Qrip: yoluxma niyə artır, qorunmaq üçün nə etmək lazımdır?


Digərləri 30 Yan 2023 01:44:00 374 0

Qrip: yoluxma niyə artır, qorunmaq üçün nə etmək lazımdır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda ötən ilin noyabrdan etibarən influenza epidemiyası elan edib.  "İnfluenza" el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir.

Son.az BBC News Azərbaycancaya danışan tibb mütəxəssisləri ötən ilin payızından etibarən, Azərbaycanda da  qripə yoluxmanın artdığını müşahidə etdiklərini deyirlər.

Bəs, hazırda yayılan qripin əlamətləri, müalicəsi ənənəvi qripdən nə ilə fərqlənir? BBC News Azərbaycanca bu və digər suallara mütəxəssislərin köməyi ilə cavab tapmağa çalıışıb.   

Qripin belə kütləvi yayılmasının səbəbi nədir? 

TƏBİB bildirib ki, 2022-2023-cü il qış mövsümündə RSV və COVID-19 virusu ilə yanaşı qripə yoluxmanın da artması nəzərə çarpıb.

BBC-yə danışan tibb mütəxəssislərinin fikincə, bütün ölkələrdə koronavirusa görə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və qoruyucu vasitələrdən istifadənin məcburi olmaması qrip kimi xəstəliklərin kütləvi yayılmasına gətirib çıxarıb. Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı, bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub, həkimlər bildiriblər.

Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümü infeksiyalara yoluxma halları artıb. Son 3 ildə koronavirusdan qorunmaq üçün əhali arasında "koronavirus davranışı", yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxılması, gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşmışdı. Pandemiyada sərt karantin tədbirləri aradan qaldırıldığından insanlar "koronavirus davranışlarına" getdikcə daha az diqqət etməyə başlayıblar və bu da respirator xəstəliklərin yayılmasını artırıb.

Bu qrip hansı əlamətlərlə özünü göstərir?

BBC News Azərbaycancaya danışan həkimlərin sözlərinə görə, xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən, simptomatik müalicə olunur. Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır, həkimlər tövsiyə edir.

Qripə yoluxarkən narahat olmaq lazımdırmı?

Koronavirus pandemiyası müddətində həkimlər ilkin yoluxma əlamətləri olduqda dərhal həkim müayinəsindən keçməyi, analiz verməyi tövsiyə edir, əks halda xəstəliyin getdikcə ağırlaşa və hətta ölümlə nəticələnə biləcəyi xəbərdarlığını edirdilər. Ümid Səlimzadə deyir ki, qripə də yoluxarkən ağırlaşma müşahidə oluna bilər. Tromb və ağciyər iltihabı bu xəstəlik zamanı olan əsas ağırlaşmalardandır. Xəstəliyin risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür. Tibb mütəxəssisləri qripi ölümlə nəticə bilən infeksiya sayırlar.

Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Həkimlər tövsiyə edir ki, qripin ən kiçik əlaməti hiss olunanda belə, maska taxılması faydalı olar.  

Almaniyada yaşayan azərbaycanlı həkim Ümid Səlimzadə deyir ki,  özünü təcrid etmək, bol maye içmək, otağın havasını dəyişmək və təmiz havada uzun zaman keçirtmək xəstəlikdən sağalmağa yardımçı olur. Ümid Səlimzadə deyir ki, qripin müalicəsində reseptsiz dərman almaq istəyənlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməməlidirlər. Onun sözlərinə görə, antibiotik tərkibli dərmanlar bakteriya təmayüllü xəstəliklər zamanı həkim nəzarəti ilə tətbiq edilməlidir.  "Virus bakteriya deyil, antibiotik bakteriyaya təsir edir. Belə xəstəlik zamanı antibiotik kömək etmədiyi kimi, tromb əmələgəlmə riski yüksək olan xəstələrdə o, tromb yaratmaq təhlükəsin yarada bilər", - o deyib.

Bu qripi "Covid"lə eyniləşdirmək olarmı? 

Ümid Səlimzadə deyir ki, indi yayılan qripi koronavirusla müqayisə etmək olmaz. "İldə bir dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü bir mövsüm qripdən qoruya bilirik, amma koronavirusda yeni variantların və ştammların əmələ gəlməsi davam etdiyi üçün bizim Coviddən aldığımız buster dozalar hələ ki, yetərli deyil. Hələ ki, biz bunu dörd-altı aydan bir təkrar etməliyik, amma qripdə bu vəziyyət stabildir".  Həkim BBC Azərbaycancaya müsahibəsində deyib ki, qripə hazırda yüngül hallarda, endemik şəkildə rast gəlinir, amma buna baxmayaraq, koronavirusun tez-tez müxtəlif yeni stammları aşkar edilir. Səhiyyə Nazirliyi bildirib ki, koronavirusun son ştamı sayılan Omikron XBB.1.5 ştammının Azərbaycanda yayılmasına rast gəlinməyib. "Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmaları tövsiyə edilir",  - Azərbaycan Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib.  

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən BBC Azərbaycancaya verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə ara-bir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, kəskin respirator virus infeksiyaları mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir.

Qripə qarşı harda peyvənd ola bilərəm?

TƏBİB-dən BBC Azərbaycancaya bildirilib ki, hal-hazırda dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. İstəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisələrinə müraciət edərək peyvənd oluna bilərlər.

Günün qoroskopu: İrəliləyiş gözlənilməz olacaq like
  • 30 Yan 00:01  
Digərləri Günün qoroskopu: İrəliləyiş gözlənilməz olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Şəmkirdə dəm qazından boğularaq ölən şəxs komando like
  • 29 Yan 23:57  
Digərləri Şəmkirdə dəm qazından boğularaq ölən şəxs komando

Şəmkirdə dəm qazından boğularaq ölən şəxs N saylı komando hərbi hiss

arrow Ətraflı
Orxan Əsgərovun nəşi niyə gec gətirildi? like
  • 29 Yan 23:56  
Siyasət Orxan Əsgərovun nəşi niyə gec gətirildi?

Xarici işlər nazirinin müavini Xələf Xələfov şəhid Orxan Əsgərovun n�

arrow Ətraflı
Yaxşı adamlar namaz qılmalıdırlarmı? like
  • 29 Yan 23:55  
Digərləri Yaxşı adamlar namaz qılmalıdırlarmı?

Namaz qəti və ümumi göstərişdir. Çirkin işləri tərk edib, yalnız sale

arrow Ətraflı
Orxan Əsgərovun nəşi Təzəpir məscidinə like
  • 29 Yan 23:54  
Siyasət Orxan Əsgərovun nəşi Təzəpir məscidinə

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əs

arrow Ətraflı
“İrana daha öncə də demişdik ki, təhdidlər var, like
  • 29 Yan 23:52  
Siyasət “İrana daha öncə də demişdik ki, təhdidlər var,

"Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərar�

arrow Ətraflı
Təbrizdəki Baş Konsulluğumuzun təhlükəsizliyi necə təmin olunacaq? like
  • 29 Yan 23:51  
Siyasət Təbrizdəki Baş Konsulluğumuzun təhlükəsizliyi necə təmin olunacaq?

"Özünü dövlət sayan hər bir subyekt öhdəliyinə sadiq olmalıdır&q

arrow Ətraflı
Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı? like
  • 29 Yan 23:50  
Digərləri Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?

Tarixdən məlumdur ki, müsəlman qadınlar ilk xəlifələrin zamanında qəbi

arrow Ətraflı
Mukovissidoz like
  • 29 Yan 23:45  
Digərləri Mukovissidoz

Mukovissidoz - irsi sistem xəstliyidir. Bu zaman bütun sekresiya vəzləri: m�

arrow Ətraflı
Türkiyədə Finlandiyanın NATOya üzvlük müraciətinə like
  • 29 Yan 23:42  
Siyasət Türkiyədə Finlandiyanın NATOya üzvlük müraciətinə

Türkiyə Finlandiyanın NATO-ya üzvlük müraciətinin qəbul edilməsinə mü

arrow Ətraflı
Qəhvənizə bir qaşıq əlavə edin, xərçəngdən qorunun – like
  • 29 Yan 23:35  
Digərləri Qəhvənizə bir qaşıq əlavə edin, xərçəngdən qorunun –

Kokos və qəhvə ikilisinin faydaları təəccübləndirir. Siz də qəhvəniz�

arrow Ətraflı
İynə insult şübhəsi zamanı sizin köməyinizə çata bilər like
  • 29 Yan 23:30  
Digərləri İynə insult şübhəsi zamanı sizin köməyinizə çata bilər

İnsult beyin damarlarının patologiyası səbəbli meydana çıxır. Bu zaman

arrow Ətraflı
"Evin pərdəsini açıbbağlayır, mənə işarə verirdi"  Zaqataladakı like
  • 29 Yan 23:28  
Digərləri "Evin pərdəsini açıbbağlayır, mənə işarə verirdi" Zaqataladakı

Zaqatala rayonunda 1949-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəm

arrow Ətraflı
Su kanalına aşan maşında ölənlərin like
  • 29 Yan 23:27  
Digərləri Su kanalına aşan maşında ölənlərin

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata gör�

arrow Ətraflı
4 min il yaşı olan qara bibərin 12 faydası – like
  • 29 Yan 23:25  
Digərləri 4 min il yaşı olan qara bibərin 12 faydası –

Qara istiot 4 min ildən artıqdır ki, mövcuddur. Qədim zamanlarda qara istio

arrow Ətraflı