Şahbaz Xuduoğlunun təklifinə sərt təpkilər:
Digərləri 18 Fev 2023 07:28:00 315 0
Xəbər verdiyimiz kimi, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində bu cümlə ilə başlayan statusu etiraz doğurub.
Bu xəbəri də oxu: Çiy süddə quş qripi aşkarlandı
Nəşriyyat direktoru qeyd edib: "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik - Bir millət, bir dil".
Son.az teleqraf.com-a istinadən bildirir ki, professor Qulu Məhərrəmli məsələnin gündəmə çevrilməsinin tərəfdarı olmadığını bildirib: "Şahbaz Xuduoğlu yazıb-yazıb da, bu niyə gündəmə çevrilir? Kim öz dilindən imtina edib başqa bir dövlətin dilini qəbul edər?! Kim türkcə kitab çap edir, etsin, alanlar da alıb oxusunlar. Bu dövlət ona görə qurulmayıb, onun dövlət dili əbəs yerə Azərbaycan dili elan olunmayıb ki, günlərin bir günündə kimsə çıxıb ortaya desin ki, biz dövlətimizin dilini dəyişdirib türk dili edək.
Hesab edirəm ki, bu, çox qeyri-ciddi çağırışdır və buna ümumiyyətlə, əhəmiyyət verməyə dəyməz".
Millət vəkili, akademik Nizami Cəfərov Şahbaz Xuduoğlunun tanınmış ziyalılardan biri olduğunu bildirib: "Səmimi deyim ki, kitab nəşri sahəsində onun tarixi xidmətləri var. Çox dəyərli işlər görür.
Amma Şahbaz müəllimin bu fikri ifrat kitab kommersiyası marağından irəli gəlir. Təbiidir ki, Türkiyə türkcəsində, rus dilində kitablar çox oxunur. Çünki hər iki dilin inkişaf və yayılma səviyyəsi var. Beynəlxalq dillər arasında fəxri dördüncü yer rus dilinə məxsusdur. Türkiyə türkcəsi də beynəlxalq dil iddiasındadır. Azərbaycan dili beynəlxalq deyil, buna görə də digər dillərlə müqayisədə daha az kitab oxunur.
Dil xalqla bir yerdə yaranır. 100 illərdir ki, xalqımız Azərbaycan dilini yaradıb. Əgər müstəqil Azərbaycan dilindən imtina ediriksə, onda müstəqil xalq olmağımızdan da imtina edirik. Bu, ağlasığmaz bir məsələdir.
Elə dillər var ki, inkişaf etmir, müəyyən müddətdən sonra xalqla bir yerdə məhv olur. Amma Azərbaycan dilini belə bir təhlükə gözləmir".
Deputat deyir ki, hazırda dünyadakı mövcud dillər sıralayanda Azərbaycan dili öz imkanlarına görə 22-23-cü yerdədir: "Dünyada Azərbaycandan dilindən sonra yüzlərlə dil gəlir ki, ana dilimizdən aşağı sıralarda qərarlaşıb. Dünyada mövcud olan dillər inkişaf səviyyəsi, o dildə yazanların elmi, publisistik yazılar baxımından sıralanır.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Hatayda "dünyanın i
Bir müddət öncə ölkə mətbuatında təxminən il yarım əvvəl Naxçıvan
Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rej
Türkiyənin məşhur prodüser və aktyoru Burak Sağyaşar da zəlzələ bölg
Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarıs�
Türkiyənin daxili işlər naziri Süleyman Soylu "CNN Türk" televiz
Dünyada xeyli model var. Lakin botokssuz, dolğu və əməliyyata ehtiyacı olm
1. Qıcqırma. Qıcqırma əsas simptom hesab olunur. Bu döş sümüyü arxas�
"33 dəqiqə muğam dəstgahı oxumuşam. Muğam ifaçısı olmuşam. Qız�
Qızılcayabənzər məxmərək - kəskin virus infeksiyası olub, kiçik ləkə
Aparıcı Zümrüd Bədəlova türk aktyor Murat Yıldırımla bağlı paylaşı
Öddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəst