Ektopik hamiləlik
Digərləri 29 Yan 2023 08:11:00 269 0
Mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar) hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir: 1. Boru hamiləliyi. 2. Yumurtalıq hamiləliyi. 3. Dəqiqləşdirilməmiş hamiləlik. Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.
Bu xəbəri də oxu: Əlil şəxsə məcburi ərə verilən 12 yaşlı qızın acı hekayəsi
Ağır bronxospazm tutması kəskin tənəffüs çatmamazlığı ilə müşayət
Hamiləlik dövrü qadın orqanizminin bütün orqanları normal fəaliyyət gö
Mayalanmanın 5-7 -ci günü döl endometritin səthi ilə kontakta girərək, s
Endokrin sonsuzluq hormon çatışmazlığı zamanı baş verir. Endokrin sonsu
Xroniki pnevmoniyanın bronxoektatik forması aşağıdakı əlamətlərlə öz�
Hər bir hamilə qadının gündəlik rasionunda protein, minerallar (kalsium, f
Çin alimləri bərk haldan mayeyə və yenidən öz ilkin halına qayıda bilə
Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osman
45 yaşlı ABŞ milyonçusu Brayan Conson bədəninin 18 yaşında görünməsi
"Salt bae" hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəl
Ağciyərlərin eozinofiliyaları keçici ağciyər infiltratları və qanda 1,5