Türkiyəyə yardım göndərərkən bunlara diqqət edin Ekspert açıqladı
Digərləri 09 Fev 2023 14:57:00 304 0
Son zamanlar sosial şəbəkələrdə, "feyk" hesablarla qardaş Türkiyəyə online humanitar yardım adıyla ianə kompaniyaları başladılıb.
Bu xəbəri də oxu: Ərdoğan sərt reaksiya verdi
Bu barədə Trend-ə İKT üzrə ekspert İlqar Şabanov məlumat verib.
O bildirib ki, zəlzələdən zərər çəkmiş qardaş ölkəyə online humanitar yardım göndərmək üçün vətəndaşların diqqət etməli məsələlər hansılardır? İlk öncə rəsmi saytlardan ianə etməlidirlər.
"Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərər çəkənlərə "AFAD" adına açılmış hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edə bilərlər", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar isə Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə yaradılmış "Qardaş köməyi" platforması vasitəsi ilə ianə edə bilərlər,
"Bunlardan əlavə ölkəmizdə Azercell abunəçiləri bir həftə boyunca 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə "Nargis" Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə göndərə bilərlər. SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur", - deyə İ.Şabanov əlavə edib.
Ekspert Türkiyəyə online humanitar yardım edərkən nələrə diqqət olunmalı məsələlərə də toxunub.
"Vətəndaşlar daxil olduğu saytının "https" əlaqəli və "ssl" təhlükəsizlik sertifikatı olduğuna diqqət etməlidirlər. Bank kartı məlumatlarını sosial şəbəkələr e-poçt və SMS vasitəsilə göndərməməlidirlər. Həmçinin yardım etmək istəyən şəxslər ödəniş etmək üçün SMS-lə göndərilən keçidə (link) daxil olmamalı və heç vaxt SMS-lə bank kartı məlumatlarını qarşı tərəfə göndərməməlidir", - deyə ekspert vurğulayıb.
Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoş
Azərbaycanda dayələrlə bağlı yenilik olacaq. Təhsildə Keyfiyyət Təmina
Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyi
Alma, heyva, nar, mandarin hətta qarpız, yemiş və alça. Paytaxt bazarların
Hatayın İskəndərun rayonunda baş verən ilk güclü zəlzələdə dağılan
Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə həyatını itir
Kafe və restoranlarda hazırlanan "fast food"-lar bitki yağından de
"Bu gün bir çox Avropa ölkələri Azərbaycanla strateji tərəfdaşlı�
Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qr
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Bakının seysmik riskli ərazilərinin müəyyən edilməsi üçün seysmoloji
"Nar" 9fevral 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Resp
Yeni mövsümdən Mədəniyyət TV "Köhnə televizor" adlı yeni layi