Amerikalıların tərbiyə üsullarından bəziləri sizi təəccübləndirəcək
Digərləri 04 Yan 2023 19:06:00 365 0
Amerika həmişə başqalarının həsədlə baxdığı ölkə olub: həyat səviyyəsi, biznes, əyləncə və digər cəhətdən... Bəs uşaq tərbiyəsi məsələsində necə, ABŞ nə qədər irəli gedib?
Bu xəbəri də oxu: Şirvanda gənc qızı döyüb saçını yolan ana və qızı həbs edildi
Son.az oxucuları okeanın o tayında uşaqların tərbiyə üsulları ilə tanış edir.
Qəyyumsuz
Birləşmiş Ştatların əsas simvollarından biri Azadlıq Heykəlidir. Amerikalılar hər şeydə azadlığı yüksək qiymətləndirirlər: hərəkətdə, ünsiyyətdə, mədəniyyətdə. Müstəqil olma istəyi onlarda uşaqlıqdan yaranır. Odur ki, Ştatlarda uşaqlara daha az nəzarət etməyə çalışırlar. Məsələn, mağazada valideynlər alış-verişlə məşğuldurlar, uşaq isə beton döşəmədə tək oturub oynayır və heç kim ona demir ki, "Qalx, ay bala, ananın yanından uzağa getmə!" Yeri gəlmişkən, bu ölkədə hətta muzeylərdə yerdə oturmağa icazə verilir.
Rüşvətlə susdurulma taktikası
Amerikalı uşaqların 30 faizdən çoxu obezdir. Səbəblərdən biri stressdə daha çox yemək vərdişidir. Uşaq dəcəldirsə, onu şirniyyatla sakitləşdirməyə çalışacaqlar. Uşaq mızıldamağa başlayan kimi, konfet və digər şirnikləndirici vasitələrlə susdurmağa üstünlük verirlər. Yemək, əlbəttə ki, sakitləşdirir, lakin problemləri həll etmir, ancaq əlavə edir.
Nənə və babadan uzaq
Azərbaycan ailələrində nənə və baba uşağın tərbiyəsində böyük rol oynayır, amma ştatlarda bu, nadir rast gəlinən haldır. Valideynlər övladlarını ciddi şəkildə, həm də təkbaşına böyüdürlər, yaşlı nəsil isə yalnız arabir nəvələrinə baş çəkir və ya fövqəladə hallarda köməyə gəlir. Çox vaxt onlar müxtəlif şəhərlərdə yaşadıqları üçün ildə cəmi bir-iki dəfə görüşürlər.
Dayə
ABŞ-da bizim öyrəşdiyimiz dövlət uşaq bağçaları və körpələr evi sistemi yoxdur. Özəl hazırlıq siniflərinə uşaqlar 5 yaşından qəbul edilir. Burada onlar rəsm çəkir, plastilindən heykəllər düzəldir, mahnı oxuyur və rəqs edirlər. Ondan əvvəl uşaqlar daha çox dayələrin yanında qalırlar, çünki ana və ata bütün gün işdə olur. Analıq məzuniyyəti isə cəmi üç ay verilir. Ali təhsili olmayan xarici vətəndaşların çoxu burada dayə işləyir.
Valideynlər üçün başqa bir seçim uzaqdan işləmək və ya part-time çalışmaqdır ki, ana və ata növbə ilə körpəyə qulluq edə bilsinlər.
Məsuliyyətli vətəndaş
Qanunlara əməl etmək vərdişi tərbiyənin təməlidir. Amerikalılar qanunlara hörmət edən vətəndaşlar yetişdirməyə çalışır və ətrafdakılardan da eyni həssaslığı tələb edirlər. Məsələn, sinifdə kimsə ev tapşırığını etməyibsə və ya köçürübsə, müəllim bundan mütləq xəbər tutacaq. Bir tərəfdən bu, həmyaşıdları arasında münasibətləri inkişaf etdirmir, digər tərəfdən, uşaqlar kömək üçün böyüklərə müraciət etməkdən qorxmurlar. Bu, şübhəsiz ki, bir üstünlükdür. (publika)
Yanvarın 6-dan 10-dək Moskvada - 29 dərəcəyə qədər şaxta gözlənilir.
Ucar rayonunun Gəraybəyli kəndinin yolları illərdir acınacaqlı vəziyyət
Rəqqasə Fatimə Fətəliyeva müğənni Aysel Əlizadə ilə bağlı etiraf ed
Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs olunan 18 yaşlı Arşia Tek Dəs
"Vasif Talıbov kimi insanlarla çox məsafəli münasibətim olub. Baxmaya
Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun h�
Xalq artisti Röya Ayxan türkiyəli fotoqraf Oruc Mutlu və həmyerlimiz Ruslan
Alimlər gələcəkdə elektron cihazlardan istifadəmizi tamamilə dəyişdirə
"Rusiya Ukraynaya qarşı növbəti kütləvi hücuma hazırlaşır".
Avropada qazın qiyməti 1000 kubmetr üçün 750 dollardan aşağı düşüb. B
Evsiz qadın üç yaşlı qızı həbsxanaya getmək üçün dəmir yolu platfor
Məşhur ingilis rejissor Qay Ritçinin Hollivud istehsalı olan yeni filmi tezl
1995-ci ildə Slovakiyanın qərbindəki Nitra şəhərində nağd pul daşıyan
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa