Azərbaycan öz təhlükəsizliyini daha da gücləndirməlidir
Siyasət 09 Fev 2023 18:29:00 380 0
"Türkiyədə dəhşətli zəlzələdən sonra regionda təhlükəsizlik üçün müəyyən təhdidlər formalaşıb".
Bu xəbəri də oxu: Suriyanın yeni xarici işlər nazirini Türkiyə ilə nə bağlayır?
"Ötən gün Azərbaycanın media seqmentində yayılan məlumatlarda bildirilirdi ki, İran və Ermənistan birgə hərbi təxribatlar törətməyi planlaşdırır və burada çox məkrli plan icra oluna bilər. Eyni zamanda təhlükəsizliyə təhdid formalaşdırmaq üçün səhnələşdirilmiş ssenari elementləri də öz əksini tapacaqdı. Ona görə də burada Azərbaycanın xüsusi xidmət orqanları hərbi kəşfiyyatla bağlı olan məsul şəxslərin preventiv və qabaqlayıcı tədbirləri ilə bu plan ifşa olundu. Çünki Laçın və Qubadlı rayonu ərazisində çox məkrli və regionda sülhü pozan bir səhnələşdirilmiş addımlar icra olunacaqdı.
Etnik azərbaycanlıları bu işə cəlb edərək Azərbaycan dilində yaxşı danışan şəxslər diversiya hərəkətləri edəcəkdi. Burada "Şahid" PUA-larından istifadə etməklə erməni mövqelərinə zərbə endiriləcəkdi və daha sonra İran həm də Ermənistan sərhəddini müdafiə etmək adı ilə proseslərə cəlb olunacaqdı.
Təsadüfi deyil ki, Ermənistanın XİN başçısının müavini elə ötən ilin sentyabr olaylarında Azərbaycanı qınayaraq bildirmişdi ki, rəsmi Bakı İran-Ermənistan sərhəddini ələ keçirməyə çalışır. Bu gün isə biz əks tərəfdə eyni fəaliyyətin icra olunması mexanizmlərini və ehtimallarını müzakirə edirik, onları görürük. Ona görə də bu təhlükəsizlik üçün yaranan suallar və təhdidlər getdikcə güclənir.
Təəssüflər olsun ki, qardaş Türkiyənin başına gələn bu fəlakətdən yararlanmaq istəyən və qazancla çıxmaq istəyən güclər var. Bu da onu deməyə əsas verir ki, Azərbaycan öz təhlükəsizliyini getdikcə daha da gücləndirməlidir və hərbiçilərimizin müxtəlif təlimləri, seminarları ən yüksək həddə olmalıdır ki, qonşuluğumuzda olan dövlətlərin istənilən fürsətcilliyi baş qaldırarsa, onda Azərbaycan çox qətiyyətli, sərt və kəskin cavablar versin.
Düşünürəm ki, Azərbaycan ordusu öz peşəkarlığı, Vətən müharibəsində qazanılan qələbənin gətirdiyi təcrübə ilə istənilən təhdidləri neytrallaşdıracaq və elə İran-Ermənistan tandeminin qazanclı çıxmaq istiqamətində bu məkrli planının ifşa olunması da deməyə əsas verir ki, Azərbaycan güclü dövlətdir və təhlükəsizliyinin qorunması üçün əlindən gələni bundan sonra da edəcək".
Təhməz Əsədov Son.az
Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlum
Türkiyədə zəlzələdən ziyan görən və çətin durumda olan insanlara Qub
Müğənni Pərvin Lətifov "Azəriqaz" İstehsalat Birliyinin operato
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə
Mənfur düşmənimiz olan ermənilər yenidən təxribata əl atır.
Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkd�
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ailə üzvlərindən
Şimali Koreya lideri qızı ilə bu gün yenidən ictimaiyyət qarşısına ç�
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən ke�
"Adanada qohumum var, Fərid həkim. Həyat yoldaşım da onun sayəsində
Azərbaycanın Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında torpağın keyf