Vüsal ermənilərin HƏDƏFİNDƏ Düşmən bu dəfə
Siyasət 16 Fev 2023 18:39:00 301 0
Onu əvvəllər dostları, qulluq etdiyi hərbi hissədə əsgər yoldaşları tanıyırdısa, indi bütün Azərbaycan tanıyır. Amma son hadisələr deməyə əsas verir ki, onu 44 günlük Vətən müharibəsindəki cəsur duruşu ilə Ermənistanda və ermənipərəst qüvvələr arasında da çox məşhurdur.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Söhbət "Topçu Vüsal" kimi adını 44 günlük İkinci Qarabağ müharibəsinə qızıl hərflərlə yazdıran azərbaycanlı gəncdən gedir. Vətən müharibəsində Ermənistan silahlılarına mərmi atandan sonra duruşu hamının yaddaşında qaldı.
Belə görünür ki, bu dəfə 30 ilə yaxın həsrətin vüsala yetdiyi Vətən müharibəsində topçu Vüsal kimi tanınan igid əsgər erməni tərəfinin əsas hədəfinə çevrilib. Konkret desək, erməni təbliğat maşınının qollarından hesab edilən üç fransız birgə sənədli film hazırlamaq üçün pul yığma kampaniyası təşkil edirlər. İlk baxışdan burada qeyri-adi heçnə yoxdur, erməninin xisləti hər kəsə məlumdur. Amma məsələ düşündüyümüzdən də düşündürücü və məkirlidir.
Belə ki, ermənipərəst fransızlar bu kampaniya üçün topçu Vüsalın şəklini istifadə etmək qərarına gəliblər. İstisna edilmir ki, bu filmlərin əsas hədəfi elə məhz Vüsal - Azərbaycan olacaq. Böyük ehtimalla məhz Vüsalın 44 günlük Vətən müharibəsi zamanı sözügedən kadrı əsas şəkil kimi ona görə istifadə edilmək üçün seçilib ki, ermənipərəst, anti-Azərbaycan, türkəfobiya, islamafobiya ilə alışıb-yanan qüvvələrin dəstəyini alaraq növbəti qarayaxma kampaniyası üçün "tutarlı" filmlər ərsəyə gəlməsində onların işini aşırmasına kifayət edəcək məbləğin toplanmasına daha böyük auditoriyanın köməyini qazanalar. Burada bir məqamın - onlar xristian-müsəlman kontekstini vurğulamaları, islamofobiyanın ən bariz nümunəsidir.
Bunun digər adı isə saxtakarlıq, müəllif hüquqlarının kobud şəkildə pozulması, insan haqlarının və hüquqlarının növbəti dəfə ayaqlar altına atılması deməkdir. Çünki bununla qarşı tərəf dünya ictimaiyyətinə "Azərbayacandan gələn təhlükə" görüntüsü yaratmaq niyyətindədir ki, bu da tamamilə qərəzli, məkirli və çirkab oyundur.
Açıq-aydın görünür ki, Vüsala hücumlar təşkil edilir. Vüsal orada qaniçən kimi təqdim edilir. Amma çox yaxşı bilirik ki, Vüsal Vətən müharibəsində məhz hərbi xidmətdə olan bir Azərbaycan əsgəri kimi düşmənə qarşı savaşa qatılıb.
Eyni zamanda Ermənistan və Fransa propaqandasının əsas hədəflərindən biri Azərbaycanı növbəti dəfə dünyaya, öz cəmiyyətlərinə aqressor tərəf kimi təqdim edərək, Vüsalın timsalında Azərbaycan gəncliyinin ermənilərə nifrətini nümayiş etdirib, yaxın gələcəkdə bu iki xalqın sülh-əminamanlıq şəraitində birgə yaşayışının mümkünsüz olduğunu göstərməkdir.
Fransanın niyyətinin bölgədə gərginliyin hökm sürməsi olduğunu nəzərə alsaq, o zaman erməni-fransız tandeminin eyni zamanda nəyi hədəflədiyi gün kimi aydındır.
Öz ölkələrində fundamental insan hüquqlarını kobud şəkildə pozmağa artıq adətkar olan Ermənistan-Fransa tandemi bu dəfə ləkəli, çirkabla dolu əlini Azərbaycan əsgərinə bulamaq niyyətində olduğunu göstərir. Belə aydın olur ki, Azərbaycan münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya üçün yeni model təqdim etmək üçün müxtəlif variantlar üzərində düşünsə də, qarşı tərəf heç də bu düşüncədə deyil.
Azərbaycan aqressor kimi təqdim edərək Qarabağda, Qərbi Zəngəzurda birgəyaşayışa mane olmağa çalışan erməni-fransız tandemi hətta bunun üçün artıq kompaniyaya da start verib. Şübhəsiz ki, Vüsal üzərindən Azərbaycanı hədəf alan Ermənistan və Fransanın bu addımı Azərbaycana qarşı növbəti mənəvi terrordur.
Çünki hər kəsə çox yaxşı məlumdur ki, Vüsal orada nə muzdlu olub, nə də pul müqabilində döyüşən hər hansı bir silahlı dəstə üzvü. Vüsal müharibə zamanı Azərbaycan Ordusunun əsgəri kimi öz legitim haqqı-hüququ üçün savaşıb, hüquq çərçivəsində bu müharibənin iştirakçısı qismində öz xidmətini davam etdirib.
Azərbaycanın düşmənləri bu cür təxribatla Vüsalın timsalında bütün Azərbaycanı növbəti dəfə hədəf taxtası etmək barədə düşünür. Bununla da Ermənistan və ermənipərəst dairələr yenidən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dalana dirəmək məqsədi ilə diplomatik əlaqələri sıfırlayaraq prosesləri qeyri-müəyyən zamana kimi təxirə salmağa çalışırlar. Bunun başqa açıqlaması yoxdur.
İslamafobiya, anti-türk təbliğatının açıq sezildiyi bu kompaniyanın ən təəssüf edici məqamlarından biri də ondan ibarətdir ki, bu yolla türkün - Azərbaycanın düşmənləri çalışırlar ki, onları maddi yardımları ilə dəstəkləyənlər sırasında başqa xalqların, dövlətlərin nümayəndələrini, vətəndaşlarını da cəl edərək, həmin şəxsləri də məhz bu oyunun iştirakçı tərəfinə çevirələr. Konkret desək, cəhənnəmə gedən özünə yoldaş axtarır...
Təhməz Əsədov Son.az
"Qafqazın Hirosiması" adı ilə tanınan Ağdam şəhərinin indiki
14-15 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Şəh
Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "TikTok" sosial şəbəkə
Əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələdə Hatayda evlənən El
Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olan azərbaycanlı t
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
"BeeArif by my Dom" restoranında müəllif və yaradıcıları dizayn
İnsan ayağında çox sayda bioloji nöqtələr cəmləşir. Ayağın formalaş
Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının
Malatyada zəlzələdə həyatını itirən Şahin Vəliyevin anası yaşanan d�
Dünya pop səhnəsinin əfsanəvi ulduzu Mark Entoni və "Miss Kainat 2021
Quran kimi müqəddəs bir kitabın yandırılmasını utancverici hərəkət sa
Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn Moskvada polisə hücum edib.