Rəhman Rəhmanovun xanımı: “Bizi ölüm də ayıra bilməz, yerimiz ölən oğlumuzun yanındadır”
Şou-biznes 19 Fev 2023 17:31:00 273 0
Xəbər verdiyimiz kimi, ötən həftələrdə Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu "Elgizlə İzlə" ictimai-sosial verilişində 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan ayrıldığını açıqlayıb.
Bu xəbəri də oxu: "Stolların üstündə ərəb rəqsi oynayan rəqqasə dedi ki, ərim qısqancdır"
Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən məsələyə aydınlıq gətirmək üçün aktyor və həyat yoldaşı sözügedən proqrama yenidən gəliblər. Gülbiçə xanım Rəhman bəyin ayrılıq açıqlamasına belə münasibət bildirib: "Günah məndədir və təqsirkar özüməm. Biz ayrılmamışıq. Rəhman bu verilişə gəlirdi. Ona dedim ki, orada çoxlu evlənmək istəyən var. Sən də çıx, özünü o verilişdə sına. Gör səninlə evlənmək istəyən xanım olacaq? Rəhman da gəldi və belə bir açıqlama verdi. Ondan sonra aləm dəydi bir-birinə. Heç yaxşı olmadı. Qısqanclıq yoxdur. Biz hər zaman bir yerdə olmuşuq, ömrümüzün sonuna kimi də bir yerdə olacağıq. Bu ay birlikdəliyimizin 29 ili tamam oldu. Hər zaman mehriban olmuşuq, bundan sonra da ömrümüzün sonuna kimi elə də olacağıq. Bizi heç ölüm də ayıra bilməz. Xeyr! Çünki bizim axirət yerimiz də hazırdır. Dünyasını dəyişən oğlumuzun yanında (kövrəldi). Biz heç zaman ayrılmarıq". R.Rəhmanov xanımı ilə ayrılıq məsələsinə bu sözləri ilə nöqtə qoyub: "Elgiz (verilişin aparıcısı Elgiz Əkbər - red.) verilişini yekunlaşdıranda ona söylədim ki, bir dəqiqə mənə söz ver, bu məsələnin zarafat olduğunu deyim. Belə bir şeyin olmadığını bildirəcəkdim. O isə söylədi ki, birinci gün verilişə gəlib, bu məsələ ilə bağlı geniş açıqlama verərsən. Elə oldu ki, birinci gün sübh tezdən Türkiyədə zəlzələ oldu və mən efirə çıxa bilmədim. İkinci gün isə artıq gec idi. Bir çox saytlar mənim xanımımla ayrılıq açıqlamamı yazıb, xəbər etdilər. Camaat isə elə bildi ki, həqiqətən də mən xanımımdan ayrılmışam. Bu gün həyat yoldaşımla sizin verilişinizə gəlməyimin məqsədi budur ki, bu xəbərin gerçək olmadığını deyim. Mənim yenidən evlənməyim mümkün deyil. O mənə yaraşmaz. Könül sevən göyçək olar. Mənim könlüm Gülbiçəni sevib, vəssalam".
2023-cü ilin önə çıxan paltarlarından biri də neon geyimlərdir.
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Qryanikovka kəndini nəzarətə g
Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.
"Axtarış-xilasetmə işləri ən az 14 gün davam etməlidir".
Bir zamanlar dəbdə olan "Adidas"ın samba modelləri yenidən trend
Bir müddət əvvəl Türkiyədə yayımlanan "Yalı çapkını" seria
Son.az Kulis.az-a istinadən Əməkdar artist Məhəbbət Kazımov haqqında mar
"Telegram" "Facebook Messenger"i üstələyərək son beş i
Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, dah
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan H
Qadınların əksəriyyəti hər gün evdən çıxarkən makiyaj vururlar.
Ukrayna Silahlı Qüvvələrininin "Madyar" ləqəbli komandiri G7 öl
Bakının Yasamal rayonunda 1964-cü il təvəllüdlü Teymur həbsxana yoldaş�