Filippində daşqın qurbanlarının sayı 50 nəfərə çatdı
Dünya 02 Yan 2023 16:20:00 418 0
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb, 21 nəfər hələ də itkindir.
Bu xəbəri də oxu: ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının bazar ertəsi dərc olunmuş hesabatında qeyd olunub.
Bildirilib ki, daşqınlar ölkənin 10 regionunda 583,4 mindən çox insana ziyan vurub.
Milli Şuranın məlumatına görə, hazırda 51,4 min məcburi köçkün 95 təxliyyə məntəqəsindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkənin 9 regionunda təbii fəlakətlə bağlı 469 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.
Təbii fələkət 4,54 min evə ümumilikdə 54,8 milyon peso (985,8 min ABŞ dolları) dəyərində ziyan vurub. 95 infrastruktur obyektinə dəyən ziyan 1,13 milyard peso (20,4 milyon ABŞ dollar), kənd təsərrüfatına dəyən ziyan isə 245 milyon peso (4,4 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir. Daşqınlar 140 yol və 14 körpüyə ziyan vurub, 19 dəniz limanının işinə əngəl yaradıb. 63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin artıq 62 şəhərdə elektrik enerjisinin verilməsi bərpa edilib, bəzi yerlərdə su təchizatında problemlər qalmaqdadır.
Ötən gün Bakıda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasının b
Bir neçə iranlı futbolçu şənbə günü Tehranda həbs edilib.
Xalq artisti Tünzalə Ağayeva xəyanət anlayışı barədə danışıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləş
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
2023-cü il yanvarın 1-dən Dubay rəhbərliyi spirtli içkilərin satışına
Aparıcı-atrisa Kəmalə Piriyeva Yeni il fotosessiyasını izləyicilərlə b�
Xəbər verdiyimiz kimi, dünən Bakıda ağır yol qəzası baş verib.
"Geyim, əşya insana xoşbəxtlik gətirməz. Sən məsudsansa, olduğun y
Özünü "Dağlıq Qarabağdakı rus icmasının hüquq mərkəzi" adl
Moskvada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) növbəti dəfə video yay