Tehran və İrəvanın Bakıya savaşı –


Siyasət 28 Yan 2023 07:05:00 313 0

Tehran və İrəvanın Bakıya savaşı –

İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yayılmadan hüquqşünas Səməd Vəkilov bir yazı göndərmişdi: bu gün - 27 yanvar türk diplomatlarına ilk terror hücumunun 50-ci ildönümüdür: Qurgen Yanikyanın 27 yanvar 1973-cü ildə iki türk diplomatı qətlə yetirməklə, "erməniləri ardınca səslədiyi" tarixdir bu gün.

S.Vəkilov yazının ardınca zəng də etdi: 44 günlük savaşdan sonra ermənilər Los-Ancelesdəki konsulluğumuza Yanikyanın fotosunu asmışdılar, Ermənistan Qurgen Yanikyanın sümüklərini 5 may 2019-cu il tarixində Ermənistana gətirərək, onu qəhrəman kimi dəfn edib, bu terrorçunu özlərinə nümunə ediblər. Bu, ermənilər üçün sıradan tarix deyil.

Aradan dəqiqələr keçdikdən sonra İrandakı səfirliyimizə hücum xəbəri yayıldı.

Son.az axar.az-a istinadən bildirir ki, bir hüquqşünas, bir ziyalı bunu bilirsə, Azərbaycanın diplomatik korpusları bu faktı necə gözardı edə bilərdilər? Həm də İran kimi düşmən ölkədə fəaliyyət göstərən diplomatik korpusun mühafizəçiləri. Bu barədə onlara xəbərdarlıq edilməyibmi?

Videodan görünür ki, terrorçu güdükdə dayanır, səfirliyə kiminsə gəlməsini və qapının açılmasını gözləyir və səfirlik əməkdaşının ardınca dərhal özünü çatdırır. O, maşını səfirliyin qapısı ağzında dayanan maşına çırparkən içəridən səfirlik işçisinin səsə görə çölə çıxmaq istədiyi, əliavtomatlını görəndə isə qapını tutmadan içəri qaçdığı görünür.

Səfirliyin qarşısında hər hansı qəza səsi eşidərkən, qapının açılmamalı olduğunu daxili təlimatda səfirlik əməkdaşlarına izah ediblərmi? İran kimi düşmən ölkənin içində necə belə arxayın davranmaq olar - həm də Yanikyanın türk diplomatlara qarşı qətliam həyata keçirdiyi günün 50 illiyində!

Bu, qətiyyən o anlama gəlmir ki, İrandakı səfirliyimizə hücumun erməni terrorçuları tərəfindən həyata keçirildiyini düşünürük. Bu teraktı İran xüsusi xidmət orqanlarının həyata keçirdiyi ehtimalı olduqca yüksəkdir. Tarix isə qəsdən 27 yanvar seçilib - bu tarixin seçilməsində məqsəd terror hücumu ilə bağlı ehtimalların məhz "Yanikyan olayı"na yönəldilməsidir.

Əks halda İran XİN bu olayı dərhal pisləyər, cinayətkarın və onun arxasında dayananların cəzalanacağını elan edər, Bakıdan üzr istəyərdi. İran XİN sözçüsünün hadisə ilə bağlı açıqlamasında Azərbaycana başsağlığı, üzülmə, narahatlıq-filan yoxdur; bütün dünya Azərbaycana başsağlığı verir, İran XİN hələ rəsmi başsağlığı yaymayıb! Əvəzində isə hadisə baş verəndən dərhal sonra Tehranın polis rəisi bunun "məişət zəminində" olduğu haqda ehtimal irəli sürür və əbləhcəsinə səsləndirilən gülünc iddianı İran XİN dərhal təkrarlayır.

İran polisi istintaqı nə zaman apardı? Hansı istintaq-əməliyyat tədbirləri həyata keçirdi? Necə bu qənaətə gəldi - bilinmir. Əksinə, bu açıqlama sübut edir ki, ssenari və onun "törədilmə səbəbi" barədə əvvəlcədən hazırlıq görülüb.

Bəlkə də molla rejimi bu qədərini düşünməyib - kifayət qədər hazırlıqlı olduğu görünən və Yasin Hüseynzadə olduğu bildirilən terrorçunun azərbaycanlı mühafizəçi tərəfindən sağ ələ keçiriləcəyini güman ki, hesablamayıblar: terrorçu ya qaçıb getməli, ya da yerində zərərsizləşdirilməli idi. Azərbaycanlı mühafizəçinin, Zaxarovanın sözləri ilə desək, məhz "şir kimi döyüşməsi" nəticəsində terrorçu sağ ələ keçirildi. Bu zaman isə Tehranın polis rəisi gülünc açıqlama ilə yeni yalanı İran XİN-ə ötürdü.

ETTELAAT-ın necə güclü çalışdığı hər kəsə bəllidir. Xüsusilə indki zamanda - Tehranda aksiyaların keçirildiyi anda bir nəfərin maşınında silah gəzdirməsi mümkündürmü? Maşınında silah olan şəxsin gəlib, Azərbaycan səfirliyinin yanında güdükdə durması, qapının açılacağı anı gözləməsini İran polisi, SEPAH, hər yeri saran "Bəsic" qüvvələri necə görməyə bilərdilər? Səfirliklərin təhlükəsizliyindən cavabdeh olanlar küçədə bəlkə də bir saat gözləyən terrorçunu heçmi fərq etməyiblər?

İran xüsusi xidmət orqanlarının bu teraktı həyata keçirməsinin çox dəhşətli səbəbi var. Ermənistana "Şahid" PUA-ları, İran raket sistemləri bağışlanıb, iranlı mütəxəssislər ermənilərə təlim keçirlər və İrəvanı savaşa hazırlayırlar. Bu terakt - İranın Azərbaycanla Ermənistan üzərindən savaş hazırlığında olduğunu elan etməsindən başqa bir şey deyil!

Azərbaycana qarşı Ermənistanı vasitə edən İran Azərbaycan səfirliyinə hücum aktında da erməni Yanikyan olayını tutalcağ kimi seçib.

İran artıq bütün kartlarını açıb və tam düşmən mövqeyinə keçib - bu isə təzə xəbər deyil.

Buna qarşı yalnız Ordumuzun deyil, hər kəsin hazırlıqlı olması barədə aylardır çağırış edirik. Əvəzində İran səfirliyimizin əməkdaşları açıq-aşkar düşmənçilik edən bir ölkədə sanki qardaş dövlətdəymiş kimi davranır...

Eqnoqun orqanizmə faydaları like
  • 28 Yan 07:01  
Digərləri Eqnoqun orqanizmə faydaları

Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq al

arrow Ətraflı
Qaraciyər yağlanmasının qarşısını alan qidalar like
  • 28 Yan 06:02  
Digərləri Qaraciyər yağlanmasının qarşısını alan qidalar

Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbində

arrow Ətraflı
Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı like
  • 28 Yan 05:22  
Digərləri Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı

Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşı

arrow Ətraflı
Halluks valgus xəstəliyi nədir? like
  • 28 Yan 05:03  
Digərləri Halluks valgus xəstəliyi nədir?

Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə gey

arrow Ətraflı
Dünyada bir ilkə imza atan yeganə türk qadın  FOTO like
  • 28 Yan 04:44  
Digərləri Dünyada bir ilkə imza atan yeganə türk qadın FOTO

Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88

arrow Ətraflı
Autizmli uşaqlara təlim necə verilməlidir? like
  • 28 Yan 04:03  
Digərləri Autizmli uşaqlara təlim necə verilməlidir?

Hazırda doğulan hər 68 uşaqdan birinə təsir edən autizm xəstəliyinin bi

arrow Ətraflı
Şeyk Paris küçələrində gecə fotosessiyası təşkil etdi  FOTO like
  • 28 Yan 03:22  
Şou-biznes Şeyk Paris küçələrində gecə fotosessiyası təşkil etdi FOTO

37 yaşlı supermodel İrina Şeyk Paris küçələrində gəzişib. O, müvafiq

arrow Ətraflı
Öd kisəsində yaranan daşlar  Tək çarə əməliyyatdır? like
  • 28 Yan 03:03  
Digərləri Öd kisəsində yaranan daşlar Tək çarə əməliyyatdır?

Öd kisəsi əksər zaman böyük ağrılar yaratmaz. Ancaq zədələndiyi zaman

arrow Ətraflı
Dünyanın ən yaraşıqlı kişilərinin siyahısı tərtib olundu  FOTO like
  • 28 Yan 02:44  
Şou-biznes Dünyanın ən yaraşıqlı kişilərinin siyahısı tərtib olundu FOTO

Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.

arrow Ətraflı
Xarici hamiləlik nədir? like
  • 28 Yan 02:02  
Digərləri Xarici hamiləlik nədir?

Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib bö

arrow Ətraflı
Arvaddan qorxan bürclər  İlk dördlük like
  • 28 Yan 01:22  
Digərləri Arvaddan qorxan bürclər İlk dördlük

Hər münasibət bərabərlik üzərində qurulmur. Çünki münasibətlərdə h

arrow Ətraflı
Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir? like
  • 28 Yan 01:01  
Digərləri Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?

Protez dişlərdən istifadə edənlər qidaları çeynəmədən udduqları üç

arrow Ətraflı
Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı  İnanılmaz olay   VİDEO like
  • 28 Yan 00:44  
Dünya Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı İnanılmaz olay VİDEO

Banqladeşdə uşaqların gizlənpaç oyunu zamanı maraqlı hadisə baş verib.

arrow Ətraflı
Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın like
  • 28 Yan 00:01  
Digərləri Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Çaba Koroşi Tehranda Azərbaycan səfirliyinə hücumu pisləyib like
  • 27 Yan 23:59  
Siyasət Çaba Koroşi Tehranda Azərbaycan səfirliyinə hücumu pisləyib

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu

arrow Ətraflı