Brusellyoz
Digərləri 18 Fev 2023 08:25:00 357 0
Brusellyoz-uzun müddətli qızdırma ,hərəki-dayaq , sinir ,ürək damar və orqanizmin digər sistemlərini zədələnməsi ilə xarakterizə olunan kəskin və ya xroniki infeksiyon xəstəlikdir. Brusellanın törədicisinin 6 müstəqil növü var. Səbəbləri. Brusellyoz tipik zoonoz infeksiyadır .Brusellyozla müxtəlif ev heyvanları - inəklər,donuzlar,qoyunlar və s. xəstələnirlər.İnsanın yoluxması xəstə hevanların doğuşu,yunun qırxılması zamanı , həmcinin yoluxmuş ət, süd,pendir və digər qida məhsullarından istifadə etdikdə baş verir. Simptomları: Əsas əlamətləri temperaturun yüksəlməsi , tərləmə ,baş ağrıları, tez yorulma , oynaqlarda ağrılar iştahanın pozulması və s. ibarətdir. Brusellyoz üçün hepatolienal sindrom xarakterikdir . Qaraciyər və dalaq qabırğa qövsündən kənara çıxır, əllədikdə ağrılı və yumşaq olur. Ağır hallarda və uzun müddətli xroniki gedişində ürək- damar sistemində dəyişikliklər qeyd olunur. Ürəyin hüdudları genişlənir , tonları karlaşır, bəzən ürəyin zirvəsində küy eşidilir. Diaqnostika: Brusellyozun diaqnozu kliniki,epidemioloji və laborator göstəricilər əsasında qoyulur. Xəstələrdə brusellaların tapılması diaqnozu təsdiq edir. Diaqnostikanın tezləşdirmək üçün əşya şüşəsi üzərində Xeddelson reaksiyası qoyulur. Bundan əlavə dəridaxili Bürne allergik sınağından geniş istifadə olunur. Bu sınaq spesifik hesab olunur . Müalicəsi : Kəskin dövrdə antibiotiklər 7-10 gün müddətində təyin olunur. Bununla yanaşı vaksinoterapiya aparılır. Bu məqsədlə öldürülmüş brusellyoz vaksinindən istifadə olunur. Vaksinoterapiya 8-10 infeksiyadan ibarətdir. Profilaktikası: Profilaktikası - tibbi sanitar veterenar və təsərüffat sahələrini əhatə edir. Xəstə heyvanlar aşkar olunmalı, iri və kiçik buynuzlu heyvanlarda brusellyoz əleyhinə vaksinasiya aparılmalı, heyvandarlıq təsərüffatı sağlamlaşdırılmalıdır.
Bu xəbəri də oxu: Xarkov vuruldu
ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NA
Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı
"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf
Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqları bloklayıb.
Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifəl�
Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Na
Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasibl
"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri tə
Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləş
17 avqust 1999-cu il Gölcük zəlzələsi günü Qaziantepdə dünyaya gələn