Polad Bülbüloğlunun “Eşq və Ölüm “ baletinin tamaşası keçirilib FOTO
Kriminal 02 Fev 2023 18:59:00 369 0
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Eşq və Ölüm " baletinin tamaşası keçirilib.
Tamaşa bəstəkarın doğum gününə həsr olunub. "Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında yazılan bu tamaşada həyat və ölüm, məhəbbət və sədaqət, dostluq və xəyanət, vətən və doğma insanlar qarşısında borc kimi əzəli mövzular öz əksini tapmışdır. Balet həmçinin ölməz məhəbbət və qəhrəmanların cəsarəti qarşısında ölümün acizliyini tərənnüm edir.
"Eşq və Ölüm" baleti ilk dəfə Bakıda 2005-ci ildə baletmeyster Vakil Usmanovun quruluşunda səhnəyə qoyulmuş və balet truppamızın ifasında Sankt-Peterburqun Marinski Teatrı və Moskva Böyük Teatrında nümayiş olunmuşdu. 2010-cu ildə " Eşq və Ölüm " baletini Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina yeni quruluşda səhnələşdirib. Tamaşa bu günə kimi repertuarda möhkəm yer tutur və hər dəfə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Ötən gün baş tutan tamaşada əsas rolları Əməkdar artistlər Nigar İbrahimova (Ölüm),Samir Səmədov (Məlik xan),truppanın aparıcı solistləri İntiqam Məmmədov (Azər), Dinara Şirinova (Baycan) və b. ifa etmişlər.
Balet tamaşasının dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Anşlaqla baş tutan tamaşada bəstəkar Polad Bülbüloğlu da iştirak etmişdir. Tamaşaçılar balet tamaşasını çox böyük maraqla izləmiş və bəstəkarı gurultulu alqışlarla salamlamışlar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Terror İran üçün yeni məsələ deyil. 90-cı illərdə Ziya Bünyadovun qə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İTV kanalında yayımlanan "Əqrəb mövsümü" serialı son zamanlar
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Bu, faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik".
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xalq artisti Aygün Kazımovanın ad günündə həmkarı Nigar Camalla küsül�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Aldıqları evə görə ödədikləri məbləğin ƏDV - nin bir hissəsinin qay
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviy
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar gec - gec gəlir,
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İlk tibbi yardım insana qəza zamanı və qəfil halı pisləşdikdə göstər
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Məşhur türkiyəli müğənni İrem Derici özəl həyatı və açıqlamaları
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xoyda baş verən zəlzələ və Tehran Respublikasının zəlzələdən zərər
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyü
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infr
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)