İblisin haqq yoldan azmağı
Digərləri 14 Fev 2023 22:55:00 295 0
Məgər şeytan ağılsız bir varlıq idi ki, Allaha üsyan etsin? Adəm və İblisin qissəsini bu baxımdan necə başa düşmək və qiymətləndirmək lazımdır?
Bu xəbəri də oxu: Günün qoroskopu: Şəraitə uyğunlaşmağa çalışmayın
Şeytan ağılsız bir varlıq deyil. Hətta o, Allahın qüdrətindən xəbərdar olduğuna görə qovulduğu vaxt belə, Allahdan icazə istəmişdir. Bəzi ayələr şeytanın Allahdan qorxduğunu da bildirir.
Lakin bu məsələdə ən çox diqqət yetirilməli olan cəhət budur: Ağıllı varlıq olmaqla ağlını işlətmək eyni şey demək deyil. Şeytan ağlını işlətmədiyinə və ardınca da tövbə-istiğfar edib bağışlanmaq diləmədiyi üçün o vəziyyətə düşdü. Əgər o səhvə yol verdikdən sonra hislərinin əvəzinə ağlından istifadə edib Allaha tövbə-istiğfar etsəydi, indi o halda olmayacaqdı. Əstağfirullah, Allah zalım deyil ki, onu yoldan çıxarsın və sonra cəza versin!
Adəm peyğəmbər (ə. s.) də Allahı çox yaxşı tanıyırdı. Hətta ona hər şeyi Allah öyrətmişdir. Bu cəhətdən baxıldıqda Allah ona müəllimlik edib. Allah Adəmə sadəcə olaraq bir qadağa qoymuşdu. O isə gedib o qadağanı pozdu. Bu mərhələyə qədər onun gördüyü işlə şeytanın gördüyü iş arasında heç bir fərq yoxdur. Belə ki, onlardan biri Allahın əmrinə tabe olmadı, digəri də Allahın qoyduğu qadağanı pozdu. Sonra ikisinin arasındakı fərq məlum oldu. Şeytan öz gördüyü işin düzgün olması məsələsində inadkarlıq və təkid etdi. Təkəbbürə qapıldı və hüzurdan qovuldu. Adəm isə əməlinin yanlış olduğunu başa düşüb dərhal tövbə etdi və bağışlandı. Yəni, bunlar nə etdilərsə, özləri etdilər. Allah onları belə bir iş görməyə məcbur etməyib. Budur, ağıllı olmaqla ağlını işlətmək arasındakı fərq burada üzə çıxdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya
Bir cüt sərbəst dalğıc Maldiv adalarında Sevgililər Gününü tarixin ən
Günortadan sonra Rumıniyanın cənub-şərq hissəsindən təxminən 11 min me
Tanışlıq hər hansı bir yolla ola bilər. Bu o qədər də mühüm deyil. Ə
Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca ba
Səbail rayonu ərazisində yerləşən "Room" gecə klubunda müştə
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini
Əgər bu günə qədər içərisində yumurta qaynatdığınız suyu atırdın�
Ev şəraitində çox yaxşı təbii üz kremləri hazırlamaq olar.
Oğuz sakini həyat yoldaşına kəsici alətlə xəsarət yetirib, sonra intiha
Bananın orqanizm üçün böyük faydaları danılmazdır. Bununla belə, qidal
Bu gün saat 18:05 radələrində Ermənistanın Böyük Qaraqoyunlu kəndi isti