Uşaqların ciddiləşən “layk” xəstəliyi
Digərləri 20 Yan 2023 23:57:00 327 0
Bu xəbəri də oxu: COP29da vacib qərar qəbul olundu
Tərifin onlayn - rəqəmsallaşmış forması olan "layk"lar yeniyetməlik çağında ciddi psixoloji problemlərə səbəb olur. Bəzən uşaqlar tamamilə asılı duruma düşürlər. Ekspertlər də problemin kifayət qədər ciddi olduğu qənaətindədirlər.
"İnternetdəki bir funksiya uşağın davranışını tamamilə dəyişir - bu, "bəyənmə" (like) asılılığıdır". Sosial şəbəkələrin uşaqların davranışlarına təsiri ilə bağlı nüfuzlu "JAMA Pediatrics" tibbi jurnalının uzunmüddətli araşdırmasında qeyd olunan bu fikirlər artıq bütün dünyanı narahat edən problemə çevrilib. Şimali Karolina Universitetinin alimləri müxtəlif məktəblərdən orta yaşı 12 olan 169 yeniyetmənin beynini üç il ərzində funksional Maqnit Rezonans Tomoqrafiyadan (fMRT) istifadə edərək tədqiq ediblər. Onlar sosial şəbəkə hesablarının tez-tez yoxlanılmasının yeniyetmələrdə beyinin funksional inkişafındakı dəyişikliklərlə bağlı olub-olmadığını araşdırmaq istəyiblər: "Müasir sosial şəbəkələri bu və ya digər məzmunun təsdiqlənməsi və ya rədd edilməsi düymələri olmadan təsəvvür etmək olmaz. Bu funksionallıq müəllifə və məzmuna münasibəti göstərir. Uşaqlar yazılarının, paylaşımlarının altında "bəyənmə" gözlərkən onların beyinlərində dəyişiklik baş verir". Tədqiqatın müəlliflərindən biri Eva Teltser qeyd edib ki, sosial media platformaları beynin sosial rəyə xüsusilə həssas olduğu kritik inkişaf dövründə sosial qarşılıqlı əlaqə üçün görünməmiş imkanlar təqdim edir: "Beynin xüsusilə həssas sahələri sosial mükafatlara cavab verən bölgələrdir. Sosial mediada bəyənmələr sosial mükafatdır. Bu statusa həmyaşıdların və digər tanışların müsbət rəyləri də daxildir".
Beyindəki və davranışlardakı dəyişikliklər araşdırılıb
Tədqiqatçılar "Facebook", "Instagram" və "Snapchat" sosial media platformalarını sınaqdan keçirən yeniyetmələrin beynindəki və davranışındakı dəyişikliyi araşdırıblar. Bəziləri bunu gündə bir dəfədən çox, bəziləri isə gündə 20 dəfədən çox edib. Alimlər uşaqların beyinlərinin şəkillərini çəkiblər və zaman keçdikcə "bəyənmə" sayına kəskin reaksiya verən uşaqların beyninin müəyyən hissələrində aydın dəyişikliklər müşahidə ediblər. Belə ki, uşaqlar aqressivləşib, "niyə məni "like" etmirsiz" deyə dalaşıb və depressiyaya düşüblər. Elm adamları qeyd edirlər ki, daim sosial şəbəkə profillərini yoxlayan yeniyetmələr həmyaşıdlarının rəylərinə qarşı həssas olurlar. "İllər keçdikcə onların beyni gözlənilən rəyi daha çox qəbul edir. Əslində onlarda "bəyənmə"lərdən tam asılılıq formalaşır. Çox güman ki, bu, böyüyəndə həyatlarına da təsir edəcək".
Bəs uşaqların daha da zərərli nəticələrlə üzləşməməsi üçün sosial şəbəkələrdən asılılığını necə aradan qaldırmalı? Mütəxəssislər sosial medianın müasir yeniyetmələrin inkişafına təsirini başa düşmək üçün açıq şəkildə əlavə araşdırmalara ehtiyac olduğunu söyləyirlər.
Sosial münasibətlərin rəqəmsallaşması
İnformasiya Texnologiyaları mütəxəssisi Fərid Kazımov uşaqlarda yaranan problemi əsrlər boyu olan münasibətlərin rəqəmsallaşması adlandırır: "Uşaqlar gözləyirlər ki, nəsə paylaşanda böyüklər onları dəstəkləsinlər. Bu, onlayn dəstəkləmək, onların başlarını sığallamaq, "yaxşı eləmisən" deməkdir. Məsələn, uşaq evdə valideyninə kömək edəndə, yaxşı mənada hazırcavab olanda "sağ ol" eşidirsə, "layk" da o tərifin onlayn rəqəmsallaşmış formasıdır. Bilirsiniz ki, indi uşaqlar, xüsusən yeni nəsil gənclər tam olaraq rəqəmsallaşırlar. Onların həyatı sosial şəbəkədədir. Uşaqlar o qədər rəngarəng həyat sürmürlər. Onların sosial aktivlikləri sosial şəbəkədə baş verir. Əvvəllər dostları ilə görüşür və ya birlikdə futbol oynayırdılarsa, indi bu münasibətlər sosial şəbəkəyə köçüb. Sosial platformalar az vaxtda daha çox insanla münasibətlər qurmağa səbəb olur. Bu da sosial münasibətlərin transformasiyasına gətirib çıxarır".
Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.
ABŞ növbəti həftə Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya t�
Göygöl Rayon Polis Şöbəsinin rəisinin yeni müavini təyin edilib.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçis
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şuras
Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi artırılacaq.
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya
İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdi
NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İra
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka
İsveçin Türkiyədəki səfiri Stafan Herstrom Türkiyə XİN-ə çağırılı