Qobelen, çəngürü, vaz, totem... VİDEO FOTO
Kriminal 10 Yan 2023 17:31:00 368 0
Qobelen, çəngürü, vaz, totem... Qəribə səslənən bu adları çoxumuz eşitməmişik. Amma bunlar Orta əsrlərdə nənə-babalarımızın istifadə etdiyi toxuculuq dəzgahı, məişət və zinət-bəzək əşyalarının adlarıdır. Hazırda bu əşyalar Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
Bu xəbəri də oxu: Qaynatasını "pol taxtası" ilə döyən gəlinin
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntıları, məişət əşyalarını, əmək alətlərini, zinət-bəzək əşyalarını, silahları, milli geyim nümunələrini, tarixi sənədləri görmək mümkündür.
Muzeydə maraq doğuran eksponatlardan biri də qədim xalça sənəti olan qobelendir. İpək parçadan toxunub, üzərinə Şərq bazarı illüstrasiyası işlənib. Burada dövlətlərin ticarət əlaqəsi əks olunub.
Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, bu qobelendən Azərbaycanda cəmi iki ədəddir. İkinci qobelen əl işi Üzeyir Hacıbəylinin ev-muzeyindədir. Görkəmli bəstəkarın xanımı öz əli ilə toxuyub.
Orta əsrlər dövrünə aid olan eksponatlardan biri də toxuculuq aləti vazdır. Vazın yuxarı hissəsində su tökmək üçün hissə, gövdəsində isə dəlik var və iki qoldan ibarətdir. Bu qolların üzərində çıxıntılar, qanadlar həkk olunub. Bu da alətdə eyni zamanda 3 nəfərin işləməsi üçündür.
"Vaz kənaf bitkisindən alınan ipdən qədim xalçaların toxunmasında istifadə olunub. Orta əsrlərdə nənələrimiz bu nazik ipləri xüsusi formada qalınlaşdırırmışlar. Lanqa deyilən bir alət də var, muzeydə tavandan asılıb. İpin bir ucunu fırlanan lanqaya bağlayırdılar və sap fırlandıqca yumaq formasında yığılırdı. Bu yumaqlar isə xalça və ya həsirin toxunmasında istifadə olunub", - deyə o əlavə edib.
Tarixi və maraqlı eksponatlardan biri də çəngürü tavasıdır. Bu tava gildən hazırlanıb və orta əsrlər dövrünə aiddir. Nənələrimiz bu tavada düyü unundan xüsusi şirniyyat bişiriblər.
Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü müalic
"Twitter"ə mətn formatlama funksiyası əlavə olunacaq.
Türkiyədə Afyonkarahisar şəhərinin Bolvadin rayonunda havanın temperaturu
Qazaxıstan polisi buynuz qaçaqmalçılığının qarşını alıb.
Azərbaycanda hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata
Türkiyənin məşhur tarixçisi İlber Ortaylı Azərbaycan musiqisi haqda dan�
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri i
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkd
Yük maşınları dayanıb, lakin sürücülər yoxdur.
Müğənni Səidə Sultan "Ən bahalı avtomobilləri xanəndə xanımlar s
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi X Qlobal Bakı Forumunu keçirəcək.