Əfsanəvi hindu Hollivud aktyorunun ulu nənəsi imiş FOTO
Şou-biznes 08 Yan 2023 10:18:00 392 0
17-ci əsrdə yaşamış, haqqında bədii və animasiya filmləri çəkilən əfsanəvi hindu qızı Pokahontas amerikalı aktyor Edvard Nortonunu ulu nənəsi imiş.
Bu xəbəri də oxu: “Danışmağa qoymursan…” Müğənni Zümrüdə
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Hollivud ulduzunun özü xəbər verib.
Aktyor bunu PBS-nin "Finding Your Roots" şousunda öyrənib.
Nortonun sözlərinə görə Virciniya sakini Con Rolfla evlənən hindu qadınla ailə bağları barədə illərdir ailəsində şayiələr olsa da, əsl həqiqəti verilişə müraciət etdikdən sonra öyrənib.
"Sizi 12-ci nəsildə ulu babalarınız Con Rolf və ulu nənəniz Pokahontasla bağlayan birbaşa izin olduğu şübhəsizdir", - deyə verilişin aparıcısı və tarixçi Henri Luis Qeyts Jr. bildirib.
Qeytsin sözlərinə görə, cütlük 1614-cü il aprelin 5-də Virciniya ştatının Ceymstaun şəhərində evlənib. Sənədlərə əsasəh Pokahantus üç il sonra İngiltərənin Qravesend şəhərində, Rolf isə 1622-ci ilin martında ölüb.
Qeyd edək ki, Pokahontasın dəqiq doğum tarixini müəyyən etmək olmayıb: tədqiqatçılar həm 1595, həm də 1596-cı illəri deyirlər. O, hələ uşaq olanda indiki Virciniya ərazisində İngilis koloniyasının qurucularından biri olan kapitan Con Smitin həyatını xilas edib.
Qeyd etmək lazımdır ki, hindular əvvəlcə kolonistlərlə yaxşı rəftar edir və onlara kömək edirdilər, lakin ingilislər tələblərinin həddini aşdıqdan sonra C.Smit oğurlandı. Hindular Smitin boynunu vurmaq istəyəndə liderin 12 yaşlı qızı öz başını onun başına qoyur. Bundan sonra döyüşçülər edama cəsarət etmirlər.
Con Smit artıq kolonistlər arasında olmadığı zaman, 1612-ci ildə, 17 yaşlı Pokahontas tez-tez doğma qəbiləsindən cəmi 12 mil məsafədə yaşayan ingilisləri görməyə gedirdi. Zaman keçdikcə o, ingilis dilini başa düşməyi öyrəndi və danışıqlar apara bildi, şərtləri sadə idi: İngilislər azuqə qarşılığında hindulara toxunmamağa söz verdilər, lakin bəzən ingilislər həddindən artıq çox tələb edirdilər. 1612-ci ildə Pokahontas Ceymstaun şəhərinə gəldikdən sonra ingilislər tərəfindən əsir götürüldü. Onlar bunun müqabilində qızın atasından əsir götürülən ingilisləri azad etməyi, ingilisləri ərzaqla təmin etməyi və silahları qaytarmağı tələb etdilər. Qəbilə başçısı üç şərtdən ikisini yerinə yetirdi, lakin silahdan əl çəkmədi. Daha sonra fidyə qarşılığında qız doğma qəbiləsinə qayıtdı. Bir il sonra o, köçkün Con Rolfla evləndi, bununla da hindularla kolonistlər arasında dinc yanaşı yaşayışa zəmanət verdi.
1616-cı ildə Pokahontas əri ilə birlikdə İngiltərəyə köçdü, orada məşhur oldu və hətta saraya təqdim edildi. Virciniyaya qayıdarkən o, çiçək xəstəliyinə tutuldu və 21 mart 1617-ci ildə 21 yaşında öldü.
Həştərxandan İranın Əmirabad limanına gedən "Rossiya-1" quru y
Amerika saytının gözəllik anketində türk aktyorlar da yer alıb.
Bu qadının nə etmək istədiyini nə sürücülər anlaya bilir, nə polis, n
Sosial şəbəkədə yayılan görüntülər maraqla qarşılanıb.
Türkiyədə qəribə olay yaşanıb.
Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə
1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti palta
1. Ayaq göbələyi. Ayaqdakı göbələklərdən xilas olmaq üçün ayağın�
1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına dü�
1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgə
Prostat vəzin xoşxassəli hiperplazioyası prostatın qeyri - şiş mənşəli