İblisin fəryadı...
Digərləri 12 Yan 2023 22:20:00 292 0
ALLAH: İblis! Qalx ayağa, tərk et mənim dərgahımı, qovuldun!
Bu xəbəri də oxu: Rusiyada şəhər çəhrayıya büründü
_ İnana bilmirəm... nəyə görə? Min illər sənə ibadət etdikdən sonra, budurmu mənim mükafatım; əldə edəcəyim haqqım, yoxsa budurmu sənin ədalətin?! Bir ADƏM üçünmü məni qovursan? Dəyərmi?! Qan tökən, cinayətkar, varlığına şəkk edən, yoxluğuna dəlil gətirən adəm üçünmü qovursan məni İlahi?! Yoxsa torpaqdan yaranmış Adəmə əyilmədiyim, onun palçığına yenilmədimmi üçün qovursan məni? İndi bəs necə olur axı, adəmin hər günahını əfv edirsən, hər nə etsə də rəhmət qapını yenə onun üzünə örtmürsən, yüz kərə sındırdığı tövbəsini belə tez bir zamanda qəbul edirsən, bəs mənimlə niyə belə etmədin? Sən məni rüsvay etdin, lənətlədin, mənim düşmən olduğumu hər kəsə söylədin?!
ALLAH: Ey İblis! Sənə dedim Adəmə səcdə et, Mənə xatir ona səcdə et, qürurlanma, lovğalanma, sən Mənim bildiyimi bilməzsən! Amma sən nə etdin, Mənə qarşı çıxdın; sözümdən çıxdın, Mən isə yenə sənin canını bağışladım; canını almadım. Elə bilirsən, bilmirdim ki, artıq Mənə ibadət etməkdən yorulmusan, dərgahımdan çıxmağa, bəhanələr axtarırsan?! Dedin min illər Sənə ibadət etmişəm, əcrimi istəyirəm! Dedim get, məlum günə (zühura ya qiyamətə) qədər sağsan. Dedin bir də istəyirəm, dostlarını əlindən alam, qoymayam kimsə Sənə yaxın gəlsin, bu da olsun mənim əcrim! Dedim olsun, kimi bacarırsansa çıxart Mənim haqqımdan; uzaq et dərgahımdan. Bəli, budur Mənim ədalətim! Budur Mənim mərhəmətim! Amma unutma ki, pis olan yenə sənsən, ey inadkar İblis, ey xəbis! Məgər elə bilirsən ki, tövbə edəcəyin günü gözləmirəm Mən, Sənin Mənə dönəcəyin günü istəmirəm Mən?! Gözləyirəm, istəyirəm! O sən-sən ki, təkəbbüründən od-tutb yanırsan, heç Mənə tərəf bir dəfə belə dönüb, baxmırsan! Ay yazıq, Mən elə həmin Allaham, çox mehriban və çox bağışlayan. Sən isə həmin İblissən ki, hər zaman önə qaçmısan, hər an üstün görünməyə çalışmısan, mələklərə gedib pişnamaz qalmağın belə, bu hissindən ötəri idi, Mənə etdiyin ibadətlərin də, bilirdim ki, ötəri idi.
Bəli, o İblisin fəryadı, bu Allahın cavabı.
Bəzi hallarda vətəndaşlar ailə üzvləri və yaxınlarının vəfatından s
Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlard
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Müasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çək
"Türkiyə Ukraynaya kaset bombaları göndərir" iddiasına ikiqat t�
Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layih
Pakistanın Kvetta şəhərində yaşayan və 3 arvadı olan 50 yaşlı həkim S
Dünən axşam çoxdandır görmədiyim bir tanışımla rasstlaşdım. Özü h�
Yuxu pozulması özlüyündə ölümcül deyil, amma gecəyarı mütəmadi oyanm
Amerikalı alimlərinin fikirinə görə, qripp və soyuqdəymə zamanı ən yax
İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın
Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi