Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki növbəti günü
Digərləri 16 Fev 2023 11:14:00 310 0
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər.
Bu xəbəri də oxu: Bakı metrosunda nasazlıq
Son.az Trend-ə istinadən bildirir ki, türkazərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yüzlərlə zərərçəkmiş şəxsə səyyar şəkildə çay paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb, o cümlədən üç kəndə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Eyni zamanda, zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.
Ötən gün ərzində Kahramanmaraşdakı çadır şəhərciyində könüllülərimizin uşaq psixoloji reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üç çadırı qurulub. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi işi davam etdirilib və zəruri olduqda peşəkar həkimlərə yönləndirilib.
Habelə, uşaqlar üçün əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək əlavə çadır da istifadəyə verilib. Bundan əlavə, şəhərboyu hərəkət edən səyyar uşaq əyləncə məntəqəsində fəaliyyət göstərən könüllü qızlarımız gün ərzində 70-dən çox uşağa xidmət göstəriblər.
Elm və Təhsil nazirliyində növbəti kadr dəyişikliyi olub.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya t�
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov h
Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando
Müğənni Nazənin Salayeva Azərbaycanı tərk edib.
Fevralın 15-də Cəbrayılda DSX-nin yaşayış binaları istifadəyə verilib.
Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın bi
İon-Adriatik Boru Kəməri (IAP) layihəsi hələ ki hazırlıq mərhələsind�
Erməni əsilli milyarder Ruben Vardanyan Moskvanın Qarabağla bağlı təlimat