50000 il sonra ilk Yaşıl komet Yerə yaxınlaşır
Dünya 26 Yan 2023 13:10:00 261 0
C/2022 E3 yaşıl kometi Yerə yaxınlaşır.
Bu xəbəri də oxu: Türkiyə ordusu Suriyada hədəfləri vurdu, 9 terrorçunu məhv etdi
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq. Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.
C/2022 E3 kometi 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olmuşdu. Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn etmişdilər, heç bir halda kometə bənzəmirdi. Lakin Günəşə yaxınlaşdıqca obyekt kometə xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılımtıl koma və quyruğu nümayiş etdirməyə başladı. Sonrakı hesablamalar göstərdi ki, komet çox dartılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik vahiddir. Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022 E3 kometi milyardlarla kometin olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50000 il əvvəl Yer kürəsinin yaxınlığından keçib.
Günəşin ultrabənövşəyi şüalarının təsirindən iki atomlu karbon molekullarının- dikarbonun parçalanması prosesi (bu prosesə fotodissosiasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometin başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, iki atomlu karbonun mövcud olması kometə yaşıl rəng verir. İki atomlu karbon molekulları fotodissosiasiya prosesi nəticəsində nüvədən uzaqlaşmamış parçalandığından onlar kometin quyruq hissəsinə düşə bilmirlər və ona görə quyruq yaşıllaşmır.
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutul
Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.
Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
"Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna pla
Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xank
Türkiyəli aktyor Mert Yazıcıoğlu son paylaşımı ilə diqqət çəkib.
Laçın-Xankəndi yolunda ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümay
"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm
Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş s
Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması &
Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmı
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E