Bakıda bıçaqlı şəxslər jurnalistin oğlunu döydü
Kriminal 30 Yan 2023 14:12:00 369 0
Ötən gün Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində 316 saylı orta məktəbin həyətində 4 nəfərdən ibarət dəstə haqqin.az saytının əməkdaşı Fərhad Məmmədovun 17 yaşlı oğluna bıçaqla ağır xəsarətlər yetirib.
Bu xəbəri də oxu: Azərbaycanın Xristian icması BakıQroznı aviaqəzası qurbanlarının xatirəsini yad edib –
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.
Bildirilib ki, hadisədən təxminən 2 həftə əvvəl naməlum şəxs F. Məmmədovun oğlunun mobil telefonuna vatsap mesajı göndərib. O, özünü Murad kimi təqdim edərək bir vaxtlar zərərçəkmişlə paralel sinifdə oxuyan qızın bacısı haqqında məlumat öyrənmək istəyib. Lakin 17 yaşlı gənc tanımadığı şəxsin belə bir xahişindən imtina edərək, onu narahat etməməyi xahiş edib və bu telefon nömrəsini bloklayıb. Lakin yanvarın 28-də həmin şəxs başqa nömrədən yenidən zəng edib və onunla 316 saylı məktəbin yanında görüşmək istədiyini söyləyib.
F.Məmmədovun oğlu heç nədən şübhələnməyərək həmin yerə gedib. Murad yenə də hansısa qız haqqında soruşub. Bir neçə dəqiqəlik söhbətdən sonra onlara üç nəfər bıçaqlı gənc yaxınlaşıb. Zərərçəkmiş aradan çıxmaq istəyəndə qəfildən bıçağı çıxaran Murad onun üzünə bir neçə zərbə endirib. Zərərçəkənin özünü müdafiə etmək cəhdləri onun yerə yıxılmasına və döyülməsinə səbəb olub. Hücum edənlər daha sonra hadisə yerindən qaçıblar.
Mənbə qeyd edir ki, onlar özlərini Bakıxanovda fəaliyyət göstərən müəyyən cinayətkar dəstənin üzvləri kimi təqdim ediblər.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları qruplaşmanın iki üzvünü isti izlərlə saxlayıb və ilkin ifadələri aldıqdan sonra sərbəst buraxıblar. Yaralının vəziyyətini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Zərərçəkmişin sözlərinə görə, bu şəxslərin məqsədi onu öldürmək olub.
Rusiya hakimiyyəti qismən səfərbərlik çərçivəsində çağırışların
Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya və ABŞ-
Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəs
"Cənubi Qafqaz və Yaxın Şərq yeni reallıqların asatansındadır&quo
85 yaşı var amma 68 yaşından sənədlə kişidir. Nə qədər qəribə səsl
54 yaşlı amerikalı müğənni Mark Entoni 23 yaşlı paraqvaylı fotomodel Na
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bə
Azərbaycanda 1 milyondan çox insan pensiya alır. Ölkədə pensiyaçıların
Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan cəmi bir gün
Daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı prosedurlar sadə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeş
İran İslam Respublikasının paytaxtı Tehranda ən yaxın zamanlarda 5 ölkə
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror ak