İranda rejim azğınlaşıb, hər şey edir… Mərdani
Dünya 01 Fev 2023 08:47:00 2164 0
Son.az Güney Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdaninin axar.az-a müsahibəsini təqdim edir:
Bu xəbəri də oxu: Svilizasiya ilə əlaqəsi olmayan yeni qəbilə üzə çıxdı İnsanları uzaqlaşdırmaq üçün ... FOTO
- Azərbaycan Öyrənci Hərəkatının fəaliyyət istiqaməti nədir?
- Milli mənfəətlərin və bütün haqların əldə olunmasını özümüzə hədəf seçmişik. Bu, bizim manifestimizdə də qeyd olunub. Millətin öz müqəddaratını təyinetmə yolunda haqqının bərpa olunmasını istəyirik. Müstəqil Güney Azərbaycana, yaxud da Bütöv Azərbaycana nail olduğumuz günə kimi əlimizdə olan bütün imkanlardan faydalanmağa çalışırıq. Odur ki, AZOH-un gördüyü işlər sırasında İranın daxilində, yaxud da xaricdə aksiyaların keçirilməsi, müxtəlif çap vasitələri ilə paylaşımlarımız, seminar və konfransların təşkili, divar yazılarının yazılması kimi işlərin olduğunu deyə bilərəm. Milli düşüncəyə aid olan sözləri evlərin divarına yazmaq bəlkə adi gələ bilər, amma təsiri böyükdür. Bu işləri hər zaman etmişik. Son 5 ay ərzində İranda vəziyyətin gərginləşməsi ilə vəzifələrimiz daha da artdı. Bunlardan biri Güney Azərbaycanda aksiyaların qurulması idi. Həmçinin, içəridə baş verən hadisələri, xəbərləri geniş şəkildə və sürətlə paylaşmaq lazım idi. Tutulanların son durumunu izləmək və bu barədə medialara bilgi paylaşmaq mühüm olduğundan əsas bu istiqamətdə fəaliyyətimizi davam edirdik.
- Güney Azərbaycanın hansı problemini qabartmısınız?
- Urmu gölünün ekoloji fəlakətə uğramasını gündəmə gətirmək əsas məqsədlərimizdən biri olub. Bunun üçün seminar və konfranslar təşkil etdik. Avropanın 40-a yaxın parlament nümayəndəsi və Amerika Senatının bəzi şəxsləri ilə görüşlərimiz olub. Nəhayət, Avropa Komissiyasından İranın Urmu gölünün qurumasının qarşısını almağa dair bir qərar alınmasına nail olduq. Belə məsələlərdə digər milli fəallarımız da bizimlə birgə olur. Lakin fars müxalifətinin əlində olan media bizim səsimizi batırmaq üçün durmadan çalışır. Avropa Parlamentinin nümayəndələri ilə görüşə getdiyimiz zaman məlum oldu ki, bizim haqqımızda onlara doğru olmayan xəbərlər çatdırılıb. Sonra biz haqlı olduğumuzu isbatlaya bildik. Bütün bu çətinliklərə baxmayaraq, işlərimizi davam etdiririk. Türkiyədə, Şimali Azərbaycanda mütamadi olaraq seminar və iclaslar təşkil edirik. Bu iş birliyimizi dərinləşdirmək niyyətindəyik. Həmçinin, bəzi təşkilatlarla əməkdaşlığımız var. İranda yaşayan qeyri-fars millətlərin təmsil olunduğu qurumlarla da danışıqlarımız olub və onlarla gələcəkdə əməkdaşlıq qurmağa cəhd edirik.
- İranda baş verən son etirazlarda azərbaycanlı tələbələr nə tələb edirdilər?
- Etiraz edən nümayişçilərin yaşı 20-30 arasında idi. Bu etirazlara qatılanların çoxu da tələbədir... Həmçinin, Güney Azərbaycanda baş tutan aksiyalarda da ön sırada gənclər və tələbələr idi. Tələbələrin bu fəallığı hər zaman olub. Güney azərbaycanlı gənclərin aktivliyini İranda baş verən bütün etirazlarda görə bilərik. Fars və ya qeyri-fars millətlərə baxdığımızda onların etirazlardakı fəallığı haqqında birmənalı danışmaq olmur. Amma azərbaycanlılar, istisnasız olaraq, ön sıradadılar. "Traktor"un oyunlarına onminlərlə azarkeş qatılır. Onlar da milli şüarlar səsləndirir. Oyunu izləyənlərin çoxu gənc və tələbələrdir. Fəallıq göstərdiyi üçün tutulanlar arasında tələbələrin sayı çox olur. Etirazlarda daha çox dörd tələbimizin həyata keçirilməsini istəyirdik. Bunlar gender bərabərliyi, dini tolerantlıq, hakimiyyətdə təmsil olunan bir qrup oliqarxın ölkə sərvətlərini mənimsəməsinə son qoymaq, qeyri-farslara olan ayrı-seçkilik siyasətinin qarşısını almaqdır. Tələblərimiz qəti idi və haqlarımızın bərpası yolunda ölən, tutulan və hələ də xəbər ala bilmədiyimiz öyrəncilərimiz oldu.
- Təbriz Universitetinin tələbəsi Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalanacığına ümid edirsinizmi?
- Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalandırılması bu rejimdə mümkün olmayacaq. Bu, birinci dəfə deyil və təəssüf ki, sonuncu da olmayacaq. Bənzər hadisələr çox olub. Hətta qətl törədən şəxslər bəlli olsa da, onlara heç bir cəza verilməyib. 2006-cı il may qiyamında bizim bir çox şəhidimiz oldu. Qatilləri məlum idi, ailələr şikayət edib, onların cəzalandırlmasını istədilər. Məcbur qalıb bu işləri görən şəxslərin adlarını açıqladılar, lakin cəza vermədilər. Deməli, bu sistem heç bir zaman istəmir ki, öz adamlarını mühakimə etsin. Yeri gələndə gənclərin qatilləri mükafatlandırılır və vəzifələrini artırırlar.
- Hələ də İran həbsxanlarında etirazlar fonunda saxlanılan, həmçinin universitetdən xaric edilən tələbələr var...
"Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt sterlinq Ukr
Rusiya Ukraynanın Sum rayonunda dövlət müəssisələrindən birinə raket z�
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru altı aylıq ABŞ vizası üç�
Bir çox hallarda hansısa Avropa paytaxtında Rusiya səfirinin olmasının o q
Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu tədar�
Müğənni Rita Ora Londonun "Heaven" gecə klubunda həyat yoldaşın
Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkə hesabında arxiv görüntü
Kulis.az Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri
Pul deyəndə hər kəs fərqli düşünür. Kimisi pul yığmaq qabiliyyəti il
Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səh�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Qəbir - insanın gedəcəyi son mənzil və axirətə açılan qapıdır. İnsa
Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi&q
Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyas�