Ürəkdamar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın!
Digərləri 01 Yan 2023 18:01:00 366 0
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar sistemi xəstəlikləri və onların ağırlaşmaları bütün dünyada ölümün əsas səbəbi sayılır.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
İldən ilə bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Artıq bu xəstəliklər xeyli cavanlaşıb və bu da vaxtından qabaq ölümlərin hallarını artırır.
Sizə ürək-damar sistemi xəstəliklərinin əsas 5 risk faktorunu təqdim edirik:
1. Hipertoniya (yüksək təzyiq) - normada 140/90 mm c.st. aşağı olmalıdır.
2. Qanda xolesterolun səviyyəsinin yüksək olması (normada 5 mmol/l az olmalıdır).
3. Artıq bədən çəkisi. Bədən çəkisinin normaya uyğun olub-olmadığını təyin etmək üçün xüsusi formul mövcuddur: çəkinizi (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün - bədən çəkisi (kq):boy (m2). Alınan nəticə bədən kütləsi indeksi adlanır. Bu indeks 25-dən az olmalıdır. Nəticə 25-dən artıqdırsa, sizin artıq çəkiniz var.
Məsələn, əgər sizin boyunuz - 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4.
4. Bel çevrəsi: normada qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən az olmalıdır.
5. Qanda qlükozanın səviyyəsinin yüksək olması: 6,1 mmol/l-dən az olmalıdır.
Beləliklə, lazım olan analizlər verib və hesablamalar aparıb, siz özünüz özünüzdə ürək-damar sistemi riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin.
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq
Hipoqalaktiya süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsind�
Ötən axşam "O Ses Türkiye" şousunda Yeni ilə özəl buraxılış
Seyidlik həzrət Peyğəмbər (s) xanədanında мövcud olan мənəvi bir ş
Qışda hər mürəbbə bədənə lazımlı deyil. Nəzərə alsaq ki, mürəbb�
Hindistan alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, qadınlar�
İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənis
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
İbn Abbas nəql edir ki, Həzrət Peyğəmbər (s) nə zaman "Ayətül-kü
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub.
Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın "Romgaz S.A." arası
Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbd�