Ermənistanı SARSIDAN QƏRAR
Siyasət 01 Fev 2023 11:48:00 332 0
Ermənistan bu dəfə də Avropadan əli ətəyindən uzun yola salındı. Suyu süzülə-süzülə həyasızlığını əynindən çıxarmayan Ermənistanın budəfəki böhtanları, əsassız iddiaları öz nəticəsini vermədi.
Bu xəbəri də oxu: İlham Əliyev: Biz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik
Ermənistanın sentyabrda Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi iclası keçirilib. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iddia çərçivəsində açıq dinləmələrdən sonra qərarını açıqlayıb.
Belə ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Azərbaycanı güya Laçın dəhlizinin blokadasını dayandırmağa məcbur etməyi, dəhliz boyu insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkətini təmin etməyi xahiş edən rəsmi İrəvanın gözləntiləri özünü doğrultmayıb.
Ermənistanın Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Tribunalı) rəsmi İrəvanın əsas iddiası və məqsədi olan "Azərbaycan Laçın yolunu bağlayaraq erməniləri blokadaya salıb" iddiasını təmin etməyib. Konkret desək, Haaqa Məhkəməsi Ermənistanın iddialarını rədd edib. Ermənilərin əli bu məsələdə də boşa çıxıb.
Hakim müraciətdən 4 həftə keçməsinə baxmayaraq Ermənistan tərəfinin Azərbaycanın Laçın dəhlizini bağladığı və yerli əhalini blokadada saxladığı ilə bağlı faktların olmamasını qeyd edib. Beynəlxalq Ədalət Məhkəməsində sual olunub ki, Azərbaycan Laçın yolunu blokada edib deyənlərin sübutu hanı? Ermənistan fakt qarşısında qalıb. Bir daha dünya qarşısında rüsvay duruma düşüb.
Artıq həftələrdir bütün dünyaya bar-bar bağırıb, Azərbaycanı Qarabağda etnik təmizləmə siyasəti apardığını, Qarabağın dağlıq hissəsində yaşayan etnik erməniləri blokadada saxlayaraq onlara qarşı humanitar böhran vəziyyəti yaratdığı ilə bağlı dünyaya heç bir əsası olmayan, dezinformasiya yüklü məlumatlarla car çəkən Ermənistanın bu müddət ərzində ortaya atdığı iddialarla bağlı bir dənə də olsun fakt qoymaması ermənilərin nə qədər həyasız, yalançı, saxtakar, şantajor bir nəsnə olduğunu növbəti dəfə oryaya qoymuş oldu. Haaqa Tribunalının çıxartdığı qərar, əsassız iddialarını ifşa etməklə 52 gündür "Azərbaycan Laçın yolunu blokada edib" deyə dünyanı aldadan, yalanlar yayan Ermənistan üçün tərs sillə oldu.
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə Laçın yolunun blokadaya alınması ilə bağlı söz-söhbət və yalandan başqa heç bir dəlil təqdim edə bilməməklə özünün növbəti dəfə dünyaya saxtarkar obrazını nümayiş etdirdi. Bu da xüsusən qeyd edilməlidir ki, Beynəlxalq Ədalət Məhkəməsi "Laçın yolunda blokada" dezinformasiyalarına, korrupsioner Avropa Parlamentinin manipulyasiyalarına aldanmadı. Bununla da Haaqa Tribunalı "Xankəndində aclıq" şousunda iştirakdan imtina etdi.
Bu hadisə eyni zamanda bir daha 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər və postkonflikt dövründə rəsmi Bakının istər qlobal, istərsə də geosiyasi müstəvidə öz sözünü qəti demək, tələbini ortaya qoymaq qədər çəkisi artdığını düşünməyə əsas verir. Bu hadisə bir daha göstərir ki, Azərbaycanın istər xarici diplomatiyasının apardığı işlər, istərsə də güclü iqtisadi və hərbi potensialı erməni şantajı, yalanı, həyasızlığı qarşısında əsl qalxana çevrilib, bu cür məkirli hücumları dəf etmək imkanı veriməkdədir.
Hadisələr bir daha göstərdi ki, Avropa-Qərb erməni puluna satılan dörd-beş siyasətçidən ibarət deyil. İrəvanın isəli sürdüyü əsassız iddiaların növbəti dəfə qəbul olunmaması isə rəsmi Bakının yekun qələbəsi olmayacaq.
Qərbin "qüdrətinə", onu yüksəldəcək sehrli çubuğunun olduğuna özündən çox inanan Ermənistanın baş naziri Nikol Paşinyan isə belə görünür ki, Avropadan yenə əli üzülüb. Belə olmasaydı, erməni baş nazir dünənə kimi hərbi bazasının ölkəsindən tamamilə çıxarılmasını, sülhməramlı kontingentinin Qarabağı tərk edərək onları Avropa İttifaqının hərbi birləşmələrinin əvəz etməsini, onunla eyni hərbi blokda (KTMT-dən çıxmaqla bağlı rəsmi İrəvanın son zamanlarda göstərdiyi cəhdlər - "Ermənistan KTMT təlimlərində iştirak etməyəcək", "Rusiyanın Ermənistandakı hərbi varlığı təhdiddir") yer almamaq adına başlatdığı fəaliyyəti yenidən bir kənara qoyub, 44 günlük müharibə ərəfəsində olduğu kimi telefona sarılaraq yenidən Rusiya prezident Vladimir Putinlə telefonla onu narahat edən məsələlər ətrafında geniş müzakirə aparmazdı.
Artıq neçənci dəfədir ki, Kremldən Laçın yolunun "açılması" və Rusiyanın bu istiqamətdə gərəkli addımlar atmasının vacibliyini vurğulayan Ermənistan tərəfi Moskvadan Bakıya qarşı sərt addımlar gözlədiyi halda şimal qonşumuz bu riski gözə almaq niyyətində olmadığını atdığı addımlar, səsləndirdiyi bəyanatlarla rəsmi İrəvana cavab verib. Daha doğrusu, Laçın yolundakı proseslərə görə isə Moskvanın əli-ayağı tamamilə bağlanıb. Bütün beynəlxalq hüquq Bakının xeyrinədir. Çünki Azərbaycanın keçirdiyi dinc aksiya öz legitim ərazisində aparılır və buna kənar dövlətlərin hər hansı müdaxiləsi Azərbaycanın daxili işinə burun soxmaqdan başqa bir şey deyil.
Digər məqam isə ondan ibarətdir ki, Rusiya sülhməramlılarına məxsus gün ərzində xeyli sayda nəqliyyat vasitəsi Laçın yolundan istifadə edir. Haaqa məhkəməsinə bir dənə də olsun yolun blokadada olduğuyla bağlı fakt təqdim edə bilməyən Ermənistanın Rusiyadan bu cür absurd istəyə görə hər hansı bir addım gözləməsi erməni mifologiyasının növbəti nümunəsindən başqa bir şey deyil.
10 noyabr üçtərəfli bəyanatı ilə humanitar məqsədlər üçün açıq saxlanılan Laçın yolundan təyinatı üzrə istifadə edilmədiyi ilə bağlı Bakının əlində kifayət qədər dəlil-sübutlar olduğu halda Azərbaycanın bir addım da olsun geri çəkilməyəcəyini Rusiya da çox yaxşı bilir. Moskva onu da bilir ki, bu qədər fakt qarşısında Bakıdan aksiyanı yatırmaq istəyi Rusiya ilə Azərbaycan arasında ancaq siyasi gərginliyi artırmağa xidmət edəcək. Çünki 2021-ci ildən dekabrın 12-ə kimi Laçın yolu ilə sülhməramlıların müvəqqəti nəzarət zonasına 10 minlərlə mina daşınıb.
Bu səbəbdən də Moskvanın dili Bakının yanında gödəkdir. Moskva üçün hazırda əsas olan Rusiya sülhməramlılarına məxsus nəqliyyat vasitələri Laçın yolundan istədikləri kimi istifadə edirlər, başqa məsələlər onları maraqlandırmır. Paşinyanın Rusiyanın orbitindən çıxmaq üçün son çırpıntıları fonunda Putinlə telefon əlaqəsi qurması da artıq Kremlin İrəvana inamını qaytarmaq məsələsində kömək edə biləcək kimi görünmür. Ən azı Nikol postundan gedənə qədər...
Təhməz Əsədov Son.az
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əm�
Aktyor Səmimi Mərdənoğlu uzun zamandır ekranlardan uzaqlaşan Xalq artisti
Krasnodar diyarında kriminal aləmdə Çinka Jorik Tbilisski kimi tanınan 58 y
Aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sa
Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zaqatala rayonunda 17 yaşlı oğlanın ölümü ilə nəticələnən hadisə ba
Repçi Nadir Nəğd Pul sosial şəbəkədə arxiv videosunu paylaşıb.
Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.
Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-le
İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfa
III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt �
Türkiyəli müğənni Hakan Peker pərəstişkarını məhkəməyə verib.
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməl
Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanın 8 % civarında olacağını pr
İsrailin əlində çox geniş miqdarda PUA-lar mövcuddur. Ancaq 1000 km-dən u