Bürcləri yalan danışmağa nə vadar edir? 12 fərqli səbəb
Digərləri 22 Yan 2023 01:44:00 437 0
İnsanların dilindən "mən yalan danışmağı sevmirəm", yaxud da, "heç vaxt yalan danışmıram" kimi ifadələri tez-tez eşitsək də, yəqin ki, əksəriyyətimiz buna inanmırıq. Çünki həyatında bircə dəfə də olsun yalana əl atmayan insan tapmaq mümkünsüzə bərabərdir.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, dollar bu qiymətə oldu
Lakin yalanın forması və deyilmə səbəbləri fərqli olur. Xüsusən də, bürcünə görə insan bu və ya digər səbəbdən yalan danışa bilər. Son.az bizim.media-ya istinadən bürclərin hansı mövzularda yalana baş vurduğunu araşdırıb. Qoç Qoç bürcləri hər hansı bir iş görmək istədikdə yalana əl atmağa məcbur olur. Bu bürcün nümayəndələri çox tez-tez və bir qayda olaraq asanlıqla yalan danışır, amma buna əhəmiyyət vermirlər. Buğa Buğalar adətən əks cinsə xoş təsir göstərmək istədikdə yalan danışır. Onları yalançı adlandırmaq olmaz, amma diqqət cəlb etmək üçün gözünü qırpmadan yalanlar uydura bilərlər. Əkizlər Əkizlər mülayim yalan danışır, ancaq bunu anlamaq praktiki olaraq mümkün deyil, çünki onlar çox məharətlə aldatmağı bacarırlar. Onlar həqiqəti söyləməyə qadir olan insanlardır. Buna baxmayaraq, qorxduğunuz üçün onların yalan danışdığını düşənə bilərsiniz. Xərçəng Xərçənglər də tez-tez yalan danışırlar. Lakin onlar xilas naminə yalana danışdıqlarını daha çox qabardırlar, əksər hallarda isə susmağa üstünlük verirlər. Çünki xərçənglər peşəkar yalançı olmadıqlarının özləri də fərqindədirlər. Şir Şirlər az yalan danışır, ancaq bunu həqiqətən ustalıqla edirlər. Onlar danışdıqları yalanları illər ötsə də, xırdalıqlarına qədər xatırlayır. Odur ki, Şir bürclərini yalnız peşəkar biri ifşa edə bilər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu bürcün nümayəndələri sırf öz statusunu və nüfuzunu göstərmək, o cümlədən ətrafdakılara təsir etmək üçün yalan danışırlar. Qız Yalan məsələsində Qızları unikal bürc adlandırmaq olar. Onlar nadir hallarda yalan danışırlar, lakin eynilə Xərçənglər kimi yalnız kimisə incitməmək üçün, ya da xeyirxah məqsədlər güdərək yalan danışırlar. Ən maraqlısı odur ki, onlar yalanlarını ifşa edənlərdən inciyirlər. Tərəzi Tərəzilər yalan danışmağı bacarmır, onları ifşa etmək çox asandır. Lakin onların əsl istedadı əslində dərində gizlənib. Yalana qarşı öz istedadını kəşf edən Tərəzilər bunu proqram üzrə istifadə edir və onlar ən yaxın adamlarına heç vaxt yalan danışmır. Əqrəb Bu bürc ən dəhşətli yalançıdır. Əqrəblər ifşa olmamaq üçün hər şeyə getməyə razıdır. Onlar adətən mərhəmət hissi oyatmaq və ya insanları manipulyasiya etmək üçün yalan danışır. Bu bürcün nümayəndələri ən yalançı insanlar hesab olunurlar və onları ifşa etdikdə çox ehtiyatlı olmaq lazımdır. Oxatan Oxatanlar həqiqəti şişirtməyi və yalan danışmağı sevirlər, lakin heç zaman böyük yalanlar danışmazlar. Bu bürclərin daimi və xırda yalanları ətrafdakıları dəhşətli dərəcədə qıcıqlandırır, amma ümumilikdə onları ən yalançı insanlar adlandırmaq doğru deyil. Oğlaq Oğlaqlar da Buğalar kimi əks cinsin nümayəndəsinin rəğbətini qazanmaq üçün yalan danışmağı sevirlər. Həmçinin onlar olmayan statuslarını göstərmək üçün yalana müraciət edirlər. Buğalar çox yalan danışsa da, asanlıqla ifşa edilirlər. Dolça Dolçalar yalan danışmaqdansa, nəyisə deməməyə üstünlük verirlər. Onlar hadisəni şişirtməyi xoşlamır, sadəcə hər hansı mövzu barədə danışmaq istəmədiklərini açıq şəkildə etiraf edirlər. Onlar susmağı daha məqsədəuyğun hesab edir. Ümumiyyətlə, Dolçaları yaxından tanımaq çox çətindir. Balıq Balıqlar da çox yalan danışır, hətta bu məsələdə əqrəbləri də ötüb keçirlər. Onlar insanlara şəxsi həyatları barədə, özü və ya öz uğurları haqqında nağıllar danışırlar. Onları ifşa etmək çətin deyil, yalanları adətən zərərsizdir. Ən maraqlısı isə onlar bunu şüurlu şəkildə etmirlər.
Xalq artisti Zülfiyyə Xanbabayeva həyat yoldaşı ilə bağlı paylaşım edi
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ukraynada icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir m
İstifadəçiləri reklamlardan azadan edən yeni abunə funksiyası "Twitt
Qurani-Kərimin əlli dördüncü surəsi "Qəmər" adlanır. 55 ayəd
Muhəmməd ibni Əbi Əmir Əhli-Beyt (ə) məktəbində tərbiyə almış insan
Ürək xəstəlikləri ilə bağlı yeni araşdırma aparılıb.
"Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlar�
Yaşamaq keyfiyyəti, onun dəyər və məmnunluq hissi həyata məna verən və
Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin
İsveç Türkiyəyə qarşı nifrət dolu təxribatların qarşısını almaq ü
Mütəxəssislər aşkar ediblər ki, adi limonlu su yüksək təzyiqi salmağa
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkd