Bayramov Çavuşoğluna zəng edib,
Siyasət 06 Fev 2023 10:34:00 401 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Son.az Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ceyhun Bayramov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.
O, yaralıların tezliklə sağalmasını arzulayıb.
C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.
M.Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
Son.az
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva
Türkiyənin Kahramanmaraş şəhərində baş verən verən zəlzələ nəticə
Rusiyanın Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədri Leonid S
Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Azərbaycana təşəkkür edi
Türk Dövlətləri Təşkilatları bu çətin zamanda Türkiyənin yanındadır
Türkiyədə 7,4 bal gücündə baş vermiş zəlzələnin törətdiyi fəsadlar
Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücün
Tükiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar alt�
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza m�
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağ
Ötən gün 67 yaşında gecə saatlarında müalicə aldığı Mərkəzi Neftç
"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zə