Zəlzələ yaradan silah: onun gücü nə qədərdir? Alim
Dünya 06 Fev 2023 23:57:00 389 0
Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar. Guya bu zəlzələ tektonik silahla və ABŞ və ya Rusiya tərəfindən edilib; guya bu silahın yaradıcısı azərbaycanlı İkram Kərimovdu - SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib, sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından gizlənmək üçün Afrikaya qaçıb...
Bu xəbəri də oxu: Kanadadan İrana tələb Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür
Son.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev Türkiyədəki dəhşətli zəlzələ ətrafında yayılan iddiaları şərh edərkən deyib.
O bildirib ki, vaxtilə belə iddialara inanıb, amma xaricdə müəyyən qurumlarda araşdırmalardan sonra nə qədər yanıldığını anlayıb:
"Doğrudur, İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək deyil, sadəcə, zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Vəssalam. Nə silah icadı barədə məlumatlar, nə də bu silahı işə salacaq enerji Sovetlərdə və indi Rusiyada var".
Alim xatırladıb ki, o zaman Sovet kəşfiyyatı Amerika və Qərb dövlətlərinə guya gizlin informasiya sızdırır: "1968-ci ildə SSRİ Müdafiə Nazirliyi "Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir".
Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sızdırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticədə amerikalılar həqiqəti üzə çıxarırlar. Bu Sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal Sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar: "Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar".
Alim bu iddiaların qeyri-ciddi olduğunu bildirib:
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəkilləri Avropa İnsan
Rusiya qoşunları Ukraynanın Luqansk vilayətində üç istiqamətdə hücuma
Özbəkistan Türkiyəyə xilasetmə qrupları göndərəcək.
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin zəlzələnin fəsədlarının
Rusiya xilasediciləri təyyarə ilə Türkiyəyə yola düşüb.
İsrailin Prezidenti İsxak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğa
Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəmizi, Samir Quliyev, Şahin V
2023-cü ilin yanvar ayında Rusiyanın dövlət büdcəsində 1,76 trilyon rubl
ABŞ administrasiyası Türkiyədə baş verən və qonşu Suriyaya da ciddi tə
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşv
Yaponiyalı zəlzələ üzrə ekspert Yoşinori Morivaki Türkiyədə baş verə
Tanınmış cərrah Aydın Talışinskinin yaşadığı binanın zirməsisində
Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş ver
Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib
Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım gönd�