Məhdəviyyətin müdafiəsi


Digərləri 29 Yan 2023 20:40:00 247 0

Məhdəviyyətin müdafiəsi

Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: "Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir."(Bihar", c. 33, s. 256)

Bu xəbəri də oxu: İstirahət günü hava

Həmin məclisdə iştirak edənlərdən biri də İbn-Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: "Sən dedin ki, biz Mehdinin (ə) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki, Allah-təala buyurur: "Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar."("Təğabun", 7.) Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın ömründən bir gün qalmış olsa, Allah-təala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...("Bihar", c. 33,s. 257.)

Sual: Sünni alimlərindən Məhdəviyyət əqidəsini inkar edən varmı?

Cavab: Sünni alimlərindən bəziləri Məhdəviyyət əqidəsini açıqlayan rəvayətləri inkar etmişlər. Belə alimlərdən bəziləri ilə tanış olaq: 1. İbn Xəldun - Bu şəxs Məhdəviyyət mövzusunu İslamın məşhur mövzularından saysa da, "rəvayətçini şübhə altına almaq onu təsdiqləməkdən öndə gəlir" prinsipini əsas götürərək Məhdəviyyət rəvayətlərini etibarsız saymışdır.("Tarixe-ibn Xəldun", c. 1, s. 311, 322.) 2. Məhəmməd Əbu-Zöhrə -bu şəxs də İbn-Xəldunun yolunu davam etdirmiş və demişdir: "Sünni alimləri arasında bu hədislərin doğruluğu haqqında tərəddüd var. Bu səbəbdən də uyğun əqidə sünnə əhli tərəfində təsdiqlənmir."("Əl-İmamus-Sadiq", s. 239.) 3. Səd Məhəmməd Həsən (Əzhər şeyxlərindən) - Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edərək əvvəlki alimlərin yolunu getmişdir.(Əl-Məhdiyyə fil-İslam", s. 69.) 4. Məhəmməd Fərid Vəcdi - O deyir: "Bir çox hədis alimləri Məhdəviyyət hədislərini zəif saymışdır..."(Dairətul-Məarif, Qərne Əşrin", c. 10, s. 481.) 5. Əhməd Əmin Misri - Bu şəxs də ibn-Xəldunun münasibəti ilə razılaşmışdır.("Əl-Məhdi vəl- Məhdəviyyət", s.108") 6. Şeyx Cəbəhan - Bu şəxs də Məhdəviyyət hədislərini etibarsız sayanlardandır.("Təbdidul-Zülam", s. 479, 480.) 8. Şeyx Saih Liviyayi - Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edənlərdəndir.("Tərasəna və Məvazinul-Nəqd", s. 187.) Məhdəviyyət hədislərinə müxaliflərin ümumi istinadgahı İbn-Xəldun olduğundan onun sözlərinə xülasə şəkildə cavab veririk: 1. İbn-Xəldun Məhdəviyyət hədislərini tənqid edərkən yalnız bəzi rəvayətləri nəzərdə tutur. Hansı ki, mötəbər mənbəsi olan başqa hədislər də var. Doktor Bəstəvi öz kitabında Məhdəviyyət mövzusunda 46 etibarlı hədis nəql edir.(Əl Məhdiyyul-Muntəzər Fi-əhadisul-səhihə".) 2. İbn-Xəldun səhəbәlərdən yalnız bəzilərinin adını çəkir. Hansı ki, Məhdəviyyət hədisləri çoxları tərəfindən nəql olunmuşdur. Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad Məhdəviyyət hədisi nəql edən 26 səhabənin adını göstərir.(Əqidətul əhləs-sünnə vəl-əsər fi Məhdiyyul-Muntəzər", s. 128.) 3. Həmin müəllif deyir: "İbn-Xəldun ricalçı (hədisçi) yox, tarixçidir. Onun mülahizələrinə əsasən hədis zəif sayılmır..."(Həmin mənbə.) 4. İbn-Xəldunun "təsdiqdən öncə şübhə" prinsipi bütün sünnə əhli tərəfindən qəbul olunmur. Bəziləri kiçik bir səbəblə rəvayətçiyə şübhə edir. Hansı ki, şübhə sübuta yetirilməlidir. İbn Həcər Əsqəlani, Qazi Səbki, Xətib Bəğdadi, Nəvəvi, Səxavi, Süyuti və Sənədi kimi alimlər uyğun qaydanı qəbul etmir. Doktor Əbdül-Həkim Bəstəvi deyir: "Rəvayətçi şübhə doğursa belə, hər şübhə rəvayəti etibardan salmır. Yalnız ciddi şübhələr əsasında rəvayəti etibarsız saymaq olar...(Əl-Məhdiyyul-Muntəzər fi əhadisul-səhihə", s. 364, 365) 5. İbn-Xəldun hədisləri hesablamadığından onların "təvatir" (yetərlilik) həddini keçdiyini bilmir. Əslində bu həddə çatan hədisin sənədini araşdırmağa ehtiyac yoxdur.

Sual: Nə üçün sünni alimləri Buxari və Müslim Məhdəviyyət hədislərini öz kitablarında zikr etməmişlər?

Cavab: Sünnə əhlinin Məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. "Səhihe-Buxari" və "Səhihe-Müslim" mənbələrində Məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir. Əhməd Əmin Misri deyir: "Səhihe-Buxari" və "Səhihe-Müslim" hədis kitablarında bu sayaq (Məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır."("Əl-Məhdi vəl-Məhdəviyyə", s. 41.) Bu sayaq iradlar şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyyid Məhəmməd Rəşid Riza, Şeyx İbn-Məhmud kimi qərb yönümlü sünnə alimləri tərəfindən də irəli sürülmüşdür. Digər sünni alimləri uyğun irada kəskin etiraz etmişdir. Doktor Bəstəvi deyir: "Güman edirlər ki, Buxari və Müslim Məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır."("Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə".) Buxari deyir: "Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur."("Müqəddimeyi-ibn-Səlah", s. 21, 22.) Müslüm ibn Həccac, Quşeyri deyir: "Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub."(Həmin mənbə.) Hakim Nişapuri deyir: "Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır."("Müstədrəke-Hakim", c. 1, s. 2.) İbn Qeyn Cəvziyyə deyir: "Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır."("Zadul-Məad".) Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: "Etibarlı hədislər "Səhiheyn" kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, "Muvta", "Səhihe-ibn Xəzimə", "Səhihe ibn Həbban", "Müstədrəke-hakim", "Cameye-Termizi", "Sünəne-Əbu-Davud", Sünəne-Nəsayi", "Sünəne ibn-Mace", "Sünəne-Dar Qutni, "Sünəne-Beyhəqi" kimi kitablarda "Səhiheyndə" olmayan bir çox etibarlı hədislər var"(Əl imamul-Məhdi ində əhlis-sünnə", c. 2, s. 445.) Buxari və Müslimin Məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər həzrət Mehdinin (ə) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn: a) Dəccalın meydana çıxması - Buxari, xüsusi ilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.(Səhihe-Buxari", c. 4, s. 143; "Səhihe-Müslim", c. 18, s. 58, 85)(Nəvəvinin şərhi ilə") İbn-Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını həzrət Mehdinin (ə) zühuru ilə əlaqələndirmişdir.(Təhzibul-təhzib", c. 9, s. 125.) b) İsa ibn Məryəm - Buxari Əbu-Hüreyrəyə istinadən nəql edir ki, peyğəmbər buyurmuşdur: "İmamınız aranızda olduğu halda Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?"("Səhihe-Buxari", c. 4, s. 143.) Müslim də eyni məzmunda hədis nəql etmişdir.("Səhihe-Müslim", c. 1, s. 94.) Bu rəvayətlərdə hәzrәt Mehdidən (ә) başqası nəzərdə tutula bilməz. Çünki "Səhihe-Buxarini" şərh edənlərin hamısı rəvayətdəki imam sözünün həzrət Mehdiyə (ə) işarə olduğunu bildirirlər. v) Mal bəxşişi - Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar."(Səhihe-Müslim", c. 8, s. 185.) Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə həzrət Mehdinin (ə) nəzərdə tutulduğu məlum olur. İbn Əbu Şeybə həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Fitnə-fəsad tüğyan etdiyi bir vaxt əhli-beytimdən bir şəxs zühur edəcək və onun ətası böyükdür."("İbn Əbu-Şeybə, "Əl-Müsənnəf", s. 678.) q) Beyda əhvalatı - Müslim "Səhihdə" həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər."("Səhihe-Müslim", c. 8, s. 167.) Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir.("Mustədrəke-hakim", c. 4, s. 520.)

Sual: Məhdəviyyət hədislərində ziddiyyət varmı?

Cavab: Seyyid Rəşid Riza və ustad Səih Məğribi Məhdəviyyət hədislərində ziddiyyət olduğunu iddia etmişlər. Seyyid Rəşid Riza deyir: "Mehdi hədislərindəki ziddiyyəti aradan qaldırmaq çətindir." O nümunə olaraq müxtəlif hədislərdə xilaskarın bəzən "Həsəni", bəzən "Hüseyni", bəzən "Abbasi", bəzən "Ələvi" adlandırılmasını göstərir.("Təfsire-Əl Minar", c. 9, s. 499-501; "Turasəna və məvazinul-nəqd", s. 187.) Əvvəla, ziddiyyət sabit hökmlərə də aiddir. Buna görə də bir şeyin həqiqətini inkar etmək üçün ziddiyyətlərə istinad etmək yanlışdır. İxtilafsız məsələ olmadığından, belə çıxır ki, etiqadi məsələləri də qəbul etməməliyik. İkincisi, ziddiyyət yaradan istənilən bir məsələyə münasibətdə sübuta yetiriləsi həqiqət var. Bu səbəbdən də fikir ayrılığı məsələnin həqiqəti üçün sübut ola bilməz.

Sual: Məhdəviyyət hədisləri yalnız şiə mənbələrindədirmi?

Cavab: Sünnə əhlindən bəzi şəxslər elə güman edirlər ki, Məhdəviyyət hədisləri bütünlüklə şiələr tərəfindən quraşdırılmışdır. Onlar bu hədisləri nəql edənləri şiəlikdə ittiham edərək onların dediyini əsassız sayırlar. Doktor Bəstəvi öz iradını bildirdikdən sonra deyir: "Rəvayətin qəbul olunma meyarı rəvayətçinin ədalətli olmasıdır. Onun əqidəsi nəql etdiklərinə şübhə yaratmamalıdır. Yalnız İslamdan xaric olmuş rəvayətçi mötəbər sayılmaya bilər. Əksər müasir və qədim alimlər belə düşünür." Sonra Əli ibn Mədyənin dilindən nəql edir ki, əgər yalnız şiə olduqları üçün kufəlilərin nəql etdiyi rəvayətlər inkar olunsa, kitablar puçа çıxar."("Əl-Məhdiyyul-Muntəzər fil-əhadisul-səhihə",s. 380.) Müəllif sözünə belə davam edir: "Rəvayətlərə münasibətdə onu nəql edənin şiə olması ölçü götürülə bilməz. Axı bir çoxları şiə olmadıqları halda bu mövzuda hədis nəql etmişlər." Sözünün sonunda müəllif deyir: "Mehdi (ə) ilә bağlı rəvayətlərin çoxu şiə olmayanlar tərəfindən nəql olunmuşdur. Şiələr tərəfindən nəql olunan rəvayətlərin də digər məzhəblərdən şahidləri var. Demək, bu mövzuya şübhələr aradan qalxır."(Həmin mənbə.)

Sual: Yalançı Mehdilik iddiaları Məhdəviyyət etiqadının mənfi təsiri deyilmi?

Cavab: Əhməd Əmin deyir: "Məhdəviyyət etiqadının mənfi təsirindən tarix boyu müsəlman inqilabları baş vermişdir. Hər bir əsrdə özünü Mehdi adlandıran bir şəxs xalqı özünə itaətə çağırmış, İslam cəmiyyətində bir çox problemlər yaratmışdır..."("Zəhyul-İslam", c. 3, s. 244.) Əvvəla, kimlərinsə özünü Mehdi elan etməsi bir həqiqətdir. Amma bunun günahı həzrət Mehdinin (ə) xüsusiyyətlərini yetərincə xalqa çatdırmamış alimlərin üzərinə düşür. Bu həm də fırıldaqçılara aldanan xalqın günahıdır. Əslində Məhdəviyyət inancının böyük bərəkətləri var. İkincisi, kimlərinsə Mehdilik iddiasına düşməməsi üçün uyğun əqidəni inkar etmək düz olmaz. Əgər bu yol seçilsə, kimlərs peyğəmbərlik iddiasına düşməsin deyə peyğəmbərlik məsələsi də inkar olunmalıdır. Üçüncüsü, Mehdilik iddiasına düşənlər xalqı yalnız bir neçə gün aldada bilər. Amma Allahın lütfü və həzrət Mehdinin yardımı ilə, eləcə də, həqiqi alimlərin zəhmətləri sayəsində fırıldaqçılar ifşa olunub cəmiyyətdən rədd edilir. Sual: 85. Məhdəviyyətə etiqad insanı əməldən çəkindirmirmi?

Sual: Məhdəviyyətə etiqad insanı əməldən çəkindirmirmi?

Cavab: Bəziləri deyirlər ki, Məhdəviyyətə inamın zərərli təsirlərindən biri xalqın mübarizədən çəkilib, yalnız Allahdan qurtuluş gözləməsidir. Əslində həzrət Mehdinin (ə) zühuru intizarı müsəlmanların əlini yanına salıb oturması üçün səbəb ola bilməz. İntizar insanları dini vəzifələrinin icrasına və zühur üçün hazırlıq görməyə sövq edir. Bu səbəbdən də fərəc intizarı ən üstün əməllərdən sayılmışdır. Məlum olur, intizarın əməli yönümləri var və intizar çəkən şəxs özünü əməl baxımından da xilaskarın zühuruna hazırlamalıdır.

Sual: Məhdəviyyətə etiqad İslam cəmiyyətindəki siyasi təzyiqlərin nəticəsində yaranmamışdırmı?

Cavab: Bəzi qərb yönümlü müsəlman ziyalıları iddia edirlər ki, Məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır. Şərqşünas Fan Floten deyir: "Abbasilərin zülm-sitəmi əməvilərin zülm-sitəmindən az olmamışdır. Sıxıntılar nəticəsində əzilən sinif özünü ümidvar etmək istəyi ilə Məhdəviyyət inancına bağlanmışdır. Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar..."("Əs-səyadətul-ərəbiyyə", s. 132) Digər bir şərqşünas Donaldson deyir: "Çox ehtimal ki, Bəni-üməyyə hakimlərinin ciddi siyasi sıxıntıları nəticəsində Məhdəviyyət nəzəriyyəsi formalaşmışdır."(Əqidətuş-şiə", s. 213.) Əhməd Əmin Misri deyir: "Məhdəviyyət əqidəsinin əsas yaranış amili həzrət Əlinin (ə) şəhadətindən və Müaviyənin hakimiyyətə gəlməsindən sonra şiələrin üzləşdiyi sıxıntılar olmuşdur. Bu sıxıntı Həsən ibn Əlinin (ə) Müaviyəyə beyəti və Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu seçmişlər..."("Zəhyul-İslam", c. 3, s. 241.) Məhəmməd Əbdül-Kərim Ətfəm deyir: "Əslində Mehdiyə etiqad imamın qeybindən öncə yaranmışdır. Bu əqidə Kərbəla hadisəsindən sonra, əməvi hökumətinin şiələri sıxıntıya salması nəticəsində ortaya çıxmışdır. Bütün bu sıxıntılar şiələrin Məhdəviyyət əqidəsi üçün zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir."("Ən-nəzəriyyətul-siyasiyyətul-məasirətuş-şiətul-imamiyyə", s. 86.) İradlarımızı bildirək: 1. Tarix boyu istər müsəlman, istər qeyri-müsəlman məzlumlar siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı keçirənlər Məhdəviyyət etiqadını uydurmuşlar. Əksinə, Allah-tәala Öz məsləhətinə uyğun olaraq, yer üzündə ədaləti bərpa etmək üçün Öz xilaskarının zühurunu müəyyənləşdirmişdir. 2. Öncə qeyd etdiyimiz kimi, Məhdəviyyət mövzusu bəşər fitrətinin tələbidir. Əql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və müsəlman icması, bəzi qərb yönümlü ziyalılar istisna olmaqla, Məhdəviyyətə inanırlar. 3. Məhdəviyyət və həzrət Mehdinin (ə) zühuru intizarı kamil şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın yetərincə müsbət təsirləri var. İntizar insanda ümid ruhiyyəsi yaradır, cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.

Sual: Xilaskara əqidə və Məhdəviyyət inancı təkcə şərqə məxsusdurmu?

Cavab: Fan Floten deyir: "Şərq ruhiyyəsi ümumi şəkildə qeybi xəbərlər sorağındadır. Onlarda qeyb pərdələrinin açılmasına, gələcəkdən xəbər tutmağa meyl böyükdür. Bəli, xilaskarın zühuruna etiqad şərq təbiətinə uyğundur və bu etiqad cəhalət və istibdad nəticəsində yaranmışdır."("Əs-səyadətul-ərəbiyyə", s. 107.) Sualı cavablandıraq: 1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var. 2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir. 3. Qeyd olunduğu kimi, Məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir. İngilis filosofu Bertrand Rassel deyir: "Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır."(Elmin cəmiyyətə təsiri", s. 56.) Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: "Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil."("Nisbiyyət anlayışı", s. 35)

Sual: "Məhdəviyyət əqidəsi digər cəmiyyətlərdən və əqidələrdən götürülməyibmi?

Cavab: Bəziləri Məhdəviyyət əqidəsini İslama kənardan gəlmiş əqidə kimi qəbul edirlər. Culd Zeyher deyir: "Mehdi (ə) əqidəsinə qayıdış qeyri-islami prinsiplərdəndir. Əslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir."("Əl-əqidə vəş-şəriə", s. 218.) Saih Əli Hüseyn deyir: "Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız bu iki mənbədən təsirlənə bilər..."("Tərasəna və məvazinul-nəqd", s. 184.) Doktor Əbdür-Rəhman Bədəvi deyir: "Müsəlmanlar arasında Mehdi (ə) əqidəsini Kəbul-Əhbar yaymışdır".("Məzahibul-İslamiyyin", c. 2, s. 76, 77) Bütün bu iddiaların cavabı var: 1. Quran və mütəvatir rəvayətlərə əsasən həzrət Mehdinin (ə) zühuruna inam əsl İslam əqidəsidir. Bu məsələyə digər dinlərdə də işarə olunmuşdur. Uyğun əqidəni əfsanə saymaq üçün heç bir əsas yoxdur. 2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də ayə və rəvayətlərə əsasən Məhdəviyyətə inanmışlar. Bütün İslam tarixi boyu şiə və sünni məzhəbindən olan böyük alimlər Məhdəviyyəti qəbul etmişdir. 3. Belə əqidənin yəhudilərə və məsihilərə aid olması o demək deyil ki, İslamda bu əqidə ola bilməz və o hökmən başqa dinlərdən götürülmüşdür. Əksinə, digər səmavi dinlərdə də uyğun əqidənin mövcudluğu Məhdəviyyətin insan fitrətindən qaynaqlandığını və Allah tərəfindən təqdir olunduğunu göstərir. 4. İslam cəmiyyətində Məhdəviyyət əqidəsi Kəbul-əhbar tərəfindən yayılmamışdır. Allah və Onun peyğəmbərləri, xüsusi ilə İslam peyğəmbəri (s) və onun məsum əhli-beyti (ə) cəmiyyəti Məhdəviyyət məsələsindən məlumatlandırmışlar.

Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?– like
  • 29 Yan 20:35  
Digərləri Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?–

Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək

arrow Ətraflı
"Ankara İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirməsini gözləyir" like
  • 29 Yan 20:33  
Siyasət "Ankara İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirməsini gözləyir"

"Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük öhdəliklərini yerin�

arrow Ətraflı
"Sülhə töhfə üçün azərbaycanlı qardaşlarımızla gecəgündüz çalışırıq"" like
  • 29 Yan 20:29  
Siyasət "Sülhə töhfə üçün azərbaycanlı qardaşlarımızla gecəgündüz çalışırıq""

"Azərbaycanlı qardaşlarımızla birgə regional və qlobal sülhə töhf

arrow Ətraflı
Gündə 10.000 addım atmağa başla– Bədəndə baş verən like
  • 29 Yan 20:25  
Digərləri Gündə 10.000 addım atmağa başla– Bədəndə baş verən

Nəyə görə 10.000 addım. Bu bir proqramdr, həkimlər, dietoloqlar, kardiloq

arrow Ətraflı
İranda səfirliklər like
  • 29 Yan 20:21  
Siyasət İranda səfirliklər

Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinə müvəqqəti son qoymaq qə

arrow Ətraflı
“Heydərikərrar” sözünün mənası nədir? like
  • 29 Yan 20:20  
Digərləri “Heydərikərrar” sözünün mənası nədir?

Ərəb dilindən tərcümədə heydər - aslan deməkdir. Bir işi təkrar edən

arrow Ətraflı
İranı İsrail tək vurmayıb like
  • 29 Yan 20:16  
Siyasət İranı İsrail tək vurmayıb

Bu gecə İranın bir sıra şəhərlərindəki hərbi və kritik infrastruktur

arrow Ətraflı
Qabil və Habil like
  • 29 Yan 19:55  
Digərləri Qabil və Habil

Qabil və HabilQabil daş ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. �

arrow Ətraflı
Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır? like
  • 29 Yan 19:50  
Digərləri Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır?

Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır?Sual: Qurani kəriмdə

arrow Ətraflı
Türkiyədəki seçkilər qlobal prosesə çevrilir: Ərdoğan faktoru like
  • 29 Yan 19:49  
Siyasət Türkiyədəki seçkilər qlobal prosesə çevrilir: Ərdoğan faktoru

Ərdoğan hakimiyyətinin yenidən qalıb gəlməsi həm Türkiyənin sürətlə

arrow Ətraflı
Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq like
  • 29 Yan 19:47  
Digərləri Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntıl

arrow Ətraflı
SEPAH zabiti Çexiyada like
  • 29 Yan 19:46  
Digərləri SEPAH zabiti Çexiyada

Çexiya polisi İran hökumətinə müxalif qadın jurnalist Məsih Əlinejada q

arrow Ətraflı
Serotonin nədir? like
  • 29 Yan 19:45  
Digərləri Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növb

arrow Ətraflı
“İsfahan şəhərinə dron hücumu uğurlu olub” like
  • 29 Yan 19:44  
Siyasət “İsfahan şəhərinə dron hücumu uğurlu olub”

Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağ

arrow Ətraflı