Antarktikada dəniz buz sahəsi rekord səviyyədə azalıb
Dünya 17 Fev 2023 22:12:28 293 0
Bu xəbəri də oxu: Bu pişikləri saxlamaq
Antarktikanın 1970-ci illərin sonundan bəri peyklərdən istifadə etməklə ölçülən dəniz buz sahəsi rekord səviyyədə azalıb. Bu ərazidə iqlim dəyişikliyini müşahidə edən Britaniyanın Milli Qar və Buz Məlumat Mərkəzinin açıqladığı son rəqəmlərdə küləklər, isti hava və su əhatə dairəsinin dəniz buz sahəsini 1,91 milyon kvadrat kilometrə qədər azaltdığı qeyd olunub. Ekoloqlar yay aylarında ərimə prosesinin daha geniş vüsət alacağını bildirirlər.
Son.az bildirir ki, AZƏRTAC BBC telekanalının reportajına istinadla xəbər verir ki, son yeddi ildə kruiz və balıqçı gəmiləri yarımadanın ətrafında keçid edərkən oxşar mənzərənin şahidi olublar; Antarktika ətrafındakı dənizlərdə əksər sektorlarda buzlar əriyib. Təkcə Veddell dənizində donmuş gölməçələr üstünlük təşkil edir. Alimlər Antarktikada dəniz buzunun əriməsini sadəcə iqlim dəyişikliyinə aid edilə bilməyən mürəkkəb bir proses hesab edirlər. Mövcud peyk məlumatlarının son 40 nümunəsini təhlil edəndə məlum olub ki, dəniz-buz ölçüsü böyük dəyişkənlik göstərir. İndi Antarktika ətrafında daha kiçik buz sahələri qalıb. Bu yarımadada buzların əriməsi kompüter proqramları vasitəsilə müşahidə olunan qlobal istiləşmə nəticəsində yayda dəniz buzlarının həcminin hər on ildə 12-13 faiz azaldığı Arktikadan fərqlidir. Peyklərdən əldə edilən başqa məlumat mənbələri bizə ən azı 1900-cü ilə qədər geriyə baxmağa imkan verir. Bunlar Antarktikada dəniz buzunun keçən əsrin əvvəllərində azalma vəziyyətində olduğunu, lakin sonradan artmağa başladığını göstərir. Bu qitədə rekord qış maksimumları və yay minimumları arasında böyük dəyişkənlik var. Qışda üzən dəniz buzları təqribən 18 milyon kvadrat kilometri əhatə edir. Lakin onlar mövsüm ərzində yenidən böyüməyə başlayır. Alimlər bildirirlər ki, bunun səbəbi okeanın səthində dəniz suyunun donmasının duzu xaric etməsi, altındakı suyun isə sıxlaşmasıdır. Bu, dəniz buzlarının batmasına səbəb olur.
Bütün bu proseslər böyük okean konveyerini - iqlim sistemində enerjini tənzimləməyə kömək edən suyun kütləvi hərəkətini idarə edən mühərrikin bir hissəsidir. Eyni zamanda, dəniz buzu da qütblərdə həyat üçün çox vacibdir. Antarktikada balinalar, suitilər, pinqvinlər və digər canlılar üçün əsas qida mənbəyi olan və "krill" adlanan kiçik dəniz xərçənglərinin sayı də bu prosesə uyğun olaraq artır və azalır. Tədqiqatlar göstərir ki, bu il dəniz buzlarının rekord minimumuna Antarktik yarımadasının qərbində və şərqində qeyri-adi yüksək hava temperaturu təsir edib. Bu, uzunmüddətli orta göstəricidən 1,5C yuxarı olub.
İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İs
"Uşaqlar tibbi müayinədən keçdilər, hər şey qaydasındadır. Qan te
ABŞ ordusu Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı əməl
Trabzonun Akyazı rayonunda yol hərəkətinə nəzarət edən polis məmuru avt
Türkiyənin ən böyük geyim istehsalı müəssisələrinin zəlzələnin baş
Çinin Sıçuan əyalətinin Mianyanq şəhərinin sakini dərslərini zəif oxu
Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən v
Fevralın 13-dən fevralın 17-dək Rusiyanın Avropa hissəsində "Regular
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 17-də Münxendə Azərbayc
Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə lideri V
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.