63 yaşlı kişi 29 yaşlı arvadını öldürdü Qəribə səbəb
Dünya 30 Dek 2022 06:44:00 1696 0
Bu xəbəri də oxu: ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
İtaliyanın Kastelvetrano kommunasının 63 yaşlı sakini Ernesto Favara 29 yaşlı arvadı Maria Amatuzzonu ondan ayrılmaq istədiyi üçün bıçaqlayaraq öldürüb.
Son.az bildirir ki, bu barədə "QdS" məlumat yayıb.
İlkin məlumata görə, Amatuzzo əri ilə münasibətini kəsərək başqa yerə yaşamağa gedib. O, bir neçə gündən sonra əşyalarını götürmək üçün qayıdıb. Favara qadına hücum edərək onun qarnına 12 bıçaq zərbəsi vurub. Amatuzzo ağır xəsarətlərdən ölüb.
Hadisə yerinə gələn polis əməkdaşları Favaranı əlindəki mətbəx bıçağı ilə tutublar. Həmin şəxs dindirilib, lakin o, vəkilsiz ifadə verməkdən imtina edib. Daha sonra dindirmə müstəntiq hakimi, prokuror və vəkilin iştirakı ilə keçirilib. Favara nəzarətə götürülüb və polis əlavə araşdırma aparır.
Cütlük beş ildən çox birlikdə yaşayıb. Onların iki əkiz qızı, həmçinin Amatuzzonun əvvəlki evliliyindən iki övladı olub. Uşaqlar bir ilə yaxındır ki, uşaq evində yaşayıblar. Favaranın da əvvəlki nikahdan iki övladı olub. Kişinin keçmiş həyat yoldaşı xəstəlikdən dünyasını dəyişib.
İrfan Vəliyev Son.az
Fransalı milyarder Fransua Anri Pino ilə ailəli olan Hollivud ulduzu Salma Ha
Keyt Middlton pandemiya dövründən sonra bir çox tədbirlərə qatılıb, rə
Türkiyədə əl barmağı kəsilən kişinin əlinə ayaq barmağı tikilib.
Rusiyanın Nijnevartovsk şəhərində iki nəfər bahalı avtomobillərə ziyan
Nə qədər etiraz etsək də, gündəlik həyatımızda can qurtaran "şir
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bayram günlərində Bakıda ən böyük yol ötürücülərindən biri təmirə
İranda soğanın qiyməti 40 min tümənə çatıb.
Zülfiqar İmam Əli ibn Əbu Talibin (ə) məşhur qılıncının adıdır. Ər
Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şəmkir rayonunu
Hazırda İsveç xəstəxanalarında COVID-19-dan müalicə olunan 2179 xəstə