BMT Ukraynadakı hərbi cinayətlərin araşdırılmasını müzakirə edəcək
Dünya 27 Fev 2023 09:29:00 323 0
Bazar ertəsi Cenevrədə BMT İnsan Hüquqları Şurasının illik sessiyası açılır, onun çərçivəsində Rusiyanın hücümu başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasının müzakirəsi planlaşdırılır.
Bu xəbəri də oxu: Daha bir ölkə Netanyahunu həbslə hədələdi
Son.az "report"a istinadən bildirir ki, bu barədə AFP yazıb.
BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarılmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra açılacaq iclasda Ukraynadakı müharibə mövzusunun üstünlük təşkil edəcəyi gözlənilir.
"Biz bu sessiyanın, BMT Baş Assambleyasının göstərdiyi kimi ... dünyanın Ukrayna ilə çiyin-çiyinə olduğunu göstərməsini istəyirik", - Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Saymon Menli sessiya ərəfəsində deyib.
Sessiya rekord müddətdə - 6 həftə davam edəcək. Açılışında BMT-nin Baş katibi Antoniu Quterreşin çıxış edəcək, bütövlükdə isə birinci həftədə ABŞ, Çin, Ukrayna və İrandan olan nümayəndələr də daxil olmaqla 150-yə yaxın dövlət və hökumət başçısının çıxış edəcəyi gözlənilir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun cümə axşamı çıxış edəcəyi nəzərdə tutulub. Ötən il Şuranın iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı nümayiş etdirilməyə başlayanda bir çox diplomat zalı tərk etmişdi.
"Biz hesab edirik ki, Rusiya bu zalda oturmağa layiq deyil. Biz müvafiq şəkildə hərəkət edəcəyik", - Ukraynanın qurumdakı daimi nümayəndəsi Yevgeniya Filipenko vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı 27 fevral tarixindən etibarən valyuta məzənnəl
Qadının küçədən əri, atası və qayınanası tərəfindən zorla qaçır�
Ukrayna hərbi maşını bu payızda məhv ediləcək.
ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan və Özbəkistana səfəri ba�
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki son çıxışında Ukrayna
Xocalıda törədilən soyqırım bir gün, iki gün, üç günün planı deyild
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
İranın əmək və sosial təminat naziri Seyid Sultan Mirtəzavinin başçıl�
ABŞ Prezidenti Cozef Bayden "Abrams" tanklarının Ukraynaya tədarü
Fransa hakimiyyəti quraqlıq səbəbindən ölkənin cənubundakı dörd depart
Ukrayna "Vaqner" özəl hərbi şirkətlə (ÖHŞ) əlaqəli şəxslə
F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsi gündəmdən ç
Ukrayna əsgərləri hər gün yalnız Baxmut istiqamətində 500 rus əsgərlə