin Stupk
Türkiyədə zəlzələnin baş verən ilk günündən Kahramanmaraşa könüll�
DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll futbol dünyasının
Qərbin sanksiyaları nəticəsində dondurulmuş Rusiyanın 300 milyard dollarl
Sabahdan Bakıda 4 nömrəli marşrutun hərəkət sxemi müvvəqqəti olaraq al
Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməm�
Regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münas