"Zəlzələlərin ilk günündən..."
Dünya 22 Fev 2023 22:49:00 288 0
Episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərin ilk günündən Avropa ölkələri Türkiyəyə yardım əlini uzadıb. Dəstəklərinə görə hər bir ölkəyə və təşkilata minnətdarıq.
Bu xəbəri də oxu: Ardıcıllıq dəyişdi: 2025ci ilin ən güclü orduları
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheyi və İsveçin xarici ticarət naziri Yohan Forsellə birgə mətbuat konfransında deyib.
Türkiyəli nazirin sözlərinə görə, son həftələrdə Avropa İttifaqı Türkiyəyə fövqəladə yardım fondlarından yardım edib və 1750 xilasedici fəlakət zonasına göndərilib, onların səyləri nəticəsində 79 Türkiyə sakini xilas edilib:
"İsveç və Macarıstan da daxil olmaqla Avropa İttifaqına üzv olan 18 ölkə təbii fəlakət bölgəsinə humanitar yardım göndərib. O cümlədən, Avropa ölkələri Türkiyəyə 50 min qış çadırı göndərib".
M.Çavuşoğlunun sözlərinə görə, bugünkü söhbət zamanı dağıdıcı fəlakətdən zərər çəkən Türkiyə və Suriya xalqına yardım toplamaq üçün beynəlxalq donor konfransına hazırlıq mövzusuna da toxunulub.
Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varheyi öz növbəsində bildirib ki, onun nəsli belə dağıdıcı zəlzələlərə rast gəlməyib.
Yaşanan ağrının miqyası inanılmazdır, deyən Avropa komissarı, "indi Türkiyə və Türkiyə xalqı ilə həmrəylik zamanıdır" dedi.
Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.
ABŞ Dövlət katibi Entoni Blinken BMT Baş katibi Antonio Quterreşlə görü�
Kapitulyasiya aktının imzalandığı gündən Ermənistanın bütün hərəkə
Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində
İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qar�
İki gün əvvəl Azərbaycanın Laçın rayonu ilə həmsərhəd bölgədəki d
Biz bu barədə mövqeyimizi bildirmişik və təkrar edirəm: Missiyanın mülk
Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziy
Rusiyanın təxribat-kəşfiyyat qrupu Rusiya ərazisindən Xarkov vilayətinin
Slovakiyanın Trençin diyarında kiçik təyyarənin qəzaya uğraması nətic�
Martın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan