İmam aləmin sirridir
Digərləri 29 Yan 2023 21:40:00 224 0
İmam aləmin sirridirDin, yəni bəsirət. Din insanın gözünü mələkuta və mənəvi aləmə qarşı açır, insanı yerdən göyə qaldırır. Əgər din vasitəsilə öz gözümüzü aləmin həqiqətlərinə açmasaq, heyrət və həsrətə düçar olacağıq. Qiyamət günü insanın gözü itiləşəcək və hər şeyi görəcək. Çünki pərdələr götürüləcək. يَوْمَ تُبْلَى السَّرَائِرُ "Bütün sirlərin aşkar olacağı o qiyamət günü". ("Tariq" surəsi, ayə 9.) Əgər bu aləmdə gözüaçıq olmaq istəyirsənsə, gərək öz qiyamətini burada bərpa edəsən. Elə ki, insan gözüaçıq və bəsirətli oldu, onda daha ayıq və düşünən olacaq. إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ "Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!" ("Hicr" surəsi, ayə 75.) Bəzi təfsirçilər "mutəvəssimin" kəlməsini "düşünənlər və ayıqlar" kimi məna ediblər. Düşünüb-daşınanlar, ayıqlar bu aləmdə hər şeyi Allahın nişanəsi bilirlər. Bəsirətsizlik insanı zəlil edir. Bəsirətli insan diqqət edir ki, hər şeyi ovlamasın, hər işin ardınca getməsin. Əgər naməhrəmə baxsan zəlil olarsan, əgər əxlaqın pis olsa, zəlil olarsan. Fironun sehrbazları nə qədər ki, bəsirətləri yox idi, dünya malının ardınca idilər və Firon onları zəlil etmişdi. Elə ki, Musanın (ə) möcüzəsini gördülər, dəyişildilər və Firona dedilər: وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ "Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!" ("Zuxruf" surəsi, ayə 14.) Elə ki, Allahı tapdılar, izzətə çatdılar və bəsirətli oldular. Gərək dinə inanasan və dini inanclarını həyata keçirəsən, ona əməl edəsən. Allahı, Peyğəmbəri (s) və imamı öz vücudunda tapmalısan, dinin həqiqətini tapmalısan. Dinin həqiqəti onun sirri və batinidir, gərək onu tapasan. Buyurdu: "إِنَّ أَمْرَنَا سِرٌّ مُسْتَتِر" "Həqiqətən bizim işimiz örtülmüş sirdir". ("Bihar əl-ənvar", c. 2, səh. 71.) Elə ki, sapınma başladı, imamın sirr və batin olmasını və bu sirri tapmalı olmalarını başa düşmədilər. İnsanın Allah vilayəti altında olması və bəsirətli olması üçün vəliyullaha (Allahın vəlisinə) ehtiyacı var. Şeytan insanı dinsiz etməyə çalışır, çünki din insanı böhrandan xilas edir. Əgər şeytan bunu bacarmasa, dinini səthi və yüngül saxlamağa çalışır. Dininin ruhu, canı olmalıdır. Fatimənin (s) qüssəsi budur ki, (o dövrün müsəlmanları) dinə yüngül yanaşdılar, imaməti sirr və batin bilmədilər. İnsanın həyatında batin olmasa, həyat puç və mənasız olar. Əlbəttə, həqiqət və batinin mərtəbələri vardır. Gərək həqiqətə qarşı üzgüçü olasan. Bəziləri batildə üzgüçülük edirlər. ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ Mütəal Allah Quranda buyurur: "Sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar". ("Ənam" surəsi, ayə 91.) Əgər dində dərin olsan, dünyanı fəsad bürüsə də sənə təsir göstərə bilməyəcək və tarix yaradacaqsan. Quran, Bəni-İsraili dinə səthi və yüngül yanaşan adlandırır: وَأَضَلَّهُمُ السَّامِرِيُّ "Samiri onları yoldan çıxartdı". ("Taha" surəsi, ayə 85.) Həzrət Musadan (ə) bu qədər möcüzə gördülər, amma buzova sitayiş etdilər. وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ "Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü". ("Bəqərə" surəsi, ayə 93.) Quranın təbirinə əsasən,onlar batil yemişdilər. Dinə yüngül yanaşmaq həyatın mənasız olmasına səbəb olur. Həzrət Zəhranın (s) həyatına diqqət edin. Necə olub ki, həzrət Fatimənin (s) evi o sadəliyi ilə ən yüksədə və ucalıqdadır, amma bizim həyatımız belə puç dəbdəbəli? İnsanı puçluqdan azad edən mənəviyyatdır. Həyat örnəyini Fatimədən (s) öyrənmək lazımdır. Fatimə yerdə yaşasa da yuxarı aləmdədir.
Bu xəbəri də oxu: “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar?
Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşç
Yanvarın 29-na keçən gecə İsrailin İranda hərbi əməliyyata başladığ�
Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipopl
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yaxın vaxtlarda rusiyalı h
Sumax bitkisi Azərbaycanda yetişir. Mətbəxdə, qidada istifadə etdiyimiz su
Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının yaxınlı�
Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"T
Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu �
Bilməliyik ki, Quranın təhrifi haqqında söz-söhbətlər daha çox məsihil
Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar süm
"İran və Azərbaycan, Türkiyə, İsrail arasında mümkün toqquşmanın
Qeyb tarixi və onun xüsusiyyətləriƏvvəlcə imam Mehdinin (ə) qeyb dövrü