Şahzadə Diananın şəxsi məktubları hərraca çıxarılıb
Dünya 20 Fev 2023 20:51:00 243 0
Şahzadə Diananın yazdığı şəxsi məktublar 161 min funt-sterlinqə hərracda satılıb.
Bu xəbəri də oxu: 23 fevralda Almaniyada
Son.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 32 məktubun hər biri ayrıca satışa çıxarılıb.
Kolleksiyaçıların əlinə keçən yazışmalar Uels şahzadəsi tərəfindən dostları Syuzi və Tariq Kassem ilə hazırkı Kral III Çarlzdan boşanmadan üç il əvvəl başlayan və ailənin dağılmasından qısa müddət sonra sona çatan müddətdə həyata keçirilib. Bütün məktublar Ledi Diananın Kensinqton sarayındakı ofisində yazılıb.
28 min funta satılan məktubların birində şahzadə Diana boşanması səbəbindən yaşadığı stressdən yazıb.
"Bir il əvvəl bilsəydim ki, bu boşanma ilə üzləşməliyəm, heç vaxt buna razı olmazdım. Dəhşətli və iyrəncdir", - o etiraf edib.
Boşandıqdan sonra yazdığı məktubda isə Diana yazıb: "Azadlıq tapdığım üçün çox xoşbəxtəm və ikinci şansım olduğunu dərk edirəm! Mənim çoxlu xoş fəaliyyətlərim var və bu, əyləncəlidir ... Kimin ağlına gələrdi!". Bu məktub 3800 funt-sterlinqə alıcı tapıb.
Ən bahalı məktub isə şahzadənin 1996-cı ilin sonunda dostu Syuziyə yazdığı məktub olub. Məktubda o, Milad bayramı üçün göndərilən güllərə görə təşəkkür edib və bu bayramı sevmədiyini etiraf edib.
Qeyd edək ki, şahzadə Diana 1997-ci ilin avqustunda vəfat edib.
Rejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi "Titanik&qu
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Höku
Məşhur aşpaz CZN Burak "Barselona"nın sabiq futbolçusu Ronaldinyo
Müğənni Nigar Camal paylaşımı ilə diqqət çəkib.
"Google" 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və
Türkiyədə baş vermiş faciəvi hadisədən sonra bütün məşhurlar birlik
Uels şahzadəsi Keyt Middlton Britaniya Akademiyası Film mükafatlandırma mə
Adıyamanda hər kəsin " Eski Kahta" deyə adlandırdığı böyük b
Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası
Qışın son ayında Viktoriya və Devid Bekhem gənc uşaqları - 17 yaşlı Kr
Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda yeniyetmə qız dəm qazından z
Rusiyannın Xalq artisti Filipp Kirkorov Alla Puqaçova ilə evil olarkən ona x
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarın
Sabirabadda 30 yaşlı kişi arvadı və ögey oğlunu döyüb.