Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri


Digərləri 16 Fev 2023 23:15:00 293 0

Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri

Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır.

Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.

Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.

Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. Rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.

Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.

Kəllə beyin zədələnməsi - Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.

Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.

Həyatı orqanlar risk altında - Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.

Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.

Epilepsiya təhlükəsi - Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.

Ginekoloq məsləhəti - Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.

Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.

Sağrı gəlişi - (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.

Rəna Kazımova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

İbadətgahlarda vakant vəzifələr üzrə müsahibənin nəticəsi like
  • 16 Fev 23:12  
Digərləri İbadətgahlarda vakant vəzifələr üzrə müsahibənin nəticəsi

İbadət yerlərinə vakant vəzifələr üzrə müsahibənin nəticəsi açıql

arrow Ətraflı
Gəlinlə bəy dəhşətli zəlzələdə öldü  FOTO like
  • 16 Fev 23:11  
Dünya Gəlinlə bəy dəhşətli zəlzələdə öldü FOTO

Türkiyədə baş verən dəhşətli zəlzələ günü evlənən Elif və Halil

arrow Ətraflı
İctihad və müctəhid nə deməkdir? like
  • 16 Fev 23:10  
Digərləri İctihad və müctəhid nə deməkdir?

İctihad sözünün hərfi mənası çətinliyə dözmək və səy göstərməkd

arrow Ətraflı
Narkotik çəkdikdən 2 həftə sonra asılılıq yaranır  Narkoloji Mərkəzin like
  • 16 Fev 23:05  
Digərləri Narkotik çəkdikdən 2 həftə sonra asılılıq yaranır Narkoloji Mərkəzin

"Narkotik maddələr növündən asılı olaraq daxili orqanlara dağıdıc

arrow Ətraflı
Vardanyan Xankəndidən BU YOLLA ÇIXIB: Göstərişi verən isə... like
  • 16 Fev 22:57  
Siyasət Vardanyan Xankəndidən BU YOLLA ÇIXIB: Göstərişi verən isə...

Azərbaycanlı fəalların Laçın-Xənkəndi yolunda aksiyası davam edir. Anca

arrow Ətraflı
Genlərə müdaxilə: Cinsiyyətin dəyişdirilməsi like
  • 16 Fev 22:55  
Digərləri Genlərə müdaxilə: Cinsiyyətin dəyişdirilməsi

Görünür ki, bu, təbii tarazlıqları pozan bir işdir. İnsanların təbii t

arrow Ətraflı
“Naxtel 4G” baza stansiyalarının sayını 130a like
  • 16 Fev 22:54  
Digərləri “Naxtel 4G” baza stansiyalarının sayını 130a

"Naxtel" mobil operatoru Babək şəhəri ərazisində yeni baza stans

arrow Ətraflı
Azərbaycanda partlayıcı maddələr zavodu like
  • 16 Fev 22:53  
Digərləri Azərbaycanda partlayıcı maddələr zavodu

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan

arrow Ətraflı
Qəbristandakı məhsulları yemək olar? like
  • 16 Fev 22:50  
Digərləri Qəbristandakı məhsulları yemək olar?

Qəbristanda yetişən şeyləri yemək olar. Yeyilməsi qadağan olan şeylər

arrow Ətraflı
Yutubun baş direktoru istefa like
  • 16 Fev 22:49  
Dünya Yutubun baş direktoru istefa

Yutubun baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.

arrow Ətraflı
Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar like
  • 16 Fev 22:47  
Dünya Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar

Almaniyanın "Lufthansa" aviaşirkəti tətil səbəbilə Frankfurt v�

arrow Ətraflı
Ərdoğan zəlzələdən 248 saat sonra xilas edilən Aleynanın like
  • 16 Fev 22:46  
Dünya Ərdoğan zəlzələdən 248 saat sonra xilas edilən Aleynanın

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən zəlz�

arrow Ətraflı
Bu qidalar asılılıq yaradır! like
  • 16 Fev 22:45  
Digərləri Bu qidalar asılılıq yaradır!

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.

arrow Ətraflı
Türkiyədə daha bir zəlzələ oldu like
  • 16 Fev 22:41  
Dünya Türkiyədə daha bir zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Doğanşəhir rayonunda 4,7 bal gücündə zə

arrow Ətraflı
Elm və dinin cinlərə münasibəti necədir? like
  • 16 Fev 22:40  
Digərləri Elm və dinin cinlərə münasibəti necədir?

Elə görünür ki, din tibb və sairə kimi modern elmlərlə ziddiyyət təşk

arrow Ətraflı