XİN: Ermənistanın Azərbaycanın erməni sakinlərinin reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir
Siyasət 15 Fev 2023 21:24:00 280 0
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə "Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması" barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib.
Bu xəbəri də oxu: Yaşar Gülər Bakı ilə İrəvan arasındakı sülh prosesindən danışdı
Nazirliyinin Mətbuat xidməti idarəsindən Son.az-a verilən məlumata görə, A.Hacızadə bununla bağlı qeyd edib: "Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.
Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.
Bu səylər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.
Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir".
İtaliyalı gənc oğlan özündən 57 yaş böyük milyarder qadınla nişanlan
Türkiyədə on minlərlə insanın həyatına son qoyan zəlzələ təbii fəla
Mən Rusiyaya qarşı yeni sanksiyalar paketində hərbi fəaliyyətlərə, siya
Müğənni Aynur Dadaşovanın bacısı İlhamə xanım ağır əməliyyat keçi
15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na
ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ABŞ
Rusiya Dövlət Dumasının 15 deputatı koronovirusa yoluxub.
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 24 yeni yoluxma faktı qeyd
Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dol
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Pop ulduz Hadise də yardım üçün baş tutmalı olan ortaq yayımda yer alaca
Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəmizdə xüsusi