Popun “Çılpaq kraliçası” Hər həftə sevgilisini dəyişdi
Şou-biznes 13 Yan 2023 17:16:00 348 0
Son.az xəbər verir ki, lent.az-ın "Göz önündə" rubrikasının bu dəfəki hədəfi pop kraliçası Hande Yenerdir.
Bu xəbəri də oxu: "O aparıcını Allaha tapşırmışdım, indi yaman gündədir" VİDEO
Bu gün 50 yaşı tamam olsa da, gənclərdən daha böyük enerji və həvəslə yazıb yaradır. Eyni zamanda az qala hər həftə dəyişdiyi gənc sevgililəri ilə gündəmə gəlir.
Əsl adı Makbule Hande Özyener olan bu xanım 1973-cü il yanvarın 12-də İstanbulda doğulub. 1990-cı ildə orta məktəbi bitirən kimi evlənib və bu evlilikdən bir oğlu dünyaya gəlib. Lakin evlilik uzun sürməyib. Xanımının azad və asi xarakterini sevməyən əri ondan qaçıb. Hande oğlunu böyüdə bilmək üçün geyim mağazalarından birində işləməyə başlayıb.
Bir gün mağazaya gələn məşhur müğənni və aktrisa Hülya Avşar rəflərin arxasında mahnı oxuyan qızın səsini bəyənir və müğənni kimi uğurlu ola biləcəyini söyləyir. Hülya Avşar Handeni müğənni Sezen Aksu ilə tanış edir. Hande 2 il Sezenin ansamblında vokalist kimi fəaliyyət göstərir. Tezliklə sərbəst musiqi fəaliyyətinə başlayan Hande səhnələrə yeni nəfəs, yeni ab-hava gətirir.
Tez-tez imic dəyişdirməsi, buraxdığı hər yeni mahnısının milyonlarla izlənmə toplaması onu daim diqqət mərkəzində saxlayırdı. Türkiyədə Səhnəyə cəsarətlə ilk dəfə bodidə çıxan müğənni Hande Yener oldu, ondan sonra Gülşən, Ajda Pekkan da bodi ilə tamaşaçı qarşısına çıxdılar. Bodi ilə səhnəyə çıxdığına görə, ona bir müddət hətta "Çılpaq kraliça" ləqəbi də verilmişdi.
Hande Yener cəsarətli saç düzümləri, saç rəngləri ilə də diqqət çəkdi. Gah yaşıl, gah mavi, gah bənövşəyi, gah çılğın qırmızı rəngli saçlarla səhnəyə çıxan, epotajlı geyimləri ilə heyrətləndirən müğənni hətta bir dəfə saçını boyatmaq üçün İsveçdən İstanbula bərbər də gətirmişdi. Bu saç boyası ona çox baha başa gəlsə də, bahalı bərbər onun saçlarını sadə şabalıd rənginə boyamışdı. Yeri gəlmişkən İranda Mahsa Amininin ölümüylə başlayan etiraz aksiyalarına dəstək olaraq, Hande səhnədə öz gözəl saçlarını kəsmişdi.
Hande Yener Türkiyədə elektron musiqi axımının əsasını qoyan müğənnidir. 2000-ci ildə buraxdığı "Senden ibaret" albomuyla disko pop, 2007-ci ildə isə "Romio" albomu ilə elektron musiqi axımının əsasını qoydu. Onun "Romio" mahnısı uzun müddət reytinq siyahılarında birinci yerdə dayandı.
2008-ci ildə Hande Yenerə "Gay ikonu" adı verildi. O bu adla fəxr etsə də, əsla eynicinsli münasibətlərə meyilli deyil. Sadəcə düşünür ki, insan nəyi arzu edirsə onu yaşamalıdır və eynicinsli münasibətlərə azadlıq verilməlidir.
Ötən gün Salyan rayonunun 8 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi
Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasım
"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm
Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb.
Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi qurulub.
Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki sila
"Həmişə özümü xoşbəxt hiss edirəm. Bilirsiniz niyə? Çünki he�
Koronavirusun "Omikron" ştammının "XBB.1.5" və ya "
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yolux
Məşhur "Dəmir adam" filminin ulduzu Robert Dauninin son halı gün
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün