Vardanyanı Qarabağa qaytardılar
Siyasət 14 Fev 2023 14:20:00 292 0
Xəbər verdiyimiz kimi, Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçmışdı. Vardanyanın hansı yollarla Qarabağdan qaçdığı suallar yaratmışdı. Rubenin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobillərində gizlənərək Qarabağdan qaçdığı bildirilirdi.
Bu xəbəri də oxu: Yaşar Gülər Bakı ilə İrəvan arasındakı sülh prosesindən danışdı
Trend-in əldə etdiyi məlumata görə, Moskvada olarkən Ruben Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Vardanyan Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşrıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb.
Lakin yalvarışları Vardanyanı xilas edə bilməyib, ciddi təzyiqlərlə Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb.
Vardanyan-Paşinyan münasibətlərinin yeni təfərrüatları da məlum olub. Belə ki, əvvəllər yaradılan təəssürata görə, Vardanyan Ermənistan Baş naziri Vardanyanla gərginlik yaşayıb və onlar ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, belə ki, Vardanyanla Paşinyan birgə hərəkət edirlər.
Bütün bu şou isə Ermənistanın qərbə yaxınlaşdığı, Paşinyanın Rusiyaya qarşı olduğu və Vardanyanla müxalif olması görüntüsünü yaratmaq üçün olub. Bəzi Qərb daiələri də sözügedən şoudan xəbərdar olub.
Vardanyanın zorla Qarabağa qaytarılması isə gələcək prespektivdə bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq. Artıq Laçın yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyası 65 gündür davam edir. Hələ də aksiya iştirakçılarının tələbləri yerinə yetirilməyib.
Vardanyandan bir neçə gün əvvəl Moskvaya yollanan Araik Arutunyan da yeni tapşırıqlarını alıb. Bundan sonra bölgədə Rusiya tərəfindən verilən hansı tapşırıqların icla olunacağı, hansı yeni təxribatların olacağı zamanla məlum olacaq.
Azərbaycan prosesləri diqqətlə izləyir. Həm Vardanyan, həm Arutunyan yaxın keçmişə nəzər salıb anlamalıdırlar ki, belə oyunların, təxribatların nəticələri onlar üçün çox ağır olur.
Bu günə qədər zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5624 çad�
Adətən fırıldaqçılar özünü bank əməkdaşı kimi təqdim edir, sizin �
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım ç
Türkiyənin Azərbaycandakı Səfirliyində brifinq keçirilib.
Bakıda bir neçə il əvvəl istifadəyə verilmiş bəzi yaşayış binaların
NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri v�
"Cavanlarla işlədiyimə görə onları çox yaxşı başa düşürəm. H�
"Enerji təhlükəsizliyi hər bir dövlətin strateji təhlükəsizliyi ko
İşləməyən, dişləməz deyiblər. Bunun üçün də ilk növbədə iş laz�
Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığın
Fevralın 6-da Türkiyənin on bölgəsində baş verən dəhşətli zəlzələ
Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi
Hazırda Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materiallar
Xalq sənətkarlığı nümunələrindən olan həsir toxumaq sənəti günümü
Əməkdar artist Ağalar Bayramovun başına iş gəlib.