“İndi kişilər problem görəndə qaçırlar” – Məşhur xanımlardan aktyora
Şou-biznes 14 Fev 2023 23:47:00 350 0
"İndiki qadınlar o qədər də güclü deyillər". Bu sözləri aktyor Cövdət Şükürov "Mən" adlı "YouTube" kanalına müsahibə verərkən deyib. Onun fikirləri kifayət qədər müzakirələrə səbəb olub. O deyib ki, qadınlar fiziki və ruhən güclü deyil və beynimdəki ölçüyə görə bu, belədir. Bəs, yaxşı, aktyorun fikirlərinə tanınmış simalardan olan qadınlar nə reaksiya verərdi?
Bu xəbəri də oxu: "Milyon milçək bir zibilə qonur, gedin su için"
Lent.az-ın əməkdaşı bununla bağlı bir neçə tanınmışın fikirlərini öyrənib.
Aparıcı Rövşanə Ağasəfqızı aktyorun fikirlərinə etiraz bildirərək deyib ki, ruhən heç bir zəifliyimiz yoxdur:
"Öz adıma deyə bilərəm ki, ruhən zəif deyilik. Əksinə, bu gün qadınlar daha çox güclüdür və öz ayaqları üstündə dayanmağı bacarır. Azərbaycan qadınına "zəif" demək nə dərəcədə doğrudur? Bilmirəm, aktyor ruhən güclü olmağı nəyə deyir. Ancaq ola bilər onun ətrafında olan qadınlar zəifdir. Ümumiyyətlə, fikir səsləndirəndə gərək, hansısa arqumentə əsaslanıb deyəsən. Qadınlar baxın, necə oğullar yetişdirir. O oğullar ki, vətəni dar günündə xilas edib, torpaqları geri qaytarıblar. Halbuki onları yetişdirən analar 40-42 yaşlarındadır. Zəif qadınlar o oğulları yetişdirə, böyüdə bilərdimi? Şəhid nişanlısının tabutunu daşıyan, torpağa tapşıran qız və ya şəhid bacısı ruhən, fiziki cəhətdən necə zəif ola bilər? Hesab edirəm ki, aktyorun səsləndirdiyi fikirlər çox yanlışdır. Onun sözlərini bütün qadınlara şamil etmək olmaz".
Rəqqasə Renka (Rəna Ağamuradova) da aparıcının fikirlərini dəstəkləyib:
"Bu, Cövdət bəyin şəxsi düşüncəsidir. Ola bilər ki, qarşısına zəif qadınlar çıxıb. Amma əvvəllər kişilər güclü idi deyə, qadınlar da güclü idilər. Yaşadığımız pandemiya və bir çox hadisədən sonra psixoloji olaraq çökmüşük. Buna görə də insanların çoxu mənəvi olaraq zəifləyib. Bunu hamı bilir. İnsanlar yaxınlarını, doğmalarını itirəndən sonra dəyişir.
Onu vurğulaya bilərəm ki, indiki qadınlar çox güclüdürlər. Qadınların çoxu işləyir. Çoxunun şəxsi maşını var. Uşağına özü baxır. Amma indiki kişilərin çoxu problem görən kimi qaçır. Problemlərinin arxasında dayana bilmirlər. Çünki zəifdirlər".
Müğənni İlahə Fəda isə fikir bildirən tanınmışlardan fərqli olaraq aktyor Cövdət Şükürovun dediklərini dəstəklədi:
"Aktyorun fikirlərinə haqq verirəm. İndiki qadınların çoxu həm savadsız, dünyagörüşü olmayan və zəifdir. Başa düşə bilmirəm, onlar nə yeyib-içirlər, hansı ailələrdə böyüyüblər ki, belə olublar? İndiki qadınlar çox dözümsüzdür. Televiziyalarda yayımlanan proqramlara baxıram və bir qadın olaraq utanıram. Övladını atıb başqa kişiyə qaçan kim, ərinə yuxu dərmanı verib sosial şəbəkələrdə kişilərlə danışan kim... Bu, biabırçılıqdır. Düşünürəm ki, bunların səbəbi təhsilsizlikdir. Cəmiyyətimizin bəzi nümayəndələri ərəb nağıllarından xoşları gəlir. Ərəblərin və farsların qadın ilə kobud davranmalarını, qadınlara edilən hörmətsizlikləri bilirik. Bu millətlər qadın və qarın acı olan tayfadırlar. Mollalar bir nağıl uydurub ki, qızı tez ərə vermək lazımdır. Bizim cəmiyyət illərdir bu axmaq nağıla inanır və inanmaqda davam edir.
Rayonlarda 13-14 yaşlı qızların təhsildən uzaqlaşdırılıb qoca kişilərə ərə verildiyi hamımıza məlumdur. Qadınların zəif və savadsız olmasının günahı mollalarda və ailələrdədir. Nə qədər ki, insanlar mollalara inanacaq, ailələr dağılacaq, uşaqlar yetim qalacaq. Qızların sənədi yox, sənəti olmalıdır. Lap dərzi, vizajist, xadimə olsun, amma sənəti olsun. İndiki qızlarda cinsi yetişkənlik 13-14 yaşda baş qaldırır, gələcəyi düşünmürlər. Məndə cinsi oyanış 16-17 yaşda başlamışdı, amma başa düşürdüm ki, təhsil lazımdır. Qızlar bu yaşlarda bərkə-boşa düşməlidir. Həyatın nə dərəcədə çətin olduğunu dərk etməlidirlər".
Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha fayda
İsveçrə polisi bomba təhlükəsi ilə əlaqədar parlament və hökumət üz
Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşer
Sual: Sizin də bildiyiniz kimi qızıl və ipəyin kişilərə haram olduğunu
"Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülm
Amerika alimləri keçəlləşməni müalicəsində pasiyentin qanından hazırl
İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən ra
Quranda bu ayənin məalı belədir:
"Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı
Əllərin yuyulması çox effektli gigiyenik proseduradır.
Biz, bizimlə eyni cəmiyyətdə yaşayanlarla, qonşularımızla yaxşı münas
Somnoloq, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova xəbərdarlıq
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təs
Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.
Bu gün Azərbaycan Televiziyasının (AzTV) yaranmasından 67 il ötür. Ana te