Məşhur bank işçilərini “WhatsApp”da mesajlaşdıqları üçün cərimələdi
Dünya 27 Yan 2023 13:00:00 277 0
Amerikanın "Morgan Stanley" bankı öz əməkdaşlarını yüksək məbləğdə cərimələyib.
Bu xəbəri də oxu: Bukingem sarayı 3 il müddətinə bağlanır
Əməkdaşlar "WhatsApp" və digər mesencerlərdə iş yazışmaları apardıqlarına görə, bir neçə min dollardan bir milyon dollara qədər məbləğdə cərimələr ödəyəcəklər.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə məlumatlı mənbələrdən məlumat daxil olub.
Mənbələrin bildirdiyinə görə, cərimələrin məbləği fərdi qaydada hesablanıb və bu zaman mesajların sayı, əməkdaşın tutduğu vəzifə və əvvəllər verilən cəzalar nəzərə alınıb.
Xatırladaq ki, "Morgan Stanley" bir il əvvəl öz əməkdaşlarının işgüzar yazışmalar üçün icazəsiz mesencerlərdən istifadə etmələrinə görə, Qiymətli Kağızlar və Birjalar Komissiyasına və Birja Ticarət Komissiyasına 200 milyon dollar ödəyib.
Qeyd edək ki, bir çox şirkətlərdə müəyyən müddətdən sonra məlumatı avtomatik silmək funksiyasına malik "WhatsApp" və "Signal" kimi mesencerlərdən iş məqsədləri üçün istifadə etmək qadağan olunub.
İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun qarşısını almağa
Xalq artisti Aygün Kazımovanın doğum günü bitsə də, mərasimində çəki
Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, dipl
Sıralarında 15 vətəndaş cəmiyyəti institutunu və biznes assosiasiyanı b
"Xəzər" televiziyası müğənni Xatun Əliyevaya efir qadağası qo
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Tehrandakı Azərbaycan sə
Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkda
Bu gün - 27 yanvar ilk türk diplomatın şəhid edilməsindən 50 il ötür.
Sosial şəbəkələrdə növbəti aydan etibarən mobil operatorların internet
Son.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatınd
Yenidən ailə həyatı quran reper Elşad Xose xanımı ilə birlikdə görün