Bu deputatların toxunulmazlığı ləğv edilə bilər
Dünya 02 Yan 2023 19:43:00 409 0
Avropa Parlamentinin Prezidenti Roberta Metsola Belçika hüquq-mühafizə orqanlarının korrupsiya ittihamları ilə bağlı iki Avropa Parlamenti deputatının toxunulmazlıqdan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.
Bu xəbəri də oxu: Çay içərək Dəməşqi seyr etdilər
Son.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin bazar ertəsi dərc etdiyi press-relizdə deyilir.
Sorğu qərarın verilməsi üçün hüquq komitəsinə göndəriləcək.
Sənəddə hansı deputatlardan söhbət getdiyi göstərilmir, lakin Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı ilə bağlı korrupsiya qalmaqalında əli olan şəxslərin toxunulmazlığının itirilməsi ehtimalı var.
O, dekabrın 9-da Belçika polisinin Brüsseldə onlarla axtarış aparması və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla dörd nəfəri həbs etməsi ilə başlayıb. Belçika prokurorluğu bildirib ki, istintaqda olan müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və/və ya strateji mövqeyə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə və ya əhəmiyyətli hədiyyələr verməkdə şübhəli bilinirlər. Məqsəd 2022-ci il Dünya Çempionatı ərəfəsində Avropa İttifaqında Qətərin imicini yaxşılaşdırmaq olub.
Prezidentimizin rəhbərlik etdiyi dönəmlərdə bir çox səssiz çevrilişlə
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsin
Bir qrup elm adamı qara qutu hazırlayıb. Qutu bütün həyatı sona çatdıra
Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zər
Genişmiqyaslı sosial sorğu nəticəsində əks cinsdə daha çox maraq oyadan
Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostla
Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.
Türkiyəli aktrisa Sıla Türkoğlu ilə həmkarı Doğukan Güngör münasibə
Küveyt ilk peykini yanvarın 3-də ABŞ-nin Florida ştatındakı platformadan
Partlayış haqqında məlumat bu gün Fövqəladə Hallar Nazirliyinin 112 zən
"Facebook"un yaradıcısı Mark Zukerberq hamilə xanımı Prissilla i
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə