Azərbaycan nümayəndəsi: Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir
Digərləri 30 Yan 2023 23:05:00 256 0
Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhlizlə hərəkət məhdudlaşdırılmır.
Bu xəbəri də oxu: Təyyarədən daha bir müəmmalı VİDEO Qadın yaralıdır, hər kəsin ağzında oksigen maskası...
Son.az APA-ya istinadən bildirir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O vurğulayıb ki, Azərbaycan azərbaycanlıların Laçın dəhlizində dinc etiraz aksiyalarının blokada olması ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir. "Təəssüf ki, Ermənistan Laçın dəhlizində keçirilən dinc aksiyadan iki ölkə arasında sülh danışıqlarına təzyiq göstərmək üçün istifadə edir", - deyə Məmmədov bildirib.
Diplomat qeyd edib ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhliz boyu hərəkət rejimi etirazlardan əvvəl olduğu kimi qalıb. Aksiya iştirakçılarının özləri bildiriblər ki, onlar nəqliyyatın hərəkətini dayandırmaq niyyətində deyillər və hər gün dəhlizdən yüzlərlə, hətta minlərlə minik və yük maşınları keçir.
Qeyd edək ki, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bu gün Ermənistanın Azərbaycana qarşı işi üzrə ictimai dinləmələr keçirib. Sabah isə Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçiriləcək.
İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.
Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.
Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.
Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yeni görüntül
https://az.trend.az/azerbaijan/society/3702898.html
19 yaşlı Arsen Kusrayev adlı rusiyalı hərbçi Ukraynada edam edildiyinə da
İran 25 yük maşınından ibarət təchizat daşıyan karvanına zərbələr e
Erməni silah alverçisi David Qalstyan maskalı əməliyyatçılar tərəfində
Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırma
2023-cü ildə "Oskar" mükafatına namizəd olan aktyor Ceyms Martini
Pakistanın Heybər-Paxtunxva əyalətində bu gün Pakistan və Türkiyə hərb
Asiyanın ən varlı adamı, hindistanlı milyarder Qautama Adaninin sahibi oldu
Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Al
Azərbaycanda dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat
Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tər
Həyatının eşqini tapmaq hər insana qismət olmur. Sevgidə bəxti gətirmə