Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər FOTO
Digərləri 03 May 2025 14:27:00 101 0
Mayın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Bu xəbəri də oxu: May bu bürclər üçün faciə kimi yadda qalacaq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və təbii gözəllikləri ilə yaxından tanışlıq olub.
Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması ilə başlayıb. Ardınca onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.
Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, "Əcəmi" seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.
Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlanıblar.
2020-ci ildən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat i�

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfr

Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil

May ayında qeyri-adi qar yağışı Moskva vilayətində 400-dən çox yaşayı

Adana, Türkiyə - Türkiyənin mühüm kənd təsərrüfatı bölgələrindən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 Mayl

Türkiyənin televiziya tarixində unudulmaz iz buraxan "Çocuklar Duyması

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücül

Günlərdir silkələnən İstanbulda daha bir qorxulu zəlzələ baş verib.

Ermənistanın baş naziri Nikol Paşinyan və administrasiyası son illərdə o

Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib.
