"Zamanında Aygün, Röya, Brilliant və bir çoxları..." Müsahibə FOTO
Şou-biznes 05 Fev 2023 20:15:00 349 0
Müğənni Elçin Cəfərov 2 fevral Gənclər Günündə "Qara uzun saçlar" klipini təqdim edib.
Bu xəbəri də oxu: Türkiyəli müğənni xəstəxanalıq oldu
Təqdimatda müğənni jurnalistlərin suallarını cavablandırıb.
Son.az musavat.com-a istinadən bildirir ki, müğənni Elçin Cəfərov ilk öncə bir müddət səhnə və rəqəmsal platformlardan uzaq düşməsinə aydınlıq gətirib:
- Bəzən istəyərək, bəzən də istəməyərəkdən yollarımız bu cür davam edir. Həyatın axarına qoşulub, gedirəm, amma bu axarda özümə cığırlar axtarıb tapıram.
Əlbəttə ki, müəyyən bir ara keçdi, məndə belə tez-tez olur, yəni, bəzən bir müddət efirdə olmuram, daha sonra yenə də efirlərə çıxmağa başlayıram və sairə. Bu məsələyə pandemiya da öz təsirini göstərdi.
Mən indi həm Bakıda, həm də Türkiyədə yaşayıram. Yəni, Bakıdan birdəfəlik köçüb, getməmişəm.
- Yəqin ki, efirlərdən uzaqlaşmağınıza sənət aləmində baş verənlər də təsir edib.
- Biz incəsənət adamları çox həssas oluruq və bəzən görürsən ki, müəyyən bayağı işlər gəlib, səni ötür. O zaman insan qırılır, küsür, sənətində dayanır. Amma həyatdır, qarşına manelər, "parazitlər" də çıxa bilər, yetər ki, sən öz işinlə məşğul olasan, yenilməyəsən. Bu həssaslığı, küsülüyü bir qədər kənara qoymaq lazımdır.
- Hiss olunur ki, istanbullu Elçinlə, bakılı Elçinin arasında dəyişiklik var.
- Çox doğrudur, dəyişiklik etmişəm. Məsələn, yeni mahnım melodik də olsa, rep musiqisinə yaxın, yeni dalğaya uyğundur. Amma bu dəyişikliyi etmək heç də asan olmadı. Təsəvvür edin, sən muğamı bitirmiş adamsan və məcbursan ki, dövrə uyğun bu tərzdə mahnı oxuyasan. Yəni, bu axara qoşulmaq lazım idi. Gözəl mahnılar yazılır, ifa edirik, sevilir. Amma gənclər var, onların da sevgisini qazanmaq lazımdır. Beləliklə, hamınım fikirlərini nəzərə almaq lazımdır.
- Övladınız hansı müğənnini dinləyir?
- Övladımın musiqi ilə əlaqəsi yoxdur, amma çox gözəl ritmi anlamağı var. Amma dediyim kimi, oxumaq görünüşü yoxdur.
- Ailədə sizə dəstək varmı? Məsələn, həyat yoldaşınız klipdəki bəzi səhnələri normal qarşıladımı?
- Problem yoxdur. Ümumiyyətlə, bizdə əvvəlcədən belə problem, qısqanclıq olmayıb. Sadəcə mən özüm lap əvvəldən müəyyən şeylərdən geri çəkilmişəm. Yəni, özümə görə ədəb qaydaları olub, onlara riayət etmişəm. Məsələn, bu klipdə də bəzi məqamlar var idi, dedim ki, onlara çox da getməyək.
İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı tə
İraqın Bəsrə əyalətində üçmərtəbəli binanın çökməsi nəticəsind
Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edə
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici iş
Almaniyanın paytaxtı Berlin yaxınlığında Şpandau rayonunda qocalar evind�
Rusiyada son sutka ərzində 9 410 nəfər koronavirusa yoluxub.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bəyan e
Minnesot Universitetinin alimləri artıq çəki ilə bağlı daha bir araşdır
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə h
ABŞ-da son 60 ilin ən aşağı temperaturu - 42 dərəcə şaxta qeydə alın�
Axırıncı moda həftəsində modellər podiuma qeyri-adi libaslarla çıxıbla